«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Tesla” ABŞ-nin ən bahalı 10 şirkəti siyahısından çıxdı - bazar dəyəri 562,24 milyard dollara düşüb

Tarix: 08-03-2024 19:42 | Bölmə: İqtisadiyyat | Baxış: 86



Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla” kapitallaşmaya görə ABŞ-nin ən böyük şirkətlərinin reytinqində 11-ci yerə düşüb.

Bunu NASDAQ birjasının məlumatları sübut edir.

Məlumata görə, martın 6-da keçirilən ticarət zamanı elektromobil istehsalçısının səhmləri 2,32% (hər səhm üçün 176,54 dollara qədər) ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri 562,24 milyard dollara düşüb.

Avtomobil istehsalçısı reytinqdə 10-cu yeri ödəniş əməliyyatları xidmətləri göstərən “Visa”ya uduzub. “Visa”nın aktivlərinin qiyməti 0,38% (280,43 dollara qədər) artaraq, onun kapitallaşmasını 563,38 milyard dollara çatdırıb.

İlk üçlüyə “Miscrosoft” (2,98 trilyon dollar), “Apple” (2,62 trilyon dollar), “Nvidia” (2,21 trilyon dollar) texnologiya şirkətləri daxil olub. İlk onluqdakı sonrakı yerləri isə “Amazon”, “Aplhabet”, “Meta”, “Berkshire Hathaway”, “Eli Lilly”, “Broadcom” və “Visa” şirkətləri tutub.

“MarketWatch” informasiya portalı bildirib ki, “Tesla” sonuncu dəfə 2023-cü ilin fevralında ABŞ-nin ilk on şirkəti sırasından çıxıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024