Rusiya kriminalının lideri azadlığa buraxıldı - “Şakro molodoy”un “qapısını açan” səbəb nədir?
Rusiya kriminal aləminin lideri sayılan “Şakro molodoy” ləqəbli tanınmış “qanuni oğru” Zaxari Kalaşov azadlığa buraxılıb.
“The Moscow Times”ın yazdığına görə, əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Rusiya cinayət aləminin “kralı” Zaxari Kalaşov Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsinin qərarı ilə vaxtından əvvəl həbsxanadan azad edilib.
Qeyd olunur ki, Kalaşov Rusiya həbsxanalarındakı məhbusların Ukraynaya qarşı müharibəyə cəlb edilməsində aktiv rol oynayıb: "2018-ci ildə Kalaşov 9 il 10 ay müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.
İş materiallarına görə, o, Rusiya cinayət dünyasının lideri adlandırılıb. Kalaşov “qanuni oğru” Aslan Usoyanın(Ded Xasan) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub”.
“Gulagu.net” layihəsinin məlumatına görə, Kalaşov dustaqların Ukrayna ilə müharibəyə cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım edib.
“Vaqner” bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedev hüquq müdafiəçilərinə bildirib ki, o, İstintaq Komitəsi əməkdaşlarının Krasnodar diyarındakı həbsxanaya gələrək, “Şakro molodoy”a necə “lüks şərait” təşkil etdiyini görüb.
Bu, ondan ötrü olub ki, Kalaşov məhbusların müharibəyə cəlb edilməsini asanlaşdırmaq üçün digər cinayətkar liderlərlə danışıqlar təşkil etsin.
Qeyd olunur ki, Kalaşov 2018-ci ildən başlayaraq, xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə ittihamı əsasında cəza çəkir. İşlə bağlı 14 nəfər zərərçəkmiş kimi tanınıb.
Belə ki, 2015-ci ilin dekabrında Moskvada "Elements" restoranının yaxınlığında atışma olub. Məhkəmənin müəyyən etdiyi kimi, cinayətkar qrup Şakronun göstərişi ilə restoran sahibi Janna Kimdən səkkiz milyon rubl tələb edib.
İstintaq nəticəsində bir neçə cinayət işi başlanıb, o cümlədən rüşvət almaqda təqsirləndirilən İstintaq Komitəsinin əməkdaşlarına qarşı da cinayət işi açılıb.
Qeyd olunur ki, iş üzrə təqsirləndirilən şəxslərdən biri, İstintaq Komitəsinin daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Mixail Maksimenko 2023-cü ildə cəza çəkdiyi koloniyada dünyasını dəyişib.
2016-cı ildə həbs olunmazdan əvvəl Kalaşov üç dəfə Rusiyada, 2008-ci ildə isə İspaniyada çirkli pulların yuyulmasında təqsirli bilinib.
Bundan əlavə, Gürcüstan “Şakro molodoy”un ekstradisiyasını tələb edib. Ona qətl cinayətinə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Xəbərdə qeyd olunur ki, Krasnodar məhkəməsi qapalı iclasda 70 yaşlı “Şakro molodoy”un “tibbi səbəblərə görə” şərti azadlığa buraxılmasına qərar verib. Əgər bu qərar çıxarılmasaydı, “qanuni oğru” 2027-ci ilə qədər həbsdə qalmalı idi.
Açıq mənbələrə görə, Zaxari Knyazeviç Kalaşov 1953-cü il martın 20-də Tbilisidə anadan olub. Yezidi kürd ailəsindəndir. O, üç dəfə məhkum olunub. Onun həyatına ən azı on dəfə sui-qəsd cəhdi edilib.
Onu da əlavə edək ki, Rusiya qanunvericiliyindəki dəyişikliklərə görə, kriminal ierarxiyada yer tutduğu təsdiqlənən istənilən kriminal avtoritetə qarşı həbs qətimkan tədbiri seçilə və o, uzun müddətə həbsxanaya atıla bilər.
Lakin məlum olur ki, Ukrayna müharibəsinə dustaqların cəlb edilməsində göstərdiyi “xidmətlər” Kalaşovu bu məsuliyyətdən və ümumiyyətlə, həbsdən azad edib.
Göründüyü kimi, Ukrayna müharibəsi Rusiya həbsxanalarında çoxlarının “qapısını açıb” və sıra artıq kriminal aləmin liderinə də çatıb.
C.Məmmədov
Digər xəbərlər
Tarix: 14-03-2024 13:15 | Bölmə: Kriminal | Baxış: 171

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024