«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Azərbaycan Gürcüstan iqtisadiyyatına nə qədər investisiya yatırıb?- İki fərqli rəqəm…

Tarix: 11-03-2024 19:35 | Bölmə: İqtisadiyyat | Baxış: 95



Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 1 milyard 594,7 milyon dollar olub və 2022-ci illə müqayisədə 24% azalıb.

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların 3,4%-i və ya 53,6 milyon dolları Azərbaycanın payına düşüb.

2022-ci illə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisyaların həcmi 32 dəfə artıb. Belə ki, 2022-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatına 1,7 milyon investisya yatırıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlarla, Gürcüstan rəsmi qurumlarının açıqladığı məlumatlar arasında böyük fərq var. Gürcüstan ötən ilin ilk 9 ayında Azərbaycanın bu ölkənin iqtisadiyyatına 18 milyon dollar investisya qoyduğunu bildirib. 

Lakin Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatda göstərilir ki, ötən ilin ilk 9 ayında Azərbaycan Gürcüstan iqtisadiyyatına 50,7 milyon dollar investisyia yatırıb. 2022-ci ilin statistik göstəricilərində də eyni vəziyyət müşahidə olunub. Belə ki, Azərbaycan 2022-ci ildə Gürcüstan iqtisadiyyatına 37,5 milyon dollar investisya yatırıldığını bəyan edib.

Onu da qeyd edək ki, Azərbaycan və Gürcüstan rəsmi qurumlarının açıqladığı məlumatlar arasında böyük fərqin olması təkcə birbaşa xarici investisiyalarla bağlı deyil, Azərbaycan və Gürcüstan rəsmi qurumlarının açıqladığı xarici ticarət göstəricilərində də hər zaman böyük fərq qeydə alınır.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024