«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Almaniya Yaponiyanı geridə qoyaraq dünyanın 3-cü ən böyük iqtisadiyyatı olub

Tarix: 15-02-2024 22:11 | Bölmə: İqtisadiyyat | Baxış: 106



Yaponiya iqtisadiyyatının yavaşlaması onun tənəzzülünə səbəb olub və Almaniyaya dollarla nominal ÜDM-ə görə ABŞ və Çindən sonra dünyada üçüncü olmağa imkan verib. Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. 

Bu gün, fevralın 15-də Yaponiya hökuməti 2023-cü ilin dördüncü rübü və tam ili üçün ÜDM məlumatlarını açıqlayıb. 

Dördüncü rübdə ÜDM 0.4% azalaraq 591 trilyon yenaya (4.2 trilyon dollar) düşüb. Öz növbəsində, Almaniyanın dollar ifadəsində nominal ÜDM-i hökumətin yanvar ayında dərc edilmiş məlumatlarına görə, 4.4 trilyon dollardır.

İqtisadçılar Yaponiya iqtisadiyyatının əhəmiyyətli dərəcədə yavaşlamasını daxili tələbin və yenanın məzənnəsinin azalması ilə əlaqələndirirlər. 

Tokioda yerləşən “Japanmacro” konsaltinq şirkətinin analitiki Neil Nyumanın “CNN”ə verdiyi məlumata görə, Yaponiya yanacağın 94%-ni və ərzaq məhsullarının 63%-ni idxal edir, ona görə də zəif yen əhalinin yaşayış dəyərinin artmasına səbəb olub.

“Təəssüf ki, yanvar ayında Yaponiya dənizində baş verən zəlzələ səbəbindən vəziyyət daha da pisləşə bilər.

İnsanlar adətən təbii fəlakətlər fonunda istehlakı azaldırlar”, – mütəxəssis vurğulayıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024