«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
15 MİN VERGİ BORCU olan şirkət BDU-nun 1,4 MİLYONLUQ TENDERİNİ UDDU

Tarix: 10-03-2024 21:22 | Bölmə: İqtisadiyyat | Baxış: 172



Bakı Dövlət Universitetin keçirdiyi tender müsabiqəsinin qalibi “Everest-2022” MMC (VÖEN – 1102578901) olub.

BDU İKT avadanlıqlarının satın alınmasına görə, “Everest-2022” MMC-yə 1 milyon 444 min 952 manat 53 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Everest-2022” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Həzi Aslanov (Lökbatan), ev 31A, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Qeyd edək ki, şirkət dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra onlarla tender müsabiqəsində qalib olmağa başlayıb. 

Nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları olan “Everest-2022” MMC barəsində açıq resurslarda heç bir məlumat yoxdur. Milyonlarla manat dəyəri olan tender müsabiqələrini udan şirkət fərqli dövlət qurumlarına fərqli sahələrə aid mallar satır.

Onu da bildirək ki, BDU-nun 1,4 milyon manatlıq tender müsabiqəsində qalib olan “Everest-2022” MMC-nin dövlət büdcəsinə 15 min 219 manat 87 manat vergi borcu var. 

“Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.

BDU tender müsabiqəsiylə bağlı sənəd qəbulunu bu ilin yanvar ayında keçirib. “Everest-2022” MMC-nin yanvar ayında vergi borcu olmayıbsa, o zaman 15,2 min manatlıq borc son bir ay ərzində yaranıb.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024