«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya və Çinin ticarət dövriyyəsi dörd ayda 26 % artıb

Tarix: 09-05-2022 11:44 | Bölmə: İqtisadiyyat | Baxış: 174



Bu ilin ilk dörd ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 25,9 % artaraq 51,09 milyard ABŞ dolları təşkil edib.
TASS xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir.
İdarənin məlumatına görə, yanvar-aprel aylarında Çindən Rusiyaya ixrac 11,3 % artaraq təqribən 20,24 milyard ABŞ dollarına çatıb.Rusiya mal və xidmətlərinin idxalı isə 37,8 % artaraq 30,85 milyard ABŞ dolları təşkil edib.
İki ölkə arasında ticarət dövriyyəsi artıq ikinci ildir ki, aktiv şəkildə artır. 2020-ci ildə Çinin elan etdiyi pandemiya və koronavirusa sıfır dözümlülük siyasəti səbəbindən 2,9 % azalıb. Ciddi məhdudlaşdırıcı tədbirlər mal və xidmətlərin tədarükünə mənfi təsir göstərib.
2021-ci ildə bu göstərici dərhal 35 %-dən çox artaraq 146,88 milyard ABŞ dollarına çatıb ki, bu da rekord göstəricidir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024