«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sabiq MTN-in sabiq generalı Şixəliyevin məhkəməsi yenidən təxirə salındı

Tarix: 10-01-2024 13:45 | Bölmə: Kriminal | Baxış: 68

Mövlam Şixəliyevin məhkəməsi yenidən təxirə salındı


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və digərləri barəsində olan hökmdən verilmiş kassasiya şikayəti və prokurorluğun protesti ilə bağlı məhkəmə prosesi keçirilib.
 
Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən proses yenidən təxirə salınıb.
 
Buna səbəb Mövlam Şixəliyevin vəkilinin məhkəmədə iştirak etməməsi olub.
 
Prosesin qeyri-müəyyən vaxta qədər təxirə salındığı elan olunub.

Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə),
294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə,
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.
 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Mövlam Şixəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.
 
Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
 
Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Press-fakt.com


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024