«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Bu addım Putinin hərb maşınının ürəyinə zərbə vuracaq..." Boris Conson

Tarix: 27-06-2022 13:00 | Bölmə: İqtisadiyyat | Baxış: 191

"2021-ci ildə Rusiya qızıl ixracından 15, 5 milyard dollar qazanc əldə edib"
 
ABŞ, Böyük Britaniya, Yaponiya və Kanada Rusiya qızılına qadağa qoyacaq
 
Bu gün məlum olub ki, ABŞ, Böyük Britaniya, Yaponiya və Kanada Rusiya qızılının idxalına qadağa qoyacaq.
Məqsəd Moskvanı Ukraynada hərbi əməliyyatı maliyyəşdirmək imkanından məhrum etməkdir.
Bu barədə Qərb KİV-ləri məlumat yayıb.
Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib: " Bu addım Putinin hərb maşınının ürəyinə zərbə vuracaq".
ABŞ prezidenti Co Bayden qadağanı dəstəkləməyən G7 qrupu ölkələrinə-İtaliyaya, Fransaya və Almaniyaya embaqoya qoşulmağı təklif edib.
ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb: "Böyük yeddilik" Rusiyaya on milyardlarla dollar qazandıran Rusiya qızılının idxalının qadağan edilməsi barədə elan edəcək".
Embarqo yeni sövdələşmələrə tətbiq ediləcək. Qadağanın qüvvəyə minməsinədək qanuni yolla qazanılan Rusiya qızılına məhdudiyyətlərin genişləndirilməsi planlaşdırılmır.
Elə bu gün Avropa Şurasının rəhbəri Şarl Mişel mətbuat konfransında bəyan edib ki, Avropa analoji addıma hazırlaşır, lakin bu zaman öz iqtisadiyyatına ziyan vurmaq istəmir".
Biz Rusiyanın müharibəni maliyyələşdirməsinə zərbə vurmaq istəyirik. Ona görə də biz lazım olduğu yerdə uyğunlaşmağa və izah etməyə hazırıq ki, bir tərəfdən biz Rusiyaya və Rusiya hakimiyyətinə zərbə vururuq, digər tərəfdən isə öz iqtisadiyyatımızın və tərəfdaşlarımızın iqtisadiyyatının maraqlarını nəzərə almalıyıq", - Şarl Mişel bəyan edib.
Qızıl Rusiya ixracının mühüm hissəsini təşkiı edir.
2021-ci ildə ölkə bu ixracdan 15, 5 milyard dollar qazanıb.
Rusiyanın payına dünyanın qızıl hasilatının 10 faizi düşür.
London dünyanın iri qızıl ticarəti mərkəzi olduğundan Böyük Britaniya hökuməti bəyan edib ki, bu addım Moskvanın vəsaitləri cəlb etmək qabiliyyətinə böyük təsir göstərəcək.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024