«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ sanksiyaları ləğv etmək üçün şərtlərini açıqladı

Tarix: 04-03-2022 13:13 | Bölmə: Xəbər lenti / Rezonans | Baxış: 235



"Rusiya müharibəni dayandıraraq Ukraynada tikintilərə yardım və sülhü bərpa edərsə, ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyarsa, sanksiyalar da aradan götürülər".

Press-fakt report-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Viktoriya Nuland TASS-a müsahibəsində bildirib.
“Rusiyanın danışıqlar masasının qoyduğu sualların çoxu ilə bağlı danışıqlara hazır idik. Biz hətta bildirmişdi ki, Ukraynada hücum silahlarının yerləşdirmək niyyətində olmadığımızı da bəyan etmişdik. Biz NATO-ya qoşulmaq istəyən dövlət barədə başqası ilə danışmağa, həm də alyansın əvəzində Rusiyanın qərar qəbul etməsinə də icazə verməyə hazırlaşmırdıq”, - deyə o vurğulayıb.

V.Nuland vurğulayıb ki, Rusiya hazırda Ukraynanın bir dövlət olaraq mövcudluğunu inkar edir.

Rusiya ilə Ukrayna arasında münaqişənin Qərbin yaratdığını inkar edən amerikalı diplomat deyib: “Əgər istəsəniz, bu məsələni sizinlə bütün gün uzunu müzakirə edə bilərik. Ancaq Ukrayna və NATO Rusiyaya qarşı sıfır təhlükə törədirdi”.

V.Nuland Moskvanı Ukraynanı Rusiyaya yenidən birlədirməklə Sovet İttifaqı yaratmaqda ittiham edib: “Moskva lap əvvəldən Ukrayna və Belarusu yenidən özünə birləşdirməklə 1979-cu ilin sovet fantaziyasına qayıtmaq istəyirdi”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024