5 rəhbərlə işləyən nazir - Qarbuzov Kreml intriqalarından uzaq adam olub
Vasili Qarbuzov 12 noyabr 1985-ci ildə, 74 yaşında nazir vəzifəsində olarkən vəfat edib. O, Moskvada Novodeviçye qəbirstanlığında dəfn edilib.
Digər xəbərlər
Tarix: 28-06-2022 14:00 | Bölmə: Xəbər lenti / Persona | Baxış: 178
O, SSRİ Maliyyə Nazirliyində rekord müddətdə birinci kürsüdə əyləşib. Vasili Qarbuzov düz 25 il, 1960-cı ildən 1985-ci ilə, ömrünün son gününə qədər maliyyə naziri vəzifəsində işləyib. Nikita Xruşov devrildikdən sonra aparılan kadr islahatlarında o, öz vəzifəsini saxlaya bilib, 18 il Leonid Brejnevlə dil tapmağı bacarıb, 15 aylıq hakimiyyəti dövründə 19 naziri vəzifəsindən uzaqlaşdıran Yuri Andropov ona toxunmayıb, Konstantin Çerneneko ona daha çox səlahiyyət verib, Mixail Qorbaçov da öz yenidənqurma siyasətində maliyyə nazirini yeniləməyib.
Vasili Qarbuzov 1911-ci ildə Belqorodda fəhlə ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Xarkovda dülgər köməkçisi işləyib. Ali təhsilini də elə bu şəhərdə, Xarkov Maliyyə-İqtisad İnstitutunda alıb. Daha sonra aspiranturada oxuyub.
Ali təhsilli mütəxəssis kimi Qarbuzov ilk əmək fəaliyyətinə oxuduğu institutda başlayıb. O, bu təhsil ocağında kurs rəhbəri, metodist, dekan, kafedra müdiri vəzifələrində çalışıb. 1939-cu ildə Kommunist Partiyasına üzv olub.

1941-ci ildə partiya xətti ilə Qarbuzovu Qırğızıstana göndəriblər. O, bu respublikada Maliyyə Nazirliyində idarə rəisinin müavini və nazirliyin katibliyinin baş məsləhətçisi vəzifələrini daşıyıb. 1944-cü ildə Qarbuzov yeni vəzifəyə təyinat alıb. O, Kiyev Maliyyə-İqtisad İnstitutuna rəhbərlik edib.
Müharibədən sonrakı illərdə daha çox zərər görmüş Ukraynada büdcə, maliyyə, tikinti, planlaşdırma işlərinin daha mükəmməl aparılması üçün bütün bu işlər Ukrayna Dövlət Plan Komitəsinə sədr təyin edilən Qarbuzova həvalə edilib.
Bu vəzifədəki iki illik fəaliyyətində Qarbuzov daha çox tanınıb. Onun planlaşdırmaları, proqnozları, vəsait bölgüsü, büdcəyə qənaəti Moskvada yüksək qiymətləndirilib və 1952-ci ildə Qarbuzov SSRİ maliyyə nazirinin müavini, 1953-cü ildə birinci müavin, 1960-cı ildə isə nazir vəzifəsinə təyinat alıb.
Qarbuzovun özünəməxsus iş prinsipi olub. Hamıya açıq olan nazir Mərkəzi Komitə rəhbərləri ilə də açıq danışmaqdan heç vaxt çəkinməyib.

Adətən Brejnevin hakimiyyəti illərində baş katib Kremli tərk etməyənə qədər nazirlər və komitə sədrləri də öz kabinetlərində oturublar. Qarbuzov üçün bu “qanun” işləməyib. Xüsusilə ölkədə mötəbər tədbirlər keçiriləndə Mərkəzi Komitədən nazirlərin yerində olub-olmaması daha çox yoxlanılıb. Belə günlərin birində Mərkəzi Komitənin katibi Konstantin Çernenko Qarbuzova zəng vurub, hansısa bir maliyyə məsələsi müzakirə olunduqdan sonra Çernenko nazirdən soruşub:
- Vasili Fyodoroviç, siz bu gün axşam saat altıdan sonra işdə olacaqsınız?
- Əlbəttə ki, yox, mən axmaq deyiləm.
Bu cavab Çernenkonunu çaşdırıb:

- Cavabınızı anlamaqda çətinlik çəkirəm. Mərkəzi Komitənin katibləri, şöbə müdirləri, elə baş katib də bir çox vaxtlarda axşamdan xeyli keçmiş işdən çıxırlar. Belə çıxır ki, onlar axmaqdırlar?
- Bunu siz dediniz, mən bu məsələyə münasibət bildirə bilmərəm.
Çernenko nazirilə bu danışığını dərhal Brejnevə çatdrıb. Bir neçə gündən sonra Qarbuzov Brejnevin qəbulunda olanda baş katib həmin söhbəti nazirə xatırladıb. Qarbuzov dediklərini danmayıb və fikirlərini əsaslandrmağı bacarıb:
- Leonid İliç, Mərkəzi Komitədə məruzələr yazılır, məktublara cavab verilir, hər hansı bir görüşə hazırlıq işləri aparılır və s. Bu işdə hər hansı bir yanlışlığıa yol vermək ehtimalı, demək olar ki, sıfıra bərabərdir. Biz də isə hər şey tam fərqlidir. Böyük bir rəqəmdə bi sıfırın artıq, yaxud əskik olması büdcəni alt-üst edə bilər. Buna görə də mən çalışıram ki, iş zamanı nə özüm, nə də əməkdaşlarım yorğun olmasınlar. Axı biz rəqəmlərlə işləyirik.

Brejnev nazirin cavabı ilə razılaşıb.
Qarbuzovla Brejnev arasındakı maraqlı hadisələrdən biri isə 1979-cu ildə büdcə müzakirəsi zamanı baş verib. Bəzi nazirlər və komitə sədrləri, xüsusilə Brejnevlə yaxın münasibətdə olanlar baş katibə rəhbərlik etdikləri qurumda maaşların az olması ilə bağlı şikayət ediblər və bildiriblər ki, Maliyyə Nazirliyində maaşlar yüksək olduğu halda, onlarda olduqca aşağıdır, büdcə müzakirəsi zamanı isə maaşların artırılmasına Qarbuzov imkan vermir. Növbəti qəbulların birində Brejnev bu məsələni nazirə çatdırıb, bildirib ki, dövlət qurumları maaşlarından razı deyillər. Qarbuzov Brejenvə diqqətlə qulaq asıb və özünü heç də müdafiə etməyə çalışmayıb, o, sadəcə baş katibə bir çümlə və bir xahişlə cavab verib:
- Leonid İliç, mən sizi və həmkarların şikayətlərini başa düşdüm. Sizdən bir xahişim olacaq, sabah məni 5-10 dəqiqəlik qəbul edin.
Brejnev bu xahişi qəbul edib və səhərisi gün üçün vaxt təyin olunub. Növbəti gün Qarbuzov baş katibin qəbuluna bir qovluq sənədlə gəlib. O, qovluğu açaraq içindəki sənədləri sıra ilə Brejnevin iş masasının üstünə düzüb. Sənədlər yüksək maaş alan qurumlardan aşağı maaş alan qurumların sırası ilə düzülüb. Yəni bu sənədlərdə dövlət qurumlarının büdcələri əks olunub. Sonuncu yerdə Maliyyə Nazirliyinin sənədi yer alıb. Qarbuzov baş katibə kiçik bir şərh verib:

- Buyurun baxın, Leonid İliç, sonuncu yerdə Müliyyə Nazirliyinin sənədləridir. Bəli, biz nazirliklər arasında ən aşağı maaş alan qurumuq.
Bir neçə gündən dövlət büdcəsinin müzakirəsində iştirak edən Brejnev bir neçə cümlə ilə şikayətlərə son qoyub:
- Qarbuzova toxunmayın, onun işinə müdaxilə etməyə cəhd göstərməyin. Maliyyə naziri kimə nə qədər cib açdığını yaxşı bilir.
Qarbuzov həyatda olduğu kimi nazir kürsüsündə də sadə bir insan olub. Sıravi əməkdaşlar kimi, o da nazirliyin ümumi yeməkxanasında nahar edib. Əlamətdar günlərdə və əməkdaşların ad günlərində nazirliyin yeməkxanasında kiçik bir təntənə təşkil edilməsinə icazə verib və özü də onlara qoşulub. O ki qaldı belə günlərdə içki məsələsinə, nazir bu işi də özü tənzimləyib, 12 nəfərə 3 şampan şərabı və bir şüşə konyak. Ondan normanın məhz nəyə görə belə müəyyənləşdirdiyini soruşanda Qarbuzovun cavabı maraqlı olub:
- Bu həddə qədər içəndə rəqəmlər yerində olur, onu aşanda rəqəmlər də çaş-baş düşür.
Bir neçə gündən dövlət büdcəsinin müzakirəsində iştirak edən Brejnev bir neçə cümlə ilə şikayətlərə son qoyub:
- Qarbuzova toxunmayın, onun işinə müdaxilə etməyə cəhd göstərməyin. Maliyyə naziri kimə nə qədər cib açdığını yaxşı bilir.
Qarbuzov həyatda olduğu kimi nazir kürsüsündə də sadə bir insan olub. Sıravi əməkdaşlar kimi, o da nazirliyin ümumi yeməkxanasında nahar edib. Əlamətdar günlərdə və əməkdaşların ad günlərində nazirliyin yeməkxanasında kiçik bir təntənə təşkil edilməsinə icazə verib və özü də onlara qoşulub. O ki qaldı belə günlərdə içki məsələsinə, nazir bu işi də özü tənzimləyib, 12 nəfərə 3 şampan şərabı və bir şüşə konyak. Ondan normanın məhz nəyə görə belə müəyyənləşdirdiyini soruşanda Qarbuzovun cavabı maraqlı olub:
- Bu həddə qədər içəndə rəqəmlər yerində olur, onu aşanda rəqəmlər də çaş-baş düşür.
Vasili Qarbuzov 12 noyabr 1985-ci ildə, 74 yaşında nazir vəzifəsində olarkən vəfat edib. O, Moskvada Novodeviçye qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024