«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq - RƏSMİ

Tarix: 16-02-2024 23:30 | Bölmə: İqtisadiyyat | Baxış: 98



Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 495 milyon 119,82 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Rəsmi məlumatlara görə, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 22 milyon 77 min dollar olub. 

Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,8 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,8 qəpik təşkil edib.

Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. 

Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024