2024-cü il nə vəd edir: "İNSAN KİMİ YAŞANILASI DÜNYA ÜÇÜN MÜBARİZƏDƏN BAŞQA VARİANT YOXDUR..."
"Rusiya, Hindistan və Tayvanda bu il keçiriıəcək seçkilər dünyaya nə vəd edir?.."
"İmperialist və irtica kapitalist rejimləri bəşəriyyəti düçar etdikləri aclıq, kasıbçılıq, istismar, savaşlar, qlobal istiləşmə, miqrasiya burulğanından çıxarmaq niyyətində deyil..."
"Bəşəriyyətin insan kimi yaşamaq mümkün olan dünya uğrunda mübarizə aparmaqdan başqa variantları yoxdur..."
2024-cü il üçün əksəriyyət proqnozlar heç də ümidverici deyil.
Press.fakt.com xəbər verir ki, bu barədə Türkiyənin "Evrensel" nəşri yazıb.
Nəşr bu il Rusiya, Hindistan və Tayvanda keçiriləcək seçkilərin nə ilə nəticələnəcəyi və Çin iqtisadiyyatında nələrin baş verəcəyini təhlil edib.
2024-cü il üçün əksəriyyət proqnozlar heç də ümidverici deyil. İmperialist dövlətlər və irtica kapitalist rejimləri bəşəriyyəti düçar etdikləri aclıq, kaslbçılıq, istismar, savaşlar, qlobal istiləşmə, miqrasiya burulğanından çıxarmaq niyyətində deyil. Əksinə, bu burulğanı genişləndirmək, daha çox insanı öldürüb məhv etməyə çalışır.
Buna baxmayaraq, bəzi əlamətlər onu göstərir ki, 2024-cü ildə baş verə biləcək hadisələr dünyanı yolayrıcına gətirib çıxara bilər.
2022-ci ilin fevralında başlanan Rusiya-Ukrayna münaqişəsinin nə ilə bitəcəyi barədə proqnozlar vermək həqiqətən çətindir. Ukraynanı döyüş əməliyyatlarına, Rusiyanın Kiyevə yaxınlaşmadığı aşağı intensivli savaşa sürükləyən Qərbin imperialist dövlətləri üçün bir çox üstünlüklər deməkdir.
Hər şeydən öncə bu, Şərqi Avropanın silahlandırılması və onun asılılığının güclənməsidir. Ukrayna münaqişəsi rekord silah satışı üçün fürsət olub.
Almaniya ötən il 11, 7 milyard dollar məbləğində rekord silah satışını sanksiyalaşdırıb. Beləliklə, ilin başlıca qalibləri silah və energetika inhisarçıları olub.
Rusiyada 2024-cü ilin mart ayında keçiriləcək prezident seçkilərinədək Ukrayna ilə danışıqlar barədə söhbət getmir. Putinin yenidən seçiləcəyi praktiki olaraq şübhə doğurmur.
Ukraynada görünən odur ki, seçkilər hərbi münaqişə səbəbindən uzaq təxirə salınıb. Adi şəraitdə belə səsvermə mart ayında baş tutacaqdı.
Yanvarın 11-də Tayvanda keçiriləcək seçkilərlə 2023-cü ildə Ukrayna və Qəzza bölgəsində münaqişələrin kölgəsində qalan Amerika-Çin rəqabətinin yeni mərhələsi başlayacaq.
Başqa sözlə desək, 2024-cü ildə ABŞ, son bir neçə ildə olduğu kimi, "Tayvan problemi"nin meyvələrini dadmağa cəhd edəcək.
Alman mətbuatı yazır ki, müstəqillik uğrunda çıxış edən Demokrat Tərəqqi Partiyasının namizədi
Yulyam Layın qələbə çalacağı təqdirdə Çin Tayvana qarşı sanksiyalar düyməsinə basacaq.
Dekabrın 26-da Mao Tszedunun anadan olmasının 126-cı ildönümü ilə əlaqədar mərasimdə çıxış edən ÇXR Sədri Tayvana Çinlə birləşməyə çağırış edib.
Bununla yanaşı, əgər bu birlışməyə silah gücü ilə nail olunarsa, o zaman 2024-cü ildə Çinin yaradılmasının 75-ci ildönümündə Pandora qutusu açılacaq. Beləliklə, 2024-cü il Çin üçün mühüm mərhələ olacaq.
Bir tərəfdən, bu, Çin-Tayvan münasibətləri ilə, digər tərəfdən isə Qərb imperialistlərinin "yeni investisiya mərkəzi" adlandırdıqları Hindistanın yüksəlişi ilə bağlıdır.
Hindistan Siyasi Araşdırmalar Mərkəzindən Suşant Sinqx qeyd edib ki, 2024-cü il Çin iqtisadiyyatının dirçəlişi və ya iflası üçün çox vacib il olacaq. Çinə qarşı sanksiyalardan əziyyət çəkmək istəməyən bir çox Qərb inhisarçıları öz istehsalını əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi olan Hindistana köçürür.
Bu həftə "Der Spiegel" nəşri diqqəti ona yönəldib ki, Hindistan iqtisadiyyatımın 7 faizlik artımı və fond bazarının rekord yüksəlişi yeni xarici şirkətləri özünə cəlb edir. Ölkə spekulyativ maliyyə kapitalı üçün cənnətə dönüb.
Bu il Qərb inhisarçılarına qapılarını geniş açan Hindistanda seçkilər keçiriləcək. Ölkədə işsizlik, kasıbçılıq və yoxsulluq tüğyan edir. Çinə zidd olaraq üzünü Qərbə yönəldən baş nazir Narendra Modi milliyətçiliyi qızışdırmaqla öz siyasi hakimiyyətini gücləndirir. Bununla əlaqədar olaraq regional balans nöqteyi-nəzərdən Hindistandakı seçkilər əhəmiyyətlidir.
Rusiyadakı seçkilər şəksiz görünür. Lakin ABŞ-da 2024-cü il noyabr seçkilərində Co Baydenin uduzma ehtimalı onun qalib gələcəyi ehtimalından xeyli yüksəkdir. Əgər öz namizədliyini irəli sürən Donald Tramp qalib gələrsə, dünya "təkrar sarsıntı" yaşayacaq.
Əgər Tramp prezident kreslosuna dönərsə, bütün dünyada polulyarlıq qazanan ultrasağçı qüvvələr dirçələcək və öz məqsədlərini genişləndirəcək.
Tramp 2016-2020-ci illərdə hakimiyyətdə olarkən imkan düşən kimi Çinə qarşı ticarət müharibəsindən danışıb, ehtimal ki, Baydenin etmək istədiklərini sürətləndirəcək. ABŞ-ın özündə isə, ehtimal ki, demokratlar və respublikaçılar arasında amansız savaş başlayacaq.
Bununla yanaşı, Trampın qələbə qazanacağı tədqirdə ABŞ ilə Avropa arasında yeni təlatümlər mümkündür. Trampın ilk prezidentliyi dönəmində bu münasibətlər dondurulmuş olsa da, Bayden onları soyuducu kamerasından çıxarıb və o cümlədən Ukrayna münaqişəsinin təsirindən dirçəldib.
Qalib gələcəyi tədqirdə Tramp Ukraynaya maliyyə və hərbi yardımı kəsə bilər və bunun "çox baha başa gəldiyini" bəyan edə bilər. Respublikaçılar artıq belə maliyyə yardımından imtina edir.
Eyni zamanda, Tramp seçkiqabağı kampaniyada deyir: "Qələbə qazanacağım tədqirdə Ukraynadakı münaqişəni 24 saat ərzində bitirəcəyəm".
Belə olan halda Ukrayna münaqişəsini Almaniya ödəməli olacaq. Əgər Almaniya hökuməti vaxtında manevr etməsə və danışıqlara başlamaq üçün vasitəçi kimi çıxış etməsə, o zaman 2025-ci ilin sentyabrından gec olmayaraq bundestaqa seçkilərdə şillə ala bilər.
Bütün bunlar bu gün hadisələrin gözlənilə biləcək mümkün inkişafıdır. Həmçinin bizim görə və proqnozlaşdıra bilməyəcəyimiz hadisələr də baş verə bilər.
Bu zaman aydındır ki, kapitalistlər fəhlələrə, proletariata, məzlum xalqlara yaxşı heç nə vəd etmək iqtidarında deyil.
Bu səbəbdən bütün mənalarda insan kimi yaşamaq mümkün olan dünya uğrunda mübarizə aparmaqdan başqa variantlar, sadəcə, yoxdur.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 01-01-2024 18:50 | Bölmə: Manşet | Baxış: 130

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024