“ÖLÜM PUSU QURMUŞ YƏMƏN ÇÖLÜNDƏ”- Husilərin yaman günə qoyduğu Yəmən yem olacaq
Vaxtilə Osmanlı imperiyanın cənub sərhədləri Yəməndə bitirdi və xanədanın ucqar əyaləti sayılırdı. Səltənət dağılanda Osmanlı əsgərlərinin ən çox tələfat verdiyi yer Yəmən olub.
Yerli üsyançılar anqlosaksonların fitnəsiylə metropoliyaya şiddətli və amansız müqavimət göstəriblər. Ona görə də bu gün Türkiyədə Yəmənlə bağlı bir neçə ideomatik ifadə və mahnı sözləri var.
İkisi belədir: “Ölüm pusu qurmuş Yəmən çölündə”, “Bura Yəməndir, gülü çəməndir, gedən gəlmiyor, əcəb nədəndir?”.
Elə imiş. Yəmənə gedən gəlmirmiş.
Bu gün Yəmən yenidən müharibə ocağının düz ortasındadır. İndi Yəmənə müharibəyə gedən türklər deyil, anqlo-saksonlardır. Bu dəfə əksinədir, Osmanlının züryətləri Yəməni müdafiə edir.
Beləcə, Yaxın Şərqdə, Ərəbistan yarımadasının cənub ucunda daha bir müharibə başlayıb. Qərb koalisiyasının Yəməni idarə edən husilərə qarşı başlatdığı hərbi kampaniya ölkəni qəssabların ət kötüyünə döndərmək təhlükəsi daşıyır.
Bu hərbi kampaniya durduq yerdə başlanmayıb, prelüd hissəsi uzun çəkib və ciddi səbəbləri var.
Artıq neçə illərdir ki, Yəməndə başlanmış vətəndaş müharibəsinin İrana sığınan, ondan dəstək alan cəbhəsi – şiə məzhəbinə etiqad edən zeydi ərəblərinin yaratdığı və qısaca “husilər” adlanan “Ənsarallah” təşkilatı Səudiyyə Ərəbistanının dəstəklədiyi devrilmiş hökumətlə müharibə aparırlar.
Husilər Yəməni yaman günə qoymaqla kifayətlənməyiblər, dəniz quldurluğu da edir, beynəlxalq yüklərin daşınmasına maneə törədir, gəmiləri girov götürür, qarət edir, xərac istəyir, demək olar ki, bütün ölkələrin iqtisadi-ticarət mənafeyinə zərbə vururlar.
Bu üzdəndir ki, “Ənsarallah” hərəkatının hücum təhlükəsi ilə əlaqədar iri gəmi şirkətləri Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmağa vadar olublar. Bir neçə gün öncə Yəməni diricə satın almağa pulu çatan BP kimi qlobal şirkətin neft tankerləri bu marşrutla hərəkətlərini tamamilə dayandırıb.
Bundan əvvəl konteyner daşımalarında ixtisaslaşan aparıcı şirkətlər - A.P. Moller-Maersk, Hapag-Lloyd, CMA CGM və başqa şirkətlər Bab əl-Məndeb boğazından keçmək ideyasından imtina etmişdilər.
Qırmızı dənizin bütün dəniz nəqliyyatının 10%-12%-ni təşkil etdiyini nəzərə alsaq, belə mühüm marşrutda bir günlük fasilənin ABŞ, Böyük Britaniya və Avropa İttifaqının iqtisadiyyatlarına nə qədər baha başa gəldiyini təsəvvür etmək olar.
Təbii ki, böyük dövlətlər və onların nəhəng şirkətləri husilərin nazı ilə uzun müddət oynamayacaqdı. Bu, qlobal iqtisadi böhrana da səbəb ola bilərdi.
Vaxtilə, Yaxın Şərqin Misir kimi böyük dövlətinin prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirməyə çalışarkən, bu avantüra London və Parisin ona müharibə elanı etməsi ilə başa çatmışdı.
İndi də avroatlantikaçılar məsələni danışıqlar və dilə tutmaq yoluyla deyil, silah gücü ilə həll etməyə çalışırlar. Nəticə təxminən 1956-cı ildəki ilə eyni ola bilər.
Ekspertlər düşünürlər ki, husilər üzərində hərbi qələbə istər-istəməz siyasi məğlubiyyətə gətirib çıxaracaq və Yaxın Şərqdə onsuz da ifrata çatmış anti-Qərb ovqatını daha da gücləndirəcək.
Ancaq Səudiyyə Ərəbistanı başda olmaqla bütün körfəz ölkələri husilərdən olduqca narazıdır və bu, problemin hansı yollasa həllini istəyirlər.
Bəzi müxalif ekspertlər belə qələmə verməyə çalışırlar ki, guya Yəmən husiləri qlobalizm sisteminə qarşı təkbaşına dayanırlar. Amma husilərin məqsədi nə qlobalizmə qarşı durmaqdır, nə də başqa bir idealist planları var.
Onlar siyasi baxımdan İranın əlinə oynayaraq onun sifarişlərini yerinə yetirir, bir də Qırmızı dənizdə, Ədən körfəzində yaratdıqları xaosdan quldurcasına istifadə edərək böyük pullar qazanmaq istəyirlər.
BMT-nin Təhlükəsizlik Şurası da Yəmən üsyançılarının hərəkətlərini pisləyən qətnamə qəbul edib. Sənəddə gəmilərə sahib olan ölkələrin “özünümüdafiə” hüququndan bəhs edilir. Bu, o deməkdir ki, husilər haqqında beynəlxalq fətva verilib və bu silahlı birləşmələr gec-tez zərərsizləşdiriləcəklər.
Yəmən Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının cənubunda yerləşir. 2011-ci il siyahıyaalınmasına görə, ölkənin 25 milyon nəfərdən çox əhalisi var, ərazisi 527,970 km²-dir. Həm əhali, həm də ərazi baxımından Yəmən dünyada 49-cu yerdədir.
Ölkənin paytaxtı Sənadır, rəsmi dil ərəb dilidir. Yəmən unitar dövlətdir, prezident respublikasıdır.
2014-cü ildə ölkədə hərbi çevriliş baş verib və bu, vətəndaş müharibəsinə səbəb olub.
Yəmən ən kasıb ərəb ölkələrindən biridir. 2009-cu ildə adambaşına düşən ÜDM 2,5 min dollar təşkil etdib. Bu göstəriciyə görə Yəmən yalnız Sudan və Mavritaniyadan irəlidədir və sosial rifaha görə dünyada 173-cüdür.
Yəmənin iqtisadi rifahı ehtiyatları azalan neft hasilatı və ixracından (dövlət büdcəsinin gəlirlərinin 70%-i) asılıdır. Xarici yardım böyük əhəmiyyət kəsb edir - təkcə 2012-ci ildə Yəmən Səudiyyə Ərəbistanından 3,25 milyard dollar alıb.
Yəmən husiləri şiə-zeydi məzhəbinə mənsub ərəblərdir. Onlar 2004-cü ildə Yəmən hökumətinə qarşı silahlı qiyam qaldıraraq ölkənin cənub ərazilərinin bir hissəsinə nəzarəti ələ keçiriblər.
Husilər 2011-ci ildə prezident Əli Abdullah Salehin istefası ilə nəticələnən Yəmən inqilabında iştirak ediblər.
2015-ci ilin əvvəlində husilər Yəmənin paytaxtı Sənanı ələ keçirirək, İnqilab Şurası yaradıblar və ölkədə faktiki olaraq hakim təşkilata çevriliblər. İnqilab Şurasının sədri Məhəmməd Əli əl-Husidir.
Onun Yəmən üzərindəki hakimiyyətinin legitimliyi BMT, ABŞ və Körfəz Əməkdaşlıq Şurası tərəfindən tanınmayıb.
Husilərin hərbi və maliyyə dəstəyinin İrandan və “Hizbullah” partiyasından gəldiyi güman edilir.
Qrup 2004-cü ilin sentyabrında Yəmən ordusu tərəfindən öldürülən qurucusu və keçmiş lideri Hüseyn əl-Husinin adını daşıyır.
Zeydilər əsasən Yəmənin şimalında yaşayır və ölkə əhalisinin təxminən üçdə birini təşkil edir.
Zeydilərin digər şiələrdən əsas fərqi ondan ibarətdir ki, möminlərin imamı (rəhbəri) təkcə xəlifə Əlinin nəslindən deyil, həm də istənilən müsəlman ola bilər.
2004-cü ildə Hüseyn əl-Husi Yəmən hakimiyyətini zeydi əhalisinə qarşı ayrı-seçkilikdə və ABŞ ilə əməkdaşlıqda ittiham edərək hökumət əleyhinə üsyana başlayan Yəmən zeydilərin imamı olub.
Beləcə, dünya birliyinin diqqəti Qırmızı dənizə dikilib. Ölüm yenidən Yəmən çölündə pusqu qurub. Bu qovğada nə qədər dinc adamın həlak olacağını isə proqnozlaşdırmaq çox çətindir.
Araz Altaylı
Digər xəbərlər
Tarix: 13-01-2024 14:00 | Bölmə: Manşet | Baxış: 159

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024