«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İpoteka krediti ilə bağlı dəyişikliklər...- Vətəndaşlara nə verəcək? /VİDEO

Tarix: 17-03-2024 14:00 | Bölmə: Xəbər lenti / İqtisadiyyat | Baxış: 113



Bəzi hallarda ipoteka krediti ilə bağlı borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

“Xəzər Xəbər”in məlumatına görə, dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq.

Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.

Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.

Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtina edə biləcək.

Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024