«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb - Son rəqəmlər

Tarix: 21-02-2024 12:50 | Bölmə: İqtisadiyyat | Baxış: 144



Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı isə 39,5% olub.

Rəsmi məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal, həm də ixracda Avropa İttifaqı ölkələrinin payı azalıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 27,1%, ümumi ixracındakı payı isə 55,16% olub.

Onu da bildirək ki, yanvar ayında ümumi idxalın 28,1%-i, ümumi ixracın isə 5,5% MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələriylə ticarətdə ciddi dəyişiklik olmayıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024