FRANSANI FƏLAKƏTƏ SÜRÜKLƏYƏN PREZİDENT - Makronu III Napoleonun taleyi gözləyir - ŞƏRH /FOTO
Fransa öz tarixinin ən mürəkkəb, qarışıq və çətin dövrünü yaşayır. Prezident Emmanuel Makronun yarıtmaz idarəçiliyi nəticəsində ölkə xarici və daxili siyasətdə problemlərlə üzləşməkdədir. Müstəmləkələrdən qovulma, daxildə miqrantlara qarşı sərt cəza tədbirləri, sərtləşdirilən qanunlar ölkəni çətin duruma salıb.
Yelisey sarayı 2024-cü ilin yayında keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşmaq əvəzinə, başqa dövlətlərin daxili işlərinə qarışır, məsuliyyətsiz və birtərəfli siyasət yürüdür.
Məsələn, uzun illər ATƏT-in keçmiş Minsk qrupunun üzvü olaraq Ermənistan-Azərbaycan arasında sülh nizamlanmasına vasitəlik edən Paris üç ildir ki, birtərəfli qaydada İrəvanı müdafiə edir.
Hətta onu silah və müasir texnika ilə təchiz etməkdən də çəkinmir. E.Makron hökuməti Azərbaycanın Qarabağda erməni separatizminə son qoyması və ərazi bütövlüyünü bərpa etməsi faktı ilə barışmayaraq ona qarşı ən çirkin, iyrənc addımlara yol verir.
2017-ci ildə Evian-le Ba şəhərində ucaldılan Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı son günlər sosial şəbəkələrdə yayılan məlumatlar ciddi rezonans doğurub.
Hətta abidəyə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya da atılıb. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb.
Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Bunu sadəcə rəzilliyin pik həddi adlandırmaq olar.
Sözsüz ki, bu, bərbad idarəçilik və yarıtmaz siyasətdən xəbər verir. Fransada Azərbaycanofobiya, türkofobiya əvvəlki dövlət başçılarının da dövründə yaşanıb, lakin ən iyrənc və qərəzli formada məhz Makronun prezidentliyi dövründə ortaya çıxıb.
İş o yerə çatıb ki, onun yarıtmaz siyasəti yerli və xarici media orqanlarında sərt tənqid edilir.
“Fransa prezidenti unudur ki, o kimin prezidentidir”, - bu fikirlər “Res” informasiya agentliyinin hazırladığı materialda öz əksini tapıb. Nəşr də yuxarıda qeyd olunanları təsdiqləyir. Yazıda bildirilib ki, Fransa lideri xarici siyasi avantüralara aludə olub, daxili problemləri başlı-başına buraxıb, iqtisadiyyatla maraqlanmır.
Onun daxili siyasi çəkişmələrə və intriqalara meylli olması kabinetdəki daimi kadr dəyişiklikləri fonunda açıq-aydın görünür. Bunlar iqtisadi inkişaf tempinin davamlı azalmasına, inflyasiyanın, sosial gərginliyin artmasına (xüsusilə pensiya islahatı ilə əlaqədar) və sadə fransızlar üçün digər mənfi nəticələrə səbəb olur.
Təəccüblü deyil ki, o, zəif siyasətçi və idarəçi kimi şöhrət qazanıb. Fransanın gündəmindəki aktual problemlərin həlli üçün ardıcıl fəaliyyət proqramı hazırlayıb həyata keçirə də bilməyib.
Məqalədə vurğulanıb ki, E.Makron səriştəsizliyi ilə fransız xalqını çoxsaylı problemlərə sürükləyir: “Onun beynəlxalq siyasətdə “uğurları” Nigerin timsalında görünür.
Fransızlar rüsvayçılıqla artıq bu Afrika dövlətindən qovulub. Nigerlilərin nifrəti o həddə çatıb ki, bir Fransa əsgərin belə ölkədə qalmasına qarşı olublar.
Makronun Avropanın siyasi səhnəsində “nailiyyətləri” də aşağıdır. Onun xarici siyasətdə uğursuzluqlarına hər dəfə yeniləri əlavə olunur. Bu, Ukrayna ilə Rusiya və HƏMAS-İsrail müharibələrində daha qabarıq üzə çıxarır, artıq Malidən hərbi kontingentin çıxarılması da gündəmə gəlib”.
Yeri gəlmişkən, “Res” agentliyi Fransanın silahla təchiz etdiyi Ermənistanın da adını çəkib. Agentliyin məqaləsində qeyd olunub ki, Paris İrəvana ağır hərbi texnika göndərib və gələcəkdə əlverişli əməkdaşlıq vəd edir:
“Fransa erməniləri inandırmağa çalışır ki, Azərbaycana qalib gələ biləcək. Amma bu çətin ki, baş versin. Hərbi əməliyyatlar yenidən başlasa, Azərbaycan Ermənistan hərbi maşınını darmadağın edəcək. Buna şübhə yoxdur. Fransa isə heç nə əldə etməyəcək, arada onun vəsaitləri boş-boşuna gedəcək.
Fransa regionda maksimum əldə edə biləcəyi nəticə Ermənistan baş naziri Nikol Paşinyanın devrilməsi, hakimiyyətə revanşistləri gətirməsi ola bilər. Bununla da Azərbaycan və Ermənistan xalqları arasında sonsuza qədər uzanacaq qanlı toqquşmalara səbəb ola bilər”.
Bütün bunlar onu deməyə əsas verir ki, Fransa liderinin xarici siyasət təşəbbüsləri uğursuz olur. E.Makron piar xarakterli addımları həm də xaotikliyi ilə seçilir.
Məqalənin sonunda maraqlı və diqqət çəkən bir analogiya aparılıb. Artıq Fransada çoxları E.Makronun idarəçilik sisteminin XIX əsrin ikinci yarısında ölkəni idarə etmiş III Napoleonu xatırlatdığını söyləyirlər. Bənzətmə də yerinə düşür. O da daxili problemləri bir kənara qoyub, irimiqyaslı xarici avantüralara yol verirdi.
Əgər III Napoleonun avantürası Meksikaya ekspedisiyalar təşkil etmək idisə, Makronun addımları Ermənistanı silahlandırmaq, onu revanşizmə sürükləmək üzərində qurulub.
III Napoleon Prussiyaya (Almaniya) qarşı hücumlar sonda bu ölkə ilə müharibəyə, nəticədə ölkəsinin darmadağın olmasına səbəb oldu. Məhz bu uğursuzluq da Yelisey sarayının dünyanın fövqəldövləti olmaq kimi ambisiyalarının üstündən birdəfəlik xətt çəkdi.
İndi də E.Makron onun yolu ilə gedir. Belə davam etsə, o, prezidentlik müddətini sona çatdırmaya da bilər. Artıq bir neçə dəfə E.Makronun impiçment olunması təşəbbüsləri də səslənib./report
Digər xəbərlər
Tarix: 05-01-2024 18:00 | Bölmə: Manşet | Baxış: 115

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024