Moskva rəhbərliyinin “toxunulmaz” şəxsə çevirdiyi direktor - onun qəbul otağında işıqfor quraşdırılıb...
Onun cinayətkar şəbəkəsini ifşa etmək üçün hazırlanan əməliyyata nə az, nə çox hüquq-mühafizə orqanlarından 400 nəfər cəlb edilib. Söhbət heç də narkotik vasitələri qanunsuz dövriyyəyə buraxan narkotacirdən, silsilə qətllər törədən şəxsdən getmir.
Moskva univermaqlarının birinə rəhbərlik edən Vladimir Kantorun qanunsuz əməlləri və özbaşınalığı o həddə çatıb ki, “toxunulmaz” direktorun həbsi Kreml kabinetlərində müzakirə edilib.
Kim olub Vladimir Kantor?
1970-ci illərin sonunda Moskvadakı “Sokolniki” univermağına direktor təyin edilən Vladimir Kantor haqqında əfsanələr dolaşıb.
Hətta Yuri Andropov hakimiyyətə gəldikdən sonra korrupsiyaya, rüşvətə, qanunsuz ticarətə, dövlət əmlakını mənimsəyənlərə qarşı genişmiqyaslı mübarizəyə başlayanda belə Vladimir Kantoru tora sala bilməyib.
Haqqında bir neçə dəfə materiallar toplansa da univermaq direktoru haqqında cinayət işi açmaq üçün kifayət qədər dəlil və sübut tapılmayıb.
Moskva şəhər İcraiyyə Komitəsinin sədri Promıslovla bacanaq olan Vladimir Kantorun Moskva şəhər Partiya Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü Viktor Qrişinlə də yaxın dostluq münasibətləri olub.
O, birincilərlə olan dostluq münasibətlərini heç vaxt gizlətməyib, onlarla birgə necə əyləndikləri, ova getməkləri, birgə toplaşdıqları məclislər haqqında ətrafdakılara həvəslə danışıb.
Elə bu münasibətlərin sayəsində o, yerli rayon sovetinin deputatı seçilib. Cibində gəzdirdiyi deputat vəsiqəsi və yuxarılarla sıx dostluq əlaqələri Kantoru “toxunulmaz” şəxsə çevirib.
Direktorun özbaşınalığı o həddə çatıb ki, onun kabinetinin qarşısındakı qəbul otağına işıqfor quraşdırılıb. Bəli, sözün əsl mənasında küçələrdə olan işıqforların kiçik formasında olan üç rəngli qurğu. Qurğunun işıqlarını isə kabinetdə əyləşən Vladimir Kantor tənzimləyib.
Qırmızı işığın yanması onu göstərib ki, kimliyindən asılı olmayaraq kabinetə daxil olmaq qadağandır. Sarı işıq qəbula gələnlərin gözləməsinə işarə edib. Yaşıl işıq yananda isə katibənin icazəsindən sonra gözləyənlər bir-bir içəri daxil olublar.
“Sokolniki” univermağında müvafiq qurumların cari yoxlamalarını Vladimir Kantor saya salmayıb. Mövcud dövrdə ticarət sahəsində çalışanların ən çox çəkindiyi SƏDM əməkdaşlarını (OBXSS) Vladimir Kantor heç kabinetinə belə buraxmayıb.
SSRİ-yə idxal olan xarici malların bölgüsündə “Sokolniki” univermağının xüsusi payı olub. Moskava şəhər ticarət idarəsi “qarşılıqlı anlaşma” nəticəsində Vladimir Kantoru ən defisit mallarla təmin edib.
Amma bu malların heç beş faizi univermaqda satılmayıb. Vladimir Kantorun “alverçi şəbəkəsi” malları birbaşa anbarlardan daşıyıblar.
Univermaq direktoru daha çox zinət əşyalarından, brilyant və qızıl məmulatlarından zənginləşib. 1970-ci illərin sonlarından başlayaraq zinət əşyalarının qiymətləri qalxanda Vladimir Kantor yüz minlərlə rubl dəyərində qızıl və brilyant alıb və onları mənzilində, bağ evində gizlədib.
Bir müddət keçdikdən sonra, qiymətlər qalxanda həmin malları yeni qiymətlə özünün daimi müştərilərinə satıb. Təkcə 1981-ci ildə Vladimir Kantor bu maxinasiyadan 800 min rubl qazanıb.
Vladimir Kantor təkcə univermaqdakı gəliri ilə özünü məhdudlaşdırmayıb. Mənzil və avtomobil almaq arzusunda olanlar, işə düzəlmək, prestijli institutlara qəbul olunmaq istəyənlər də ona üz tutublar. O, öz maraqlarını da təmin edərək hamının işinə “yarayıb”.
Onun çoxşaxəli “fəaliyyəti” ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinin, həmçinin Kremlin diqqətindən yayınmayıb və hamı onun kimlərə arxayın olduğunu da yaxşı bilib. Xüsusilə Kantora Moskvanın birinci katibi Viktor Qrişinin hamilik etməsi də heç kim üçün sirr olmayıb.
Nəhayət, 1985-ci ildə Vladimir Kantorun cinayətlərini açmaq üçün Moskva şəhər Daxili İşlər İdarəsində xüsusi qrup yaradılıb. Mərkəzi Komitənin göstərişi ilə xüsusi qrup Viktor Qrişinin Macarıstanda səfərdə olduğu zaman fəaliyyətə başlayıb.
Ən maraqlı fakt isə odur ki, yuxarıda qeyd etdiyimiz kimi Vladimir Kantorun “şəbəkəsi”ni ifşa etmək üçün ümumilikdə hüquq-mühafizə orqanlarından 400 nəfər əməkdaş cəlb olunub. Əməliyyatın məxfiliyinin qorunması üçün hər bir əməkdaşdan iltizam alınıb.
1 aprel 1985-ci ildə Vladimir Kantor mənzilindən çıxanda, o, milis əməkdaşları tərəfindən saxlanılıb. Direktor əvvəlcə elə düşünüb ki, onunla 1 aprel zarafatı edirlər. Məsələnin ciddiliyini anlayanda Kantor son azadlıq dəqiqələrində də hikkəsindən əl çəkməyib:
Bu nə özbaşınalıqdır? Siz buna görə cavab verməli olacaqsınız? Mən deputatam.
O, bu sözləri dediyi zaman isə rayon xalq deputatları sovetinin iclası başlayıb, Vladimir Kantorun deputatlıq səlahiyyətinə xitam verilib.
Axtarış zamanı Vladimir Kantorun mənzilindən və bağ evindən ağılasığmaz miqdarda pul və zinət əşyaları aşkar edilib. SSRİ Daxili İşlər Nazirliyi tərəfindən əməliyyata rəhbərlik edən milis polkovniki Oleq Artyuxin sonralar verdiyi müsahiblərdə axtarış zamanı təəccübünü gizlədə bilmədiyini söyləyib:
“Vladimir Kantorun var-dövlətini sakitliklə qarşılamaq mümkün deyildi. 10 kiloqram xalis qızıl, 619 min rubl, 749 zinət əşyası. Onun 15 otaqlı bağ evi, böyük mənzili yaşayış yerindən daha çox İsveçrə bankını xatırladırdı.
Aşkar edilən təkcə saydıqlarım deyil. Bu yalnız axtarışın birinci günü tapılmışdı. Hansı seyf açılırdısa içərisindən ən azı 100 min rubl çıxırdı...”
Vladimir Kantor elə düşünüb ki, “dost”ları onu dar gündə qoymayacaqlar. Xüsusilə də o, Viktor Qrişinə arxalanıb. Ancaq 1985-ci il SSRİ-də elə bir dövr olub ki, Qrişin heç özünü qoruya bilməyib. Amma buna baxmayaraq o, Kantoru güllələnmə cəzasından xilas edib.
Məhkəmədə Vladimir Kantoru 7 maddə ilə ittiham ediblər və o, əmlakı müsadirə olunmaqla 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən bir həftə sonra sabiq univermaq direktoru və deputat düşdüyü vəziyyətə tab gətirməyərək ürək çatışmazlığından vəfat edib.
İlham Cəmiloğlu
Digər xəbərlər
Tarix: 19-01-2024 13:20 | Bölmə: Kriminal | Baxış: 126

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024