«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dünyada qlobal borc fantastik həddə - 313 trilyon dollara çatıb

Tarix: 22-02-2024 19:15 | Bölmə: İqtisadiyyat | Baxış: 112

Dünya borc içində boğulur: Fantastik həddə çatdı


Beynəlxalq Maliyyə İnstitutunun (IIF) araşdırmasına görə, qlobal borc 2023-cü ildə yeni rekord həddə - 313 trilyon dollara çatıb.

Bu barədə “Reuters” araşdırma məlumatlarına istinadən məlumat yayıb.

Təxminən on il əvvəl bu rəqəm 210 trilyon dollar idi. Borc artımının təxminən 55%-i ABŞ, Fransa və Almaniya kimi inkişaf etmiş ölkələrin payına düşür. Qlobal borcun qlobal ÜDM-ə nisbəti 330%-ə düşüb.

Bu göstəricinin azalması inkişaf etmiş ölkələrdə "xüsusilə nəzərəçarpan" olsa da, bəzi inkişaf etməkdə olan bazarlarda borc yükü yeni yüksək həddə çatıb.

Borcda ən böyük artım Hindistan, Argentina, Çin, Rusiya, Malayziya və Cənubi Afrikada müşahidə olunub ki, bu da borcun ödənilməsi ilə bağlı potensial problemlərin olduğunu göstərir.

Cəmilə


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024