«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Cinsi azlıq nümayəndəsi olan yeni Baş nazir "sevgilisini" nazir təyin etdi - FOTO

Tarix: 12-01-2024 18:10 | Bölmə: Xəbər lenti / Ölkə | Baxış: 98



Fransanın xarici işlər naziri vəzifəsinə 38 yaşlı Stefan Sejournenin təyin edilməsi bu ölkədə geniş müzakirələrə səbəb olub.

Yeni XİN rəhbərinin kimliyi ölkə və dünya mediasında maraq doğurub.

Belə ki, “İntibah” partiyasının lideri olan Sejourne Fransanın yeni Baş naziri Qabriel Attalla vətəndaş nikahında yaşayır.

Qeyd olunur ki, o, cinsi azlıq nümayəndəsi olduğunu və Qabriel Attal ilə münasibətini mediadan gizlətmir. Onların 2017-ci ildən birlikdə yaşadığı məlumdur. Attalın yeni qurduğu hökumətdə Sejourneyə vəzifə verməsi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, yanvarın 9-u Q.Attal Elizabet Bornun istefasından sonra Fransanın yeni Baş naziri təyin edilib. 34 yaşlı Attal ölkə tarixində ən gənc Baş nazir olub. O bu təyinata qədər Fransanın təhsil naziri idi. Qabrial Attal Fransa Prezidentinin yaxın tərəfdaşı, ölkənin cinsi azlıq nümayəndəsi olduğu bildirilən ilk Baş naziridir./qafqazinfo

Qeyd edək ki, Fransa Konstitusiyasına əsasən, ölkədə Prezident Baş naziri təyin edir. Dövlət başçısı Baş nazirin təklifləri əsasında hökumətin digər üzvlərini təyin edir.





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024