«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Deputatın qalmaqallı qardaşı oğlunun siqaret şirkəti QSC-dən MMC-yə çevrilir

Tarix: 09-02-2024 15:45 | Bölmə: İqtisadiyyat | Baxış: 121



Ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC (VÖEN-2904520941) təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrildiyini açıqlayıb.

Nizamnamə kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

QSC-nin qanuni təmsilçisi Elman Bəşir oğlu Cavanşirdir.

Qeyd edək ki, Elman Cavanşir Milli Məclisin deputatı Cavanşir Feyziyevin qardaşı oğludur. 

Elman Cavanşirin adı 2 il əvvəl çirkli pulların yuyulmasında hallanıb. 

İngiltərənin Milli Kriminal Agentliyi Elman Cavanşir və Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt məbləğində vəsaiti müsadirə edib. 

Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 milyon funt sterlinq təşkil edib, onun üçdə birini – 5,6 milyon funt sterlinqini məhkəmə müsadirə edib.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024