«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Rusiyada 55 şirkət və 60-dan çox şəxs sanksiyalara məruz qalacaq”- Bloomberg

Tarix: 08-02-2024 20:50 | Bölmə: İqtisadiyyat | Baxış: 97



Avropa İttifaqı Rusiya əleyhinə yeni sanksiyalar paketinə 55-ə yaxın şirkət və 60-dan çox fiziki şəxsin daxil edilməsini təklif edib. 

Bu barədə Bloomberg mövcud sənədlərə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, silah istehsalı və müdafiə sənayesində istifadə olunan əsas texnologiyalar və elektronikanın tədarükü ilə bağlı şirkətlərə və şəxslərə qarşı məhdudiyyətlərin tətbiqi planlaşdırılır.

Məlumata görə, Tula vilayətinin qubernatoru Aleksey Dyumin Brüsselin sanksiyalar siyahısına daxil ediləcək.

Bundan əlavə, Aİ sanksiyaları KXDR-dən Rusiyaya silah daşınmasında iştirak etdiyi iddia edilən logistika şirkətlərinə də təsir edə bilər.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı fevralın 24-də 13-cü anti-Rusiya sanksiyalar paketini qəbul etmək niyyətindədir .

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024