«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PROFESSORUN EVİNƏ HÜCUM EDİLİB - Mayis Əliyevin əl-ayağını bağlayıb...

Tarix: 06-02-2024 15:00 | Bölmə: Kriminal | Baxış: 89



Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.

Press-fakt.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib.

İttihama əsasən, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. 

Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. "İşini" rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb.

Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədridir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024