«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏŞHUR AZƏRBAYVCANLI CƏRRAH AXTARIŞA VERİLDİ - İntetrpola müaciət edilib

Tarix: 16-01-2024 15:10 | Bölmə: Kriminal | Baxış: 91



Tbilisi şəhər Məhkəməsi azərbaycanlı məşhur cərrah –transplantoloq Mircəlal Kazıminin beynəlxalq axtarışa verilməsi üçün İntepola müaciət edib.

Bu haqda "musavat.com"-un verdiyi məlumatda deyilir ki, Mircəlal Kazımi “bir qrup şəxsin, xəstələrin böyük ölçüdə pul məbləğini ələ keçirməsi və ya ələ keçirmək cəhdi” işi çərçivəsində axtarışa verilib.

Cinayət işi 2018-ci ildən araşdırılır və Mircəlal Kazımi o zamandan iş üzrə istintaqa cəlb edilən şəxslər siyahısında olub.
O zaman Azərbaycan mətbuatında bu haqda yazılar dərc olunub.

Həmin yazılardan birindən sitat: "Cinayət işinin materiallarına əsasən, “Lanset” klinikasında 2016-cı ilin martında iki xəstənin ölümünə gətirib çıxaran qara ciyər köçürməsi əməliyyatları həyata keçirilib.

Ekspertiza nəticəsində məlum olub ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı yox idi, buna onları cərrah-transplantoloq və klinikanın direktoru inandırıb.

Xəstələrə deyiblər ki, onlara təcili qara ciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib".

Screenshot_7.png (219 KB)

“Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə, prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə müraciət edir. 

Bu vəsatət təmin edildikdən sonra M.K. barəsində axtarış elan ediləcək", deyə Gürcüstan prokurorluğunun bəyanatında bildirilirdi.

O zaman barəsindəki ittihamlara aydınlıq gətirən Mircəlal Kazımi demişdi ki, qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edir.

Yayılan son məlumatlara Mircəlal Kazıminin münasibətini də təqdim etməyə hazırıq.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024