«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya şirkətlərinə mikroçiplər satan ABŞ vətəndaşı həbs edilib - Milyonlarla dollarlıq əməliyyat aparıb

Tarix: 20-01-2024 18:30 | Bölmə: Kriminal | Baxış: 81



Los-Ancelesdə 66 yaşlı iş adamı İlya Kan Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli olduqlarına görə sanksiyalara məruz qalmış Rusiya şirkətlərinə mikroçiplər satdığına görə həbs edilib.

Qərb mediası xəbər verir ki, mikroçiplər ABŞ istehsalçılarından alınıb və onun Rusiya şirkətlərinə ixracı uzun illər ərzində davam edib.

ABŞ Ədliyyə Nazirliyi məlumatında İlya Kanın ABŞ, İsrail və Rusiya vətəndaşı olduğu qeyd olunur. O, milyonlarla dollar dəyərində ixtisaslaşmış Amerika texnologiyalarını rus çip istehsalçısına - Elektron Hesablama və İnformasiya Sistemləri tədqiqat və istehsal mərkəzinə ötürməkdə şübhəli bilinir. 
Amerika sanksiyaları altında olan Mərkəz də öz növbəsində bir çox başqa şirkətlərlə əməkdaşlıq edir.

Məlumata görə, biznesmen Rusiyanın Ukraynaya hücumundan əvvəl bir rus şirkətinə texnologiya verib və həbs olunana qədər bu ticarəti dayandırmayıb. Kanı 20 ilə qədər həbs gözləyir.

Bundan əlavə, istintaq materiallarında Kanın mikroçiplər istehsal edən Tayvan şirkətlərindən biri ilə əməkdaşlıq qurduğu və daha sonra məhsulları Honq Konq və Çin vasitəsilə Rusiyaya tədarük etdiyi iddia edilir.

Məlumata görə, həmin şəxs aviasiya və kosmik texnologiya üçün proqram təminatı hazırlayan və silikon yarımkeçirici vafliləri sınaqdan keçirən “Senesys Incorporated və Sensor Design Association” şirkətinin sahibidir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024