Rusiyada daşınmaz əmlakdan ən çox kimlər pul qazanır?- Azərbaycanlılar ilk onluqda
Elnur Əli
Digər xəbərlər
Tarix: 26-02-2024 17:20 | Bölmə: İqtisadiyyat | Baxış: 115
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti olub.
Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan “Rusiyanın daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus “Kievskaya ploşad” şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 760 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 160 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan “Evropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativindən (930 min kvadrat metr) əldə olunub.
Hazırda “Kievskaya ploşad” şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 254 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otellər var.
Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
“Rusiyanın daşınmaz əmlak kralları”nın ilk onluğunda daha bir azərbaycanlı – “Krokus Qrup” şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Araz Ağalarov ötən il icarədən əldə etdiyi gəlirlərini 15 milyon dollar artıraraq 255 milyon dollarlıq gəlirlə 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, Araz Ağalarova məxsus daşınmaz əmlaklara “Krokus Ekspo” (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (480 min kvadrat metr) daxildir.
Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel və 781 min kvadrat metr sahəsi olan ticarət mərkəzi də var.
2022-ci ildə olduğu kimi ötən ildə də “Daşınmaz əmlak kralları” adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
Onu da bildirək ki, 2022-ci ildə Zarax İliyev və Qod Nisanovun gəlirləri ikinci sırada olan Samvel Karapetyanın gəlirlərindən 1 milyard dollar çox idisə, ötən il bu fərq 1 milyard 120 milyon dollara yülksəlib.
Rusiyada “Daşınmaz əmlak kralları”nın ilk onluğunu təqdim edirik:
Elnur Əli
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024