«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Kokain kraliçası": planetin ən nüfuzlu narkobaronessasının tarixçəsi

Tarix: 05-01-2024 13:01 | Bölmə: Kriminal | Baxış: 59



"O, nəticədə özünün qurbanı olduğu qətl metodunu kəşf edib..."
 
"Qanlı dul qadın" üç dəfə ərdə olub, ərlərinin hər üçü narkotik ticarəti və ya qaçalmalçılıqla məşğul olub, ikinci ərini ağzından güllə vuraraq qətlə yetirib..."
 
"Narkobaronessa ən azı 40 qətldə şübhəli bilinərək üst-üstə 35 il həbs cəzasına məhkum edilib..."
 
"Dəhşətli narkobaron" deyəndə əksəriyyət insanların ağlına Pablo Eskobar və El Çapo kimi şəxsiyyətlər gəlir. Lakin heç də az tanınmayan qadın da var ki, bu narkobaronlara öz pullarını qazanmaq üçün yaxşı imkan yaradıb.
 
Bu barədə "ladbible.com" nəşri yazıb.
 
"Xaç anası" və "kokain kraliçası" ayamalarından belə düşünmək olar ki, bu, Qirselda Blankonun nüfuzunu göstərir. Lakin onun kişi həmkarlarını daha üstün tuturaq ona o qədər də diqqət yetirilmir. Hərçənd, Blanlkonun tarixçəsi heç də az zəngin və xaotik olmayıb.
 
Mayyaminin cinayətkar aləmində olduğu zaman onun kəşf etdiyi qətl metodu sonucda özünün əleyhinə işləyib, çünki nəticədə onun özü yaratdığı texnikanın köməyilə qətlə yetirilib, yanından ötən motosikletçi hərəkət edərkən onu güllələyib və yoluna davam edib.
 
Bu qətl tipi narkosavaşların gedişində geniş yayılıb, bu taktika sonradan digər bandalar tərəfindən maşınlardan atəş açmaq üçün istifadə edilib. 
 
Blanko nə zamansa ABŞ-ı hələ 1980-ci illərdə ağuşuna almış  narkotiklərlə kədərli müharibələrdə başlıca oyunçu olub. O, karyera nərdivanı ilə yüksələrək kokain industriyasında dünyanın başlıca bosslarından biri olub. O, cinayətlər, zorakılıq və amansız hiylələrlə dolu həyat yaşayıb.
 
Keçmiş məşuqu Çarlz Kosbinin sözlərinə görə, o, 11 yaşında ilk cinayətini törədib. Kolumbiyada doğulan Qriselda 19 yaşında evdən qaçıb, 1964-cü ilin sonunda isə saxta sənədlərlə Birləşmiş Ştatlara köçüb və orada ərə gedərək üç övlad dünyaya gətirib.
 
Həm də ona doğma ölkəsi ilə ABŞ-ın Mayyami və Nyu-York kimi əsas şəhərləri arasında kokain daşınması üzrə əməliyyat üzərində işləmək lazım gəlib.
 
Sonradan Blankonun əlləri daha da çirkaba bulaşıb, o, qanlı qətllər və qəddar hücumlar seriyalarına görə cavabdehlik daşıyıb.
 
Qriselda həm də "qanlı dul qadın" adlandırılıb. Qadın üç dəfə ərdə olub. Ərlərinin hər üçü həmçinin narkotik ticarəti və ya qaçaqmalçılığı ilə məşğul olub və həlak olublar.
O, ikinci ərini ağzından güllə vuraraq qətlə yetirib. Oğullarının dördü də anasının narkobiznesində iştirak edib. Onlardan üçü onun sağlığında qətlə yetirilib.
 
Narkobaronessa 1970-1980-cı illərdə öz qanunsuz müəssisəsində milyardlarla dollar qazanıb. Lakin 1985-ci ilin fevralında hər şey dəyişib, o zaman Narkotiklərlə Mübarizə İdarəsi onun evinə soxulub və o, kokain istehsalı, idxalı və yayılmasında ittiham edilərək 15 il müddətində həbs cəzasına məhkum edilib.
 
O, həbsxanada olduğu zaman ona qarşı daha üç birinci dərəcəli qətldə ittiham irəli sürülüb, onlardan biri iki yaşlı oğlanın qətli ilə bağlı olub.

Sonradan o, özünü bu ittihamlar üzrə təqsirli olduğunu etiraf edib və onun hökmünə daha 20 il əlavə edilib. Lakin narkobaronessa ən azı 40, bəlkə də 200 digər qətllərdə məsuliyyət daşıdığında şübhəli bilinib.
 
2004-cü ildə Qriselda Kolumbiyaya geriyə deportasiya edilib. 2012-ci il sentyabrın 3-də o, həlak olub. Blanko öz doğma Medelin şəhərində ət mağazasının yanında küçədə dayanarkən motosikletdə yanından ötən iki killer onu güllələyib. Onlar iki dəfə onun başından atəş açıb və o, 69 yaşında yerindəcə dünyasını dəyişib.
 
Onun qətl metodunun istezasından danışarkən, Mayyami Universiteti beynəlxalq tədqatlar fakultəsinin rəhbəri professor Bryus Beqli bütün bunları onun öz əməllərinin nəticəsi kimi izah edib.
 
O, "The Guardian" nəşrinə deyib: "Bu, bir növ onun özünün bir çoxlarının həyatına son qoyduğu kəşfinin qurbanı olmaq kimi ədalətlə üzləşib. Bu qadın həyatında özünə çoxsaylı düşmən qazanıb və saysız-hesabsız insan ölümlərinə görə cavabdehlik daşıyıb.
 
Ola bilsin ki, o, Kolumbiyaya təqaüdə gedə bilərdi, erkən yaşlarında olan oyunçuya heç bənzəmirdi, lakin onun hara baxsanız,  hər yerdə çoxsaylı düşmənləri vardı. Necə deyərlər, nə əkərsən, onu da biçərsən"./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024