RUSİYA BÜDCƏSİNİN ÜÇDƏ BİRİNİ MÜHARİBƏYƏ XƏRCLƏYİR - DÜNYA BARIT ÇƏLLƏYİNƏ DÖNÜB
Son 10 ildə dünyada hərbi xərclər demək olar ki, 20% artıb.
Bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ötən il planetdə hərbi xərclərə dair hesabatında bildirilir.
Mütəxəssislərinin istifadə etdiyi ən son rəqəmlər 2022-ci ilə aiddir: yeni başa çatan 2023-cü il üçün məlumatlar hələ də analiz edilir. Lakin cari 2024-cü il üçün büdcələrin və proqnozların həcminə görə, hərbi xərclərin artım tendensiyası davam edəcək və hətta güclənəcək.
Dünya müharibələrə və onlara hazırlıqlara böyük məbləğdə vəsait xərcləməyə davam edəcək. Bu məsələdə hansı ölkələr daha fəaldır və səbəblər nədən ibarətdir?
SIPRI ekspertləri bildirirlər ki, 2013-cü ildən 2022-ci ilə qədər planetdə hərbi xərclər 19% artıb. Bu rəqəm inflyasiyaya uyğunlaşdırılıb. Amma mütləq rəqəmlərdə artım daha çox olub.
Rusiya və Ukrayna
İki il əvvəl Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya 2023-cü ildə hərbi əməliyyatların davam etdirilməsinə böyük pullar xərcləyib. Rusiya dövləti 2023-cü il üçün təkcə hərbçilərə - polis, Milli Qvardiya, FSB və digər hüquq-mühafizə orqanlarını nəzərə almadan - təxminən 54 milyard dollar ayırıb.
“Reuters” agentliyi avqust ayında hökumət sənədinə istinadla xəbər vermişdi ki, Rusiya faktiki olaraq bu xərcləri iki dəfə artıraraq 100 milyard dollara çatdırıb.
Məsələn, hərbçilərin maaşlarına ödənilən xərclər təxminən iki dəfə artıb. Nəticədə Rusiya büdcəsinin bütün xərclərinin üçdə birinə qədəri müharibəyə sərf olunub.
Bu, bir tərəfdən, rəsmi olaraq Rusiya iqtisadiyyatını gücləndirir. Tankların və raketlərin böyük istehsalı hesabına sənaye istehsalı artır. Amma əslində, ekspertlərin dəfələrlə qeyd etdiyi kimi, bu pul sadəcə olaraq Ukrayna torpağında basdırılır, ölüm gətirir və əlavə gəlir gətirmir.
Rusiya 2024-cü il üçün isə hətta əvvəlki planla müqayisədə, demək olar ki, 2,5 dəfə - 117 milyard dollara qədər artırılmış super-hərbi büdcə qəbul edib. Bu, 2023-cü ildə olduğu kimi, hüquq-mühafizə orqanlarını nəzərə almadan yalnız hərbçilər üçün ayrılmış puldur.
Əgər bunları nəzərə alsaq, bütün təhlükəsizlik qüvvələri üçün xərclər təxminən 160 milyard dollar təşkil edəcək. Nəticədə, Rusiyanın gələn il xərclərinin az qala 40%-i xarici və daxili düşmənlərlə mübarizəyə sərf olunacaq.
Araşdırma müəllifləri qeyd edirlər ki, təhlükəsizlik qüvvələrinə qeyri-hərbi büdcə maddələrinə daxil edilmiş müxtəlif sosial ödənişləri nəzərə almırlar.
Ukrayna
Özünü müdafiə etməli olan Ukrayna müharibənin birinci ilində bu məqsədlər üçün öz vəsaitindən 44 milyard dollar xərcləyib. Bu, 2021-ci ildəki hərbi xərclərindən 640% və ya 7,5 dəfə çoxdur.
Üstəlik, SIPRI-nin məlumatına görə, Ukrayna digər ölkələrdən təxminən 30 milyard dollar alıb. Bura birbaşa maliyyə yardımları, Ukrayna ordusunun təlimi, hərbi texnikanın dəyişdirilməsi və alınması üçün Qərb ölkələrinin çəkdikləri xərclər daxildir. Amma bu 30 milyarda Ukraynaya birbaşa verilmiş avadanlıqlar daxil deyil.
Nəticədə, 2022-ci ildə Ukrayna dövlətinin hərbi büdcəsi ən azı 74 milyard dollar təşkil edə bilər. Bunu isə keçən il 86,4 milyard dollar qiymətləndirilən Rusiyanın hərbi xərcləri ilə müqayisə etmək mümkündür.
Yenilənmiş məlumatlara görə, 2023-cü ildə Ukrayna müdafiə və təhlükəsizliyə 54,6 milyard dollar xərcləyib, halbuki əvvəllər bu vəsaitin təxminən 1.5 dəfə az olması (31,2 milyard dollar) nəzərdə tutulurdu.
Digər ölkələr üzrə hesablamalardan fərqli olaraq, bura təkcə hərbçilərin deyil, həm də Ukrayna Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin xərcləri daxildir. Gələn il müdafiə və təhlükəsizlik xərcləri təxminən 45,3 milyard dollar olmalıdır.
Bu, 24-cü il üçün Ukraynanın bütün xərclərinin yarısıdır. Bu məbləğin çox mühüm hissəsi beynəlxalq yardım hesabına təmin edilməlidir ki, bəzi müşahidəçilər bunu artıq dövlət büdcəsi üçün əsas risk hesab edirlər.
Qərb dünyası
Amerikalılar və avropalıların da müdafiə büdcələri artıb. ABŞ 2022-ci ildə hərbi xərclərini cəmi 0,7% artırıb. Amma fakt budur ki, Amerikanın 877 milyard dollarlıq hərbi xərcləri Rusiyadan 10 dəfə çoxdur.
Ekspertlərin fikrincə, bu məbləğin 2,3%-i və ya təxminən 20 milyard dolları Ukraynaya hərbi yardıma xərclənib.
Qərbi Avropada hərbi xərclərə görə lider 68.5 milyard dollar xərcləyən Böyük Britaniya olub. Sonrakı yerdə 55,8 milyard ayıran Almaniya və 53,6 milyard dollarlıq hərbi xərcləmələrlə Fransa gəlir.
Eyni zamanda Britaniya ABŞ-dan sonra hərbi xərclərinin 3,7%-i və ya 2,5 milyard dollarını Ukraynaya hərbi yardım göstərərək onun ikinci sponsoru olub.
Almaniya isə üçüncü sponsordur - 2 milyard və ya müdafiə büdcəsinin 3,6%-ni verib. Ümumiyyətlə, 2022-ci ildə bütün Avropada, o cümlədən Şərqi Avropada real hərbi xərclər 13% artıb.
Belə ki, Qərb dünyası müdafiə xərcləri üçün nəzərdə tutulan vəsaitin kifayət qədər kiçik bir hissəsini Ukraynaya hərbi yardıma yönəldir. Eyni zamanda, ötən payızda Yaxın Şərqdə başlayan yeni müharibə Qərbin, xüsusən də ABŞ-nin xərcləri ilə bağlı yeni mümkün prioritetləri müəyyənləşdirib.
Bundan əlavə, hərbi xərclərin strukturu onu deməyə əsas verir ki, aparıcı dünya gücləri daha böyük qlobal hərbi qarşıdurmanı çoxdan planlaşdırırlar.
Belə ki, ABŞ-də 2023-cü il üçün 858 milyard dollarlıq müdafiə büdcəsi qəbul edilib, 2024-cü il üçün isə 886 milyard dollar məbləğində vəsait nəzərdə tutulub. Amma ümumilikdə bu, ABŞ-nin 2022-ci ildə xərclədiyi pulla təxminən eynidir.
Avropa bu rəqəmlərin fonunda təbii ki, təvazökar görünür. Məsələn, Fransa 2023-cü ildə müdafiəyə cəmi 44 milyard avro xərcləməyi planlaşdırırdı. Amma ötən il də daxil olmaqla bu ölkə ardıcıl olaraq altıncı dəfə hərbi büdcəsini artırıb.
Almaniya gələn il NATO standartlarına daha yaxşı cavab vermək üçün ÜDM-nin iki faizini hərbi ehtiyaclar üçün ayırmağı nəzərdə tutur. Kansler Olaf Şolts qeyd olunan xarici və müdafiə siyasətinin yeni məqsədlərini həyata keçirmək üçün 78 milyard avro ayıracaq.
"Bu, mülki iqtisadiyyat üçün fəlakətlə nəticələnəcək"
Müxtəlif iqtisadi məktəblərin müdafiə sənayesi ilə bağlı fikirlərini öyrənən türkiyəli professor Adem Elveren qeyd edir ki, ölkələrin hərbi xərcləmələri son nəticədə onların iqtisadi artımını azaldır.
Bundan əlavə, onlar bütün dünyada bərabərsizliyin artmasına səbəb olurlar. Bundan əlavə, hərbi büdcələrin şişirdilməsi tibb və təhsilin inkişafı ilə zəif uyğunlaşır.
Kreml müharibə üçün xalqdan pulu necə alacaq?
Müharibə şəraitində iqtisadiyyatın bir hissəsinin yenidən qurulması Rusiya üçün də yaxşı heç nə vəd etmir. İqtisad elmləri doktoru İqor Lipsits “Azadlıq” radiosuna müsahibəsində Mərkəzi Bankın məlumatlarına istinadən qeyd edib 2024-cü ildə Rusiyanın Ümumi Daxili Məhsulu 0,5-1,5% artacaq. Lipsitz deyir:
"Bu, ciddi şəkildə desək, durğunluqdur, iqtisadi artım deyil". Lipsitz qeyd edir ki, bir sıra iri dövlət şirkətləri yardım üçün artıq hökumətə müraciət ediblər.
Öz növbəsində, iqtisadçı Sergey Bondarenko, bir çox digər ekspertlər kimi Rusiya ÜDM-nin məhz hərbi-sənaye kompleksi hesabına artdığını deyir. 2024-cü ildə Rusiyanın hərbi xərcləri 2023-cü ilə nisbətən 70% çox olacaq.
“Biz bütün iqtisadiyyatın hərbi istehsala yönəldiyi, yalnız silah istehsal edən 9 nazirliyin olduğu Sovet İttifaqı modelinə doğru irəliləməyə başlayırıq.
Bu o deməkdir ki, pul mülki iqtisadiyyatdan hərbi iqtisadiyyata ötürülür. Bu, mülki iqtisadiyyat üçün fəlakətlə nəticələnəcək”.
Beləliklə, 2025-ci ildə federal büdcənin mənzil-kommunal təsərrüfatına xərcləri iki dəfə azalacaq. "Bundan sonra nə qədər texnogen qəzanın olacağını, Rusiyanın nə qədər şəhərinin istilik, işıq, su qıtlığı ilə üzləşəyini proqnozlaşdırmaq belə çətindir", - deyə Bondarenko yekunlaşdırıb.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 13-01-2024 10:00 | Bölmə: Manşet | Baxış: 135

2022-ci ildə hərbiyə ikinci ən böyük vəsait xərcləyən dövlət Çin olub. Pekin müdafiəyə təxminən 292 milyard dollar və ya qlobal hərbi xərclərin 13%-ni xərcləyib. Üçüncü yerdə isə Rusiya qərarlaşıb, onun 86,4 milyard dolları planetin bütün müdafiə xərclərinin 3,9%-ni təşkil edir.

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024