“HÖKUMƏTİN İQTİSADİ KOMANDASI SİNİFDƏ QALIB...”- "Onlar anlamalıdırlar ki...”
Azərbaycanda hökumətin apardığı vergi-gömrük siyasətinin heç də ölkənin qeyri-neft sektorunun xeyrinə işləmədiyi dəfələrlə müstəqil iqtisadçılar və sahibkarlar tərəfindən səsləndirilsə də, bu şikayətlərə məhəl qoyan yoxdur.
Əksinə, vergi və gömrük yükü artırılmaqda davam edir...
İqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə paylaşımında hökuməti yürütdüyü iqtisadi siyasətə görə tənqid edib: “Hökumətin iqtisadi komandasının iqtisadiyyat haqqında təsəvvürləri kökündən yanlışdır, iqtisadi aktivlikdən danışmaqdansa, bunu təşviq etməkdənsə vergi-gömrük yığımlarını artırmağa çalışırlar.
Görün Mikayıl Cabbarov nə deyir: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir”.
Əsl sol-solçu yanaşmasıdır, olsun, amma vətəndaş yığılan vergilərə nəzarət edə bilirmi, bunun mexanizmləri varmı - yoxdur.
Amma İqtisadiyyat naziri vergi daxilolmalarının artması ilə nə vaxt öyünməlidir?! Bəli, iqtisadiyyatın böyüməsi, iqtisadi aktivliyin artması, yeni müəssisələrin, iş yerlərinin yaranması hesabına vergilərdən çox daxilolmalar olsa, əlavə dəyər yaranması ilə bu baş versə öyünə bilər.
Amma Azərbaycan iqtisadiyyatı 2023-cü ildə ÜDM-in artım tempinə görə MDB-də sonuncu yeri tutub, iqtisadi böyümə yoxdur. Yaxşı, vergi daxilolmaları nəyin hesabına davamlı artır?!
Bəli, vətəndaşın, biznesin vergi yükünün artması hesabına! Yaxşı, biznesin vergi yükü artırsa, biznes daha çox vergi ödəyirsə nə baş verir?!
Bəli, biznes yeni yatırımlar edə, yeni iş yerləri yarada bilmir. Bu zaman vergi daxilolmalarının davamlı artmasından vətəndaş ziyan görür, ya bu rifaha töhfə verir?!
İqtisadiyyatdan azacıq başı çıxan adam deyə bilər ki, bu, rifahın artmasına zərbə vurur.
Hə, birdən Mikayıl müəllim çıxıb deyər ki, bu, vergilərin “ağardılmasına” görə baş verir – deməsin, ayıb olur, adam illərdir bu sahəyə rəhbərlik edir, “ağartma” 1 il olar, 2 il olar, 3-cü il proses bitib normal sistem bərqərar olmalıdır, İqtisadiyyat naziri məhz buna çalışmalıdır.
Bazar iqtisadiyyatına inanan nazir-məmur anlamalıdır ki, vətəndaş nə qədər çox vergi ödəyirsə, bir o qədər çox özünün digər xərclərini azaldır, xərclərini azaldırsa, deməli iqtisadi aktivlik də azalır – nəsə almır, haranısa tikmir. Bu qədər sadədir məsələ.
Hökumətin iqtisadi komandası sinifdə qalıb, onlar anlamalıdırlar ki, əvvəl iqtisadi aktivliyi artırırsan, bundan sonra orqanik, təbii olaraq vergi daxilolmaları da artır.
Hökumət isə səhv yolla gedir, vergi-gömrük yükünü artırır, iqtisadi aktivliyi zəiflədir – bir müddət sonra vergi daxilolmaları da azalacaq...”
Digər xəbərlər
Tarix: 12-02-2024 16:45 | Bölmə: İqtisadiyyat | Baxış: 109

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024