«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq - RƏSMİ

Tarix: 28-03-2024 19:25 | Bölmə: İqtisadiyyat | Baxış: 168



Bu ilin ilk ayı ərzində Azərbaycan xarici ölkələrə 116 baş diri at satıb.

Rəsmi məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı azalıb.

Belə ki, 2023-ci ilin ilk ayında Azərbaycandan xaricə 146 baş at satılıb.

Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat) olub.

Məlumat üçün qeyd edək ki, atların böyük əksəriyyəti – 105 başı Qazaxıstana satılıb. Bundan başqa 11 at Türkiyəyə satılıb.

Qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb. 

2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyıri 140 dollar olub. 

2017-ci ildə at ixracı 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.

2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın orta gömrük dəyəri isə 149 dollar təşkil edib.

2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə 349 baş, 2022-ci ildə 3 524 baş, 2023-cü ildə isə 2 793 baş olub.

Xatırladaq ki, İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur. Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.

At ticarəti ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, ötən illərdən fərqli olaraq Azərbaycan diri at ixrac etdiyi Qazaxıstandan at əti idxal edib. 

Bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at əti gətirilib. İdxal edilən at ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat) olub.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024