BAKININ 93 MİLYARD MANATLIQ BAŞ PLANI: Büdcə bu vəsaiti qarşılaya biləcəkmi...
Növbəti 16 ili əhatə edən planın icrası üçün 93,6 milyard vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu isə il ərzində ortalama 6 milyard edir. Plana ayrılacaq vəsait ilə bağlı əsas yük dövlət büdcəsinin üzərinə düşür.
Bu qədər vəsaiti dövlət büdcəsi qarşılaya biləcəkmi?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, 225 səhifəlik Baş Planın yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir:
“Bakının 225 səhifəlik Baş Planın yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir. Burada da ən “qorxulu” səhifələr 207, 208 və 209-cu səhifələrdir.
Çünki, burada planın icrası üçün lazım olan maliyyə vəsaitlərinin strukturu və ümumi 93 milyard 571 milyon manat vəsaitin lazım olduğu göstərilib. Bu, hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir.
Müqayisə üçün deyim ki, işğaldan azad edilmiş ərazilər üçün bu il dövlət büdcəsində cəmi 3,9 milyard nəzərdə tutulur. Yəni bu plana görə təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait bütün işğaldan azad edilmiş ərazilərdə olan iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur.
Amma ən pisi də odur ki, nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait lazım olacaq. Çünki, bu planın özündə belə cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir”.
İndi təsəvvür edək ki, 2040-cı ilə qədər 93.6 milyard manatlıq dəyər 20 illik ardıcıl infilyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcək?! Unutmaq olmaz ki, Respublika təkcə Bakıdan ibarət deyil".
İqtisadçı ekspert digər bir məsələnin özəl sektorla bağlı olduğunu deyib:
Təbii ki, bu zaman özəl sektor sözügedən vəsaiti cibindən çıxarıb, dövlətə vermir. Bu sadəcə biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması və s. proseslər zamanı xərclənəcək vəsaitdir.
Buna görə “Ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Odur ki, narahatedici məqam bu 65%-lik payda deyil. Narahatedici məqam odur ki, yerdə qalan 35%-lik xərclərin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfində dolayı metodlarla sahibkarların çiyinlərinə yüklənməməlidir.
Bu özəl sektorda ciddi fəsadlar yarada bilər. Buna görə də 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır.
Nəzarət demişkən, 225 səhifəlik bu sənəddə Planın icrasının monitorinqinə yarım səhifədən də az yer ayrılıb. Orada da mexanizm olaraq deyil, sadəcə ümumi cümlələr verilib.
Halbuki, bütün böyük proqram və layihələrin uğurunu şərtləndirən əsas mərhələsi onun monitorinq hissəsidir. Odur ki, monitorinq mexanizminə dair ayrıca müfəssəl sənədin hazırlanmasına da ehtiyac var".
İqtisadçı ekspert Natiq Cəfərli vəsaitin dövlət büdcəsi hesabına ödənilməsinin mümkün olmadığını deyib:
"Bakı Baş planının ilkin sənədlərində təqribən 94 milyard vəsaitə ehtiyac olduğu görülür. Vəsait bugünkü məzənnəyə uyğun hesablanıb. Manatın məzənnəsi dəyişəndə vəsait də dəyişəcək.
Çünki manatın məzənnəsi yaxın 14 ildə sabit qalası deyil, dəyişəcək. Bu birinci problemdir. Bu məbləğin təqribən 60 milyardı dövlət büdcəsinə, yerdə qalanının özəl sektor hesabına həyata keçiriləcəyi söylənilir. Burada da ciddi suallar yaranır. Çünki özəl sektor infrastruktura vəsait qoymur.
Yeganə infrastrukturdan kənar vəsait qoyulacaq sahə özəl sektorun tikinti sahəsidir. Bunu onsuz indi də edirlər. Bakının Baş planı oldu-olmadı, özəl sektor harada imkan tapırsa, icazə ala bilirsə, bina tikir.
Vəsaitin mənbəyi haqqında da suallar çoxdur. Azərbaycanın xərcləri bir tək bununla bitmir axı. Təqribən ilə 6 milyarda yaxın vəsait edir. İşğaldan azad edilmiş ərazilərin bərpasına da ilə 5 milyard vəsait tələb olunacaq. 11-12 milyard manat vəsaitdən söhbət gedir.
Çünki bu il digər rayonlara da investisya qoyulmalıdır. Bu vəsaiti dövlət büdcəsi hesabına ödəmək mümkün deyil. İnvestisya mühitinin yaxşılaşdırılmasına ciddi ehtiyac var.
Burada iki yol var. Ya Azərbaycan hökuməti ciddi şəkildə xaricdən borclanacaq, ya da özəl sektor üçün çox gözəl şərait yaradılmalıdır. Özəl sektora gözəl şərait yaratmaqla xarici investorlar üçün qapı açılır".
İqtisadçı ekspert Pərviz Heydərov isə vəsaitin qarşılanmasında heç bir problem olmadığını söyləyib:
"Bəli, ümumi nəzərdə tutulmuş vəsaitə görə il ərzində Baş planla bağlı işlərə təxminən 6 milyard xərclənəcək. Bu pulun hamısı büdcə hesabına ödənilməyəcək.
Onun mənbələri şaxəlidir. 2040-ci ilə qədər keçən dövr ərzində nəzərdə tutulan rəqəmlər indi qeyd olunan rəqəmlərdən fərqli də ola bilər. Daha yüksək aktiv daşıya bilər.
Bələdiyyələrin və digər mənbələrin də vəsait sərf etmələri nəzərdə tutulub.Vəsaiti qarşılamaq mümkündür. Heç bir problem yoxdur.Əsas odur ki, sözügedən Baş plan nəzərdə tutulduğu vaxtda, qeyd edildiyi şəkildə və yüksək keyfiyyətlə həyata keçirilsin"./modern
Digər xəbərlər
Tarix: 10-01-2024 14:00 | Bölmə: Manşet | Baxış: 107
Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Planda şəhərin nəqliyyat infrasturukturu, quruluşu, əhalisi barədə məlumatlar yer alıb.
Növbəti 16 ili əhatə edən planın icrası üçün 93,6 milyard vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu isə il ərzində ortalama 6 milyard edir. Plana ayrılacaq vəsait ilə bağlı əsas yük dövlət büdcəsinin üzərinə düşür.
Bu qədər vəsaiti dövlət büdcəsi qarşılaya biləcəkmi?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, 225 səhifəlik Baş Planın yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir:
“Bakının 225 səhifəlik Baş Planın yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir. Burada da ən “qorxulu” səhifələr 207, 208 və 209-cu səhifələrdir.
Çünki, burada planın icrası üçün lazım olan maliyyə vəsaitlərinin strukturu və ümumi 93 milyard 571 milyon manat vəsaitin lazım olduğu göstərilib. Bu, hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir.
Müqayisə üçün deyim ki, işğaldan azad edilmiş ərazilər üçün bu il dövlət büdcəsində cəmi 3,9 milyard nəzərdə tutulur. Yəni bu plana görə təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait bütün işğaldan azad edilmiş ərazilərdə olan iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur.
Amma ən pisi də odur ki, nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait lazım olacaq. Çünki, bu planın özündə belə cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir”.
İndi təsəvvür edək ki, 2040-cı ilə qədər 93.6 milyard manatlıq dəyər 20 illik ardıcıl infilyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcək?! Unutmaq olmaz ki, Respublika təkcə Bakıdan ibarət deyil".
İqtisadçı ekspert digər bir məsələnin özəl sektorla bağlı olduğunu deyib:
"Yəqin ki, Baş planı sona qədər diqqətlə oxuyanlar onun maliyyə təminatında özəl sektorun xüsusi çəkisinə diqqət ediblər. Burada “bərpa olunan enerji təsərrüfatları” üçün 2 milyard manat və “Ərazi inkişafı” üçün isə xərcin 65%-i olmaqla 31 milyard manat özəl sektorun öhdəsinə düşəcək.
Bu isə o deməkdir ki, xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyi özəl sektorun payına düşür.
Təbii ki, bu zaman özəl sektor sözügedən vəsaiti cibindən çıxarıb, dövlətə vermir. Bu sadəcə biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması və s. proseslər zamanı xərclənəcək vəsaitdir.
Buna görə “Ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Odur ki, narahatedici məqam bu 65%-lik payda deyil. Narahatedici məqam odur ki, yerdə qalan 35%-lik xərclərin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfində dolayı metodlarla sahibkarların çiyinlərinə yüklənməməlidir.
Bu özəl sektorda ciddi fəsadlar yarada bilər. Buna görə də 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır.
Nəzarət demişkən, 225 səhifəlik bu sənəddə Planın icrasının monitorinqinə yarım səhifədən də az yer ayrılıb. Orada da mexanizm olaraq deyil, sadəcə ümumi cümlələr verilib.
Halbuki, bütün böyük proqram və layihələrin uğurunu şərtləndirən əsas mərhələsi onun monitorinq hissəsidir. Odur ki, monitorinq mexanizminə dair ayrıca müfəssəl sənədin hazırlanmasına da ehtiyac var".
İqtisadçı ekspert Natiq Cəfərli vəsaitin dövlət büdcəsi hesabına ödənilməsinin mümkün olmadığını deyib:
"Bakı Baş planının ilkin sənədlərində təqribən 94 milyard vəsaitə ehtiyac olduğu görülür. Vəsait bugünkü məzənnəyə uyğun hesablanıb. Manatın məzənnəsi dəyişəndə vəsait də dəyişəcək.
Çünki manatın məzənnəsi yaxın 14 ildə sabit qalası deyil, dəyişəcək. Bu birinci problemdir. Bu məbləğin təqribən 60 milyardı dövlət büdcəsinə, yerdə qalanının özəl sektor hesabına həyata keçiriləcəyi söylənilir. Burada da ciddi suallar yaranır. Çünki özəl sektor infrastruktura vəsait qoymur.
Yeganə infrastrukturdan kənar vəsait qoyulacaq sahə özəl sektorun tikinti sahəsidir. Bunu onsuz indi də edirlər. Bakının Baş planı oldu-olmadı, özəl sektor harada imkan tapırsa, icazə ala bilirsə, bina tikir.
Vəsaitin mənbəyi haqqında da suallar çoxdur. Azərbaycanın xərcləri bir tək bununla bitmir axı. Təqribən ilə 6 milyarda yaxın vəsait edir. İşğaldan azad edilmiş ərazilərin bərpasına da ilə 5 milyard vəsait tələb olunacaq. 11-12 milyard manat vəsaitdən söhbət gedir.
Çünki bu il digər rayonlara da investisya qoyulmalıdır. Bu vəsaiti dövlət büdcəsi hesabına ödəmək mümkün deyil. İnvestisya mühitinin yaxşılaşdırılmasına ciddi ehtiyac var.
Burada iki yol var. Ya Azərbaycan hökuməti ciddi şəkildə xaricdən borclanacaq, ya da özəl sektor üçün çox gözəl şərait yaradılmalıdır. Özəl sektora gözəl şərait yaratmaqla xarici investorlar üçün qapı açılır".
İqtisadçı ekspert Pərviz Heydərov isə vəsaitin qarşılanmasında heç bir problem olmadığını söyləyib:
"Bəli, ümumi nəzərdə tutulmuş vəsaitə görə il ərzində Baş planla bağlı işlərə təxminən 6 milyard xərclənəcək. Bu pulun hamısı büdcə hesabına ödənilməyəcək.
Onun mənbələri şaxəlidir. 2040-ci ilə qədər keçən dövr ərzində nəzərdə tutulan rəqəmlər indi qeyd olunan rəqəmlərdən fərqli də ola bilər. Daha yüksək aktiv daşıya bilər.
Bələdiyyələrin və digər mənbələrin də vəsait sərf etmələri nəzərdə tutulub.Vəsaiti qarşılamaq mümkündür. Heç bir problem yoxdur.Əsas odur ki, sözügedən Baş plan nəzərdə tutulduğu vaxtda, qeyd edildiyi şəkildə və yüksək keyfiyyətlə həyata keçirilsin"./modern
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024