«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Qanuni oğru” ların qərarı: Rusiya-Ukrayna müharibəsində kim “haqlı”dır?

Tarix: 04-03-2022 14:35 | Bölmə: Kriminal | Baxış: 190



Rusiya-Ukrayna savaşı haqda hamı mövqe bildirməkdə davam edərkən maraqlı bir mövzu da gündəmə gəlib. “Qanuni oğru”lar bu savaşda hansı lideri haqlı sayır?
Bu mövzunun gündəmə gəlməsi də təsadüfi deyil. Çünki uzun illərdir ki, kriminal aləmdə hökmranlıq edənlər sırasında rusiyalı “qanuni oğru”lar olsa da, ukraynalılar da onlardan heç də geri qalmayıblar. Hər iki ölkə  kriminalları qanunla problemi  yarananda qarşılıqlı “miqrasiya” ediblər. Rusiyalı Ukraynada, ukraynalı kriminal isə Rusiyada gizlənə bilib.



2018-ci ildə Rusiyada “qanuni oğru”larla bağlı qanun   sərtləşdiriləndən sonra isə Ukrayna kriminal avtoritetlərin sığındığı yeganə ölkələrdən biri oldu. Məlumdur ki, qanuna görə,  “mən qanuni  oğruyam” etirafı kifayət edir ki, Rusiyada onu 15 il həbsə göndərsinlər. Rusiyada qanun sərtləşdikdə bir çox nüfuzlu avtoritetlər ölkə sərhədlərini tərk etmək məcburiyyətində qaldılar. Daha varlı və transmilli cinayətkar şəbəkə ilə əlaqələri olanlar Avropaya getdilər, amma daha az imkanlılar məhz Ukraynaya üz tutdular. Ukrayna isə kriminal aləm üçün “təhlükəsiz sığınacaq” olmaqda çox davam etmədi.    

2019-cu il parlament seçkilərindən dərhal sonra prezident  Zelenskinin komandası Rusiyadakı qanuna analoji yasaqın gətirilməsi üçün Ali Radaya qanun layihəsi təqdim etdi. Lakin parlamentarilər bu qanun layihəsini əhəmiyyətli dəyişikliklərlə qəbul etdilər.  

2021-ci ildə isə Zelenski hakimiyyəti  ölkədəki kriminal vəziyyətdən ciddi narahat olmağa başladılar. Prezidentin  fərmanına əsasən, Gürcüstan, Rusiya və Azərbaycan vətəndaşlarından ibarət 668 nəfərlik “qara  siyahı” tərtib olundu, qərarın  icrası üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına (SBU) geniş səlahiyyətlər verildi.
Siyahıda olan əcnəbi kriminal avtoritetlərin ölkədən çıxarılmasına başlanıldı, ölkədə yaşamaq hüququ və immiqrasiya icazələri məhkəməsiz ləğv edildi, Ukrayna vətəndaşlığı olanlara da güzəşt edilmədi, hətta xaricdə olanlara da ömürlük Ukraynaya giriş qadağası tətbiq edildi. 
 


Kriminal avtoritetlərə qarşı sanksiyalar tətbiq etməsindən bir ay sonra ölkədə bir nəfər də olsun “qanuni oğru” qalmadı. Bu bir ay ərzində polis və SBU, demək olar ki, hər gün onlarla cinayət şəbəkə üzvlərini həbs etdi, bir çoxları deportasiya olundu. 

Rəsmi məlumatlara görə, indi Ukrayna ərazisində “qanuni oğru” və ya fəal cinayətkar şəbəkələrin üzvləri ya yoxdur, ya da həbsdədirlər. Onların Kiyevin müdafiəsi üçün həbsdən buraxılanları sırasında olub-olmaması da açıqlanmır.   
“Kriminal aləmin və avtoritetlərin nümayəndələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı fikirlərini bildirməyəcəklər. "Oğrular” siyasətdən kənardadırlar".

Rusiya saytlarından  birinin xəbərində belə deyilir.   
Xəbərdə daha bir diqqətçəkən məqam da var. Qeyd olunur ki, Ukraynanın separatçı Donbas vilayətində kriminal nəzarət Edik Tbilisski kimi tanınan Eduard Asatryan nəzarət edir. Yəni Ukraynada qəbul edilən sərt qərarlar ona “toxunmayıb.”



Eduard Asatryan milliyyətcə ermənidir və 1968-ci ildə Tiflisdə anadan olub, əvvəllər dəfələrlə müttəhim kürsüsündə əyləşib. Mafioz dairələrdə çox yaxşı tanınan E.Asatryan bir neçə dəfə məhkum olunub. Məlumatlara görə, onun təkcə Rusiyada deyil, bir sıra Avropa ölkələrində də kriminal qruplaşmalara təsiri və nəzarəti var.
Asatryan uzun müddət “Ded Xasan”ın yaxın adamlarından sayılıb. 2012-ci ildə isə onlar arasında maliyyə məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. 2013-cü ildə “Ded Xasan”ın öldürülməsindən sonra mafiyanın əsas aktivlərini yaxşı bilən Asatryan bunları öz tabeliyinə keçirib, mafiya lideri olmaq istəyib.
O zaman bu vəzifəyə əsas namizədlərdən biri də Usoyanın qohumu Dmitri Çanturiya sayılırdı. Asatryanın kriminal aləmdə təsiri, Mironun isə ciddi maliyyə imkanları vardı. Lakin hər iki tərəf bu mübarizədə uduzdu. 2013-cü ildə hər iki “qanuni oğru”nun tərəfdarlarının görüşündə Mironun adamları Asatryan və oğlunu döydülər. Bir müddət sonra o, külli miqdarda narkotikin saxlanılmasında günahlandırılaraq 3 il azadlıqdan məhrum edildi.
Azadlığa çıxandan sonra da ona cinayət aləminin bir sıra “sualları” vardı. Bu səbəbdən o, “nəzarətdən də, kriminal qanunlardan da kənarda olan” Donbasa sığınıb...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024