«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyadan çıxan şirkətlərin ziyanı açıqlandı - Kreml onların aktivlərini dəyər-dəyməzinə alır

Tarix: 28-03-2024 19:40 | Bölmə: İqtisadiyyat | Baxış: 202



Ukraynadakı müharibənin başlamasından sonra Rusiya ərazisindən çıxmaq qərarına gələn xarici şirkətlərə 107 milyard dollardan çox ziyan dəyib. Bu, vəsaitlərin silinməsi və gəlir itkisi üzündən baş verib. 

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda deyilir ki, xarici şirkətlərin itkilərinin həcmi 2023-cü ilin avqustunda ötən illə müqayisədə 35 faizə yaxın artıb. 

Qeyd olunur ki, Rusiya xarici aktivlərin satışında ən azı 50% endirim tələb edir və həmin şirkətlərin ölkədən çıxış tələblərini daim sərtləşdirir.

Belə ki, 2024-cü ildə Shell, Yandex NV, HSBC və Polymetal International-ın aktivlərinin təxminən 10 milyard dollara satılacağı açıqlandı. Bu zaman endirimlər təxminən 90%-ə çatıb.

Ötən həftə isə Fransanın Danone şirkətinə Rusiyadakı aktivlərini satmağa icazə veriblər. Nəticədə fransızlar 1,3 milyard dollarlıq ümumi itki ilə üzləşiblər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024