«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Hacı İbrahim NEHRƏMLİNİN QARDAŞI HƏBS EDİLDİ - O, uzun müddət ATV-nin prezidenti olub

Tarix: 30-01-2024 20:10 | Bölmə: Xəbər lenti / Olay | Baxış: 124


Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. 

Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Qafqazinfo-nun məlumatına görə, həbs olunanlardan Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

Maraqlıdır ki, partlayışdan sonra Tağı İbrahimov mətbuata açıqlamasında yanan mebel sexinin onlara aid olmadığını bildirmişdi.

Onu da qeyd edək ki, T.İbrahimov uzun müddət ATV telekanalının prezidenti olub.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024