«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türkiyədə inflyasiya yenidən yüksəldi - Restoranlarda qiymətlər 95% artıb

Tarix: 04-03-2024 20:00 | Bölmə: İqtisadiyyat | Baxış: 96



Ötən ay (fevral) Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,07% bahalaşıb.

Türkiyə Statistika İdarəsi bildirir ki, bu son 15 ayda qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2022-ci ilin noyabr ayında bundan yüksək (84,4%) olub.

Ən yüksək bahalaşma restoran və otel xidmətlərində qeydə alınıb – 94,78%.

Bundan başqa təhsil xidmətləri 91,8%, səhiyyə xidmətləri 81,2%, nəqliyyat xidmətləri 77,98%, qida və içkilər 71,2%, ev əşyaları 62,9%, bahalaşıb.

Ən az bahalaşma geyim və ayaqqabının qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabının qiyməti son bir ildə 43,4% artıb.

Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024