«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dövlət Xidməti 1 ƏDƏD hədiyyəlik taxta QUTUYA 65 MANAT (!) xərcləyəcək

Tarix: 11-03-2024 14:40 | Bölmə: Xəbər lenti / İqtisadiyyat | Baxış: 116



Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti “Madina Group MM” MMC (VÖEN – 1502073491) ilə satınalma müaviləsi imzalayıb.

Press-fakt.com yeniavaz-a istinadla xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Tender müsabiqəsinin şərtlərinə görə, “Madina Group MM” MMC Bərpa,Tikinti və İdarəetmə Xidmətinin sifarişi əsasında 500 ədəd xüsusi hədiyyəlik taxta qutular hazırlayacaq və qarşılığında 32 min 450 manat alacaq. Bir ədəd hədiyyəlik taxta qutunun hazırlanmasına  64 manat 90 qəpik ayrılacaq.

Məlumat üçün bildirəik ki, tenderin qalibi olan “Madina Group MM” MMC 25 may 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Biləcəri Şossesi, ev 8D-də yerləşir. 

Şirkətin qanuni təmsilçisi  Mürşüdov Asəf Rüstəm oğludur.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. 

Qanunun tələblərindən də göründüyü kimi, hədiyyəlik taxta qutular məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin tender müsabiqəsini bu şəkildə keçirməsi başa düşülən deyil.

Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil. Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

- Satınalma predmetinə təcili tələbat yarandıqda;

- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024