«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ekspert: "Dünyada taxıl ucuzlaşır, Azərbaycanda bahalaşır"- "İnhisarçılıq imkan vermir ki..."

Tarix: 02-10-2022 20:55 | Bölmə: İqtisadiyyat | Baxış: 168



2022-ci il ərzində iki dəfə Azərbaycanda taxıl məhsullarının qiyməti artırılıb. Qiymət artımı dünya bazarlarındakı bahalaşma ilə izah olunurdu. Taxılın dünya bazarında qiymətində son 3 ayda ucuzlaşma müşahidə olunur. Amma bu prosesin ölkədəki qiymətlərə təsiri görünmür. 
Press-fakt.com 
Toplum.tv-yə istinadən xəbər verir ki, ekspert Vahid Məhərrəmov bunun ölkədəki taxıl sektorunun inhisarlaşdırılması ilə əlaqələndirir.
O daxili bazara nəzarəti həyata keçirən qurumların taxıl şirkətlərinə təsir edə bilmədiyini deyir.
Bildirir ki, bu şirkətlərin arxasında yüksək vəzifəli məmurlar durur. Əziyyəti isə əhali çəkir. Onun fikrincə, buğdanın ucuzlaşması və keyfiyyətinin artması üçün hökumətin ciddi addımlarına ehtiyac var.
Millət vəkili Vahid Əhmədov deyir ki, dünya bazarında ucuzlaşma davam etsə, bu daxili bazara təsir edər. Amma hələ ki ciddi ucuzlaşmadan söhbət getmir.  
Vahid Məhərrəmovun sözlərinə görə artıq ciddi ucuzlaşma barədə danışmaq olar: 
“İyun, iyul, avqust aylarında dünyada buğdanın qiymətində çox ciddi enmə var. Birinci ayda orada 4.7-di, ikinci ayda 14.4-dü, yəni belə götürəndə, iyun, iyul, avqust aylarını götürəndə, üçüncü ayda da 5.1 fazidi. Yəni ümumilikdə götürəndə ciddi enmə var”.       
Azərbaycanda taxılın hazırki qiyməti 1 il öncəkidən 16-17 faiz bahadır. Un və çörəyin qiyməti isə ötən ilkinə nisbətdə 50 faiz bahalaşıb.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024