«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“370 KİLOMETR UZAQDAKI HƏDƏFLƏRİ VURACAĞIQ...”- "Ukraynanın alacağı “F-16”-lar tam modernləşdiriləcək"

Tarix: 04-01-2024 19:44 | Bölmə: Manşet / Region / Müsahibə | Baxış: 128



Rusiya ordusunın quruda həyata keçirdiyi genişmiqyaslı hücum əməliyyatları gözlənilən nəticəni vermədiyindən, onlar indi bütün imkanlarını Ukrayna şəhərlərinin bombalanmasına yönəldiblər. 
Müharibədə havada üstünlük qazanmaq vacib şərtdir. Hazırda Ukrayna səbirsizliklə onlara veriləcək “F-16” qırıcılarını gözləyir. 

Ukrayna Silahlı Qüvvələri düşmənin çoxlu sayda döyüş təyyarələrini, raketlərini və dronlarını məhv etsə də, hava məkanının qorunması üçün onların hələ də lazımı müasir vasitələrə böyük ehtiyacları var. 
”F-16” qırıcıları Ukrayna Hava Qüvvələrinin müdafiə və hücum potensialını xeyli artıracaq.

Ukraynanın “Qlavred.info” saytına müsahibəsində aviasiya üzrə ekspert, analitik, “Antonov” konstruktor bürosunun keçmiş mühəndisi və təyyarə sınaqçısı Konstantin Krivolap Rusiyanın “Su-34” təyyarələrinin döyüş meydanında məhv edilməsindən, ”F-16” qırıcılarının hansı modifikasiyasının veriləcəyindən danışıb.

Press-fakt.com həmin müsahibənin tərcüməsini təqdim edir:

- Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Rusiyanın dörd “Su-34” qırıcı-bombardmançı və bir “Su-30” qırıcısını məhv edib. “Su-34” təyyarəsinin məhv edilməsi Rusiya üçün nə dərəcədə ciddi itkidir? Bu təyyarələrin özəllikləri nədir?

- “Su-34” təyyarələrinin məhv edilməsi Rusiya üçün böyük itkidir. Son 17 il ərzində Novosibirsk Aviasiya Zavodunda 140 ədəd bu cür maşın istehsal olunub. Rusiyada il ərzində təxminən 8 ədəd “Su-34” təyyarəsi yığılır. Faktiki, bir neçə gün ərzində yarım ildəki təyyarə buraxılışı məhv olunub.

”Su-34” təyyarələri müntəzəm cəbhəyə göndərilir, çünki müharibənin gedişində onlar sıradan çıxır və məhv edilirlər. Müharibə başlayandan 26 bu cür təyyarə vurulub, indi isə bunların sırasına daha 4 “Su-34” əlavə olundu. Ümumi yekunda 30 “Su-34” təyyarəsi məhv edilib.

Rusiyanın Ukraynaya qarşı iri miqyaslı hərbi müdaxiləsi öncəsi onun arsenalında 104-105 ədəd “Su-34” təyyarəsi vardı. Beləliklə, hazırda faktiki olaraq bu bombardımançıların 30%-i məhv edilib. Qısa müddət ərzində dörd təyyarə itirilməsi ciddi məsələdir. Əgər belə hadisələr hər gün və ya hər həftə baş verərsə, Rusiyanın aviasiya imkanları sürətlə bitəcək.

Mən müşahidə edirəm və görürəm ki, Rusiya tam şok vəziyyətindədir. İş ondadır ki, onlar özlərinin radiolakasiya qurğuları ilə öyünürdülər və bunları “Su-34” və “Su-30” təyyarələrində quraşdırmışdılar.

Ruslar deyirdilər ki, bu sistemlərin işləməsi nəticəsində təyyarələr lakatorların ekranından itirmiş, yəni baxın görün onlar necə effekt yaradırmışlar.
Rusların sözlərinə görə, guya ”Su-34” təyyarəsi düşmən radarlarının ekranlarından itirmiş. Mən düşünürəm ki, həmin tərifli kompleksi işləyib hazırlayanlardan soruşmaq lazımdır ki, axı, niyə bunlar baş verib?

- Siz necə hesab edirsiniz, ”Su-34”-lər nəylə vurulub? Bu, ”Patriot”, ”S-300” və ya hər hansı digər kompleks olub?

- Bu suala cavab vermək üçün bunun hansı distansiyada baş verməsini anlamaq lazımdır. Hesab edək ki, əgər “Su-34” təyyarələri Xerson vilayətinin Krınsk rayonunda vurulubsa, deməli, onlar 30-40 kilometr məsafədəki obyektlərə zərbə vurmağa çalışıblar.

Həmin yerdən təxminən 120 kilometr aralıda “Patriot” Zenit Raket Kompleksi yerləşir və bu sistem 160 kilometr uzaqlıqdakı hədəflərə zərbə vurmaq qabiliyyətindədir.

Nəzərə alaq ki, radiolakasiya stansiyası ilə buraxılış qurğusu arasında 25 kilometr məsafə var. Bələliklə, buraxılış qurğusunun özü hadisə yerinə kifayət qədər yaxın olub. Ona görə də “Patriot” “Su-34” təyyarəsini vura bilərdi. Həm də bunlar bahalı raketlərdir və bizdə bu cür raketlər çox azdır.
Bir də ki, onlar ballistik raketlərin vurulması üçün yox, əsasən aerodinamik hədəflər üçün nəzrdə tutulur. Ola bilər ki, ”Su-34” təyyarələri “SAMP/T” qurğuları vasitəsi ilə vurulub, onların da xarakteri demək olar ki, ”Patriot” sisteminə bənzəyir. Müəyyən şərtlər daxilində “NASAMS” qurğularından da istifadə edilə bilər.

Bundan başqa, ”IRIS-T SLM” sisteminin 40 kilometrlik orta mənzilli modifikasiyasını da işə salmaq olar.

Bizim mütəxəssislər lazımi lokasiyaya gedib kəşfiyat apararaq, hər şeyi ən kiçik incəliklərinə qədər araşdırmaqla, rusların havada necə fəaliyyət göstərdiklərini aydınlaşdıra bilərlər.

Ümumiyyətlə, hansı sistemdən atəş açılması varinatları çoxdur. O ki qaldı “Su-34”-ün Mariupol istiqamətində vurulmasına, oradakı məsafə uzaqdır. Belə olan təqdirdə yalnız iki variant qalır: ”Su-34” “Patriot” və ya “SAMP/T” kompleksləri tərəfindən vurulub.

- Ukrayna pilotlarının ilk qrupu baza hazırlığını Böyük Britaniyada, idarəetmə təlimlərini isə Danimarkada keçiblər. Sizcə, Ukrayna səmasında “F-16” qırıclarını nə zaman görəcəyik?

- İstənilərdi ki, bu tez baş versin. Bizim mütəxəssislər təlim proqramını qısaldıblar. Pilotlarımız konkret tapşırığın yerinə yetirilməsi ilə bağlı vərdişləri, bacarıqları öyrənirlər.

Düşünürəm ki, proqramda, məsələn, gecə uçuşuları və ya pis hava şəraitində uçuşlar nəzərdə tutulmayıb. Mənim fikrimcə, ilk təyyarəni martın sonunda alacağıq, artıq Kuleba da belə söyləyib. O vaxta kimi pilotların və texniki personalın hazırlığı yekunlaşmalıdır. Qırıcı təyyarənin bir saat uçuşu 16 saatlıq xidmət tələb edir.

Təyyarələr gələnə kimi onun infrastrukturu da hər şeyə hazır olmalıdır. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ukrayna aerodromlarından istifadə etməli olacağıq, tərəfdaş ölkələrin şərtləri belədir. Həmçinin biz Rusiya ərazisinə hücum etməməliyik. Xoşagəlməz məhdudiyyətlər qoyulub.

- “F-16”-ların döyüş meydanında kütləvi istifadəsi nə vaxt olacaq?

- Mən hesab edirəm ki, ”F-16” qırıcıları tədarük edilən kimi müharibədə istifadə olunacaq. Hava Hücumundan Müdafiə tədbirləri çərçivəsində onlar qanadlı raketləri vuracaqlar. ”Şahed” dronlarının vurulması mürəkkəbdir, çünki çox ləng uçurlar, lakin onları da vurmaq mümkündür.

- “F-16” qırıcı təyyarələri hansı raketləri daşıya bilərlər?

- “F-16” qırıcısının gövdəsində daşıya biləcəyi silah növlərinin sayı 100-ü ötür. Bunların arasında “RIM-7 Sea Spartow”, ”AIM-9 Sidwinder”, ”AIM-120 AMRAAM” raketləri və sairələr yer alır.

Əlbəttə, bizi böyük radiuslu raketlər maraqlandırmalıdır. Düşünürəm ki, göndəriləcək qırıcıların birinci partiyasında onları bizə verməyəcəklər. Rusiyaya atəş açmaq olmaz, ona görə də belə raketləri biz heç yerdə istifadə edə bilmərik.

- “F-16” qırıcısı hansı tip raketləri vurmaq qabiliyyətinə malikdir?

- “F-16”-lar ballistik raketlərdən savayı hər şeyi vura bilərlər. Qırıcılarda ballistik raketləri vurmaq üçün raketlər yoxdur, ona görə ki, onlar ballistikanı yaxalamaq üçün nəzərdə tutulmayıb.
Amma ballistik raketdən başqa, bu maşın “İskander-K”, ”Kalibr”, ”X-101”, ”X-555”, ”Onix” raketlərini və sairələri vurmaq qabiliyyətinə malikdir. Bu tip raketləri vurmaqdan ötrü təyyarə havada növbətçi rejimində qalmalıdır, yəni raketlərin uçacağı zonada fəaliyyət göstərməlidirlər.

”F-16” təyyarələri çox da yüksəkdən uçmayan “X-59” raketlərinin öhdəsindən gəlməyə qabildir. Belə vəziyyətdə “F-16” bu raketi sadəcə vurmalıdır.

Praktikada “F-16” təyyarəsi çətin ki, “X-59” raketi peyda olan zonada patrul uçuşları keçirsin. Burada Suriya səması barədə danışmağa dəyməz, çünki Ukraynadakı müharibə kökündən fərqlənir.
Əgər 200-400 kilometr məsafədə “F-16” qırıcısı növbə uçuşu həyata keçirirsə, kimsə gövdəsində “X-59” raketləri ilə uçmaz, çünki təyyarələrin qarşılaşması və ya raketin buraxılışı ehtimalı kifayət qədər yüksəkdir.
Artıq 150 kilometr məsafədə bizim və ya düşmən təyyarəsi vurula bilər. Hər şey bizim təyyarələrdə hansı radarların quraşdırılmasından və bizə hansı modifikasiyalı təyyarələrin verilməsindən asılıdır.



- Biz “F-16”-ların hansı nəslini və modifikasiyasını ala bilərik?

- Şərti olaraq hazırda “F-16 A/B”,”F-16C/D”,”F-16 E/F” var.

- Əvvəlcə belə ehtimal vardı ki, biz “F-16C/D” modifikasiyasını ala bilərik.

- Bəli, belə bir ehtimal vardı. ”F-16” təyyarəsinin “C/D” modifikasiyası “Block30”-a kimi gedib çıxır. İlk öncə “Block 1”, “Block 5”, daha sonra 15, 20 və digər versiyalar gəlir.
Konkret olaraq “C/D” modifikasiyası “Block 25”-dən başlayır. Ancaq düşünürəm ki, bizə “Block 20” verəcəklər, çünki Niderland “F-16”-ları “F-35”-lə əvəzləmək üçün ilk növbdə bu versiyaları döyüş cərgəsindən siləcək.

Başlıcası, təyyarələrdə hansı radarların quraşdırılmasıdır. Məsələn,”Block 50-52”-də “AN/APG-68”-in V-5,V-7 və V-8 versiyaları quraşdırılıb. Lakin “Block 70-72”-də aktiv faza qəfəsli ən yeni “AN/APG-83” radarı yerləşdirilib.
Mütəxəssislər hesab edirlər ki, ”F-16 Block 70-72”, “F-35” təyyarəsindən demək olar ki, geri qalmır. ”AN/APG-83” radarı “AIM-120 AMRAAM” raketinin son modifikasiyasını tam şəkildə istifadə etməyə imkan verir.

Bu raketlər Rusiyanın “İrbis” radarları quraşdırılmış “P-30” və “P-37” raketlərinə qarşı fəaliyyətdə olacaq. Rusiyalılar bəyan edirlər ki, ”İrbis” lokatorları hava hədəflərini 300 kilometrlik məsafədən aşkarlaya bilir, amma bu iddia hədsiz şübhə doğrur. Əgər yaxşı lokator varsa, onda bu, təyyarənin münasib və əlverişli yerində quraşdırılmalıdır.
Anlaşlmır, bu lokatorlar “Su-35”-in burun hissəsindəmi yerləşir? Amerikalılar və avropalılar deyəndə ki, onların lokatoru 200-300 kilometrlik məsafədəki hədəflərə zərbə vurmağa imkan verir, bu zaman həmin lokatorun aşkarladığı maşının ölçüləri bəlli olur.

Rusların 300-400 kilometr uzaqlıqdakı məsafə barəsində dediklərini bu işi yaxşı bilən mütəxəssislər yalan hesab edirlər. Bu cür çəkidə və ölçülərdə olan raket 300 kilometr məsafə qət edə bilməz. ”AMRAAM” raketinin uşuş məsafəsi 120-180 kilometrdir.

Güman ki, Ukrayna “F-16 AM/BM Block 20 MLU” təyyarəsi alacaq və ona quraşdırılacaq lokatorlar modernləşdiriləcək, əks halda onlar “Su-30” və “Su-35” təyyarələrinə qarşı dayana bilməzlər.
Radarların dəyişdirilməsi optimal variantdır, axı qırıcıların yenilənməsi 1995 və 2005-ci ildə həyata keçirilib, bu isə çoxdan baş verib. Həyat tsiklinin uzadılması proqramı çərçivəsində “Block 70-72”- də “AN/APG-83” radarları quraşdırılır.

Bu həqiqətən də hədəfin 300-350 kilometr uzaqlığa qədər aşkarlanmasına imkan verir və əlavə olaraq “AIM-120 AMRAAM”və “AGM -158 JASSM”raketlərinə inteqrasiya edilir. Mühərrikli “AGM-158 JASSM” raketinin uçuş uzunluğu 925 kilometrdir, mühərriksiz isə bu raket 370 kilometr uçur.
Ukraynanın alacağı “F-16” təyyarələri zamanla tamamilə modernləşdiriləcəklər. Əgər yenilənmə olmazsa, bu qırıcılar “MiG-29” qırıcılarından azca səmərəli ola bilərlər. Biz “Su-34” bombardmançılarını uzaqlara qovmalıyıq ki, onlar “X-59” raketləri ilə zərbə vurmasınlar.

NATO standartlarına uyğun olaraq tank qoşunlarının irəliləməsi taktiki aviasiya vasitələri ilə dəstəklənməlidir. Bu aviasiya irəlidə gedir və mümkün müqavimət ocaqlarını məhv edir.

Sonra quru qoşunları gəlir və ərazini təmizləyir. Həqəqtən də “F-16” qırıcılarının buradakı rolu çox yaxşıdır. Prinsip etibarı ilə bizə dəst şəkilndə təyyarə verə bilərlər: birinci dəstlərdəkilər tam əla səviyyədə komplektləşəcəklər, ikinci və üçüncü dəstlərdəki təyyarələr isə modernləşdiriləcəklər. Bəlkə də, bu daha məntiqli qərardır.

- “F-16” qırıcıları döyüş meydanında dönüş yaradacaq silaha çevriləcəklərmi? Cənub və şərq istiqamətlərindəkı əməliyyatlar çərçivəsində torpaqların işğaldan azad olunmasını təmin edə biləcəklərmi?

- Hətta əgər biz “F-16”-nı maksimal komlektasiya ilə alsaq, problemi dərhal həll etməyəcəyik. Müasir müharibə imkanlar, vasitələr və resursların məcmusundan ibarətdir.
Bu, aviasiya, Hava Hücumundan Müdafiə, Radiolektron Mübarizə, radiotexniki kəşfiyyat vasitələri, dronlar, artilleriya, zirehli texnika ilə piyada qoşunlarıdır.
Yekun təmizləmə işini həmişə piyadalar aparır. ”F-16” təyyarələri öz yolundakı düşmənin HHM, REM, radiotexniki kəşfiyyatını və texnikasını məhv etmək üçün ön cərgədə gedəcəklər.
Lakin əsas tapşırıqları yerinə yetirmək üçün onu arxadan müşayiət etmək lazımdır, aviasiyadan tutmuş piyada qoşunlarına kimi hər şey zəncirvarı şəkildə düzülməlidir.

Vaqif Nəsibov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024