İRAN BİRBAŞA HÜCUMA BAŞLADI: Avropa və Dünya iqtisadiyyatı TƏHLÜKƏ ALTINDA
İran tərəfindən dəstəklənən husi qiyamçılarının Qırmızı dənizdə Yunanıstana məxsus gəmini vurmasından sonra ABŞ ordusu dünən Yəmənə yeni zərbələr endirib.
Məlumata görə, Yunanıstana məxsus Malta bayrağı altında üzən yük gəmisi Yəmənin Salif limanından 76 dəniz mili şimal-qərbdə, Qırmızı dənizdə şimala doğru hərəkət edərkən raketlə vurulub.
Husilərin hərbi sözçüsü Yəhya Sare də məlumat təsdiq edib. O, "Zografia" adlı gəmiyə dəniz raketlərindən istifadə edərək hücum etdiklərini bildiriblər.
Yunan mətbuatı yazır ki, "Zografia" gəmisində 24 heyət üzvü olub, gəmi Vyetnamdan İsrailə üzərkən hücuma məruz qalıb. Gəmidə hər hansı bir yükün olmadığı bildirilir.
Hücum zamanı xəsarət alan olmayıb, yalnız maddi ziyan dəyib. Gəminin hərəkətə davam etdiyi və marşrutu dəyişdiyi qeyd olunur.
Husilərə cavab verilir
Buna cavab olaraq ABŞ Yəmənə ballistik raketlərlə hücum edib. Ağ Evin sözçüsü Con Kirbi deyib ki, Amerika hücumları genişləndirmək fikrində deyil. "Husilərin hələ də düzgün seçimi etmək üçün vaxtları var, yəni bu ehtiyatsız hücumları dayandırmaq lazımdır", - o əlavə edib.
Husilər İsraillə müharibədə olan HƏMAS hərəkatı ilə həmrəylik nümayiş etdirdiklərini deyirlər. Qruplaşma Amerika və Britaniyanın Yəmənə zərbələr endirməsinə cavab olaraq hücumları ABŞ gəmilərini də əhatə edəcək şəkildə genişləndirəcəklərini açıqlayıblar.
ABŞ prezidenti Co Baydenin administrasiyası qruplaşmanın maliyyələşdirilməsini və silah təchizatını dayandırmaq məqsədilə Husi qiyamçılarını yenidən terror təşkilatları siyahısına salmağı planlaşdırır.
2021-ci ildə Bayden administrasiyası keçmiş prezident Donald Trampın qərarını ləğv edərək Husiləri terrorçuların siyahısından çıxarmışdı.
Dünya iqtisadiyyatı təhlükə altında...
Husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları bir çox şirkətlərə təsir edib. Dubayda yerləşən nüfuzlu "DP World" logistika şirkəti Qırmızı dənizdəki vəziyyətə görə Avropanın idxalında fasilələrin olacağını gözlədiklərini açıqlayıb.
"Asiyadan Avropaya malların daşınması dəyəri xeyli yüksək olacaq. Avropalı istehlakçılar ağrını hiss edəcəklər... Bu, inkişaf etməkdə olan iqtisadiyyatlardan daha çox inkişaf etmiş ölkələrə zərbə vuracaq”, - şirkət rəsmilərindən biri deyib. Sığorta şirkətləri də ağır yük altına düşə biləcəklərini qeyd edirlər.
İspaniyada yerləşən Fransanın şin istehsalçısı "Michelin"ə məxsus dörd fabrik bu həftə sonu yenidən hasilatı dayandırmağı planlaşdırır, buna səbəb xammalın çatdırılmasında gecikmələrin yaşanmasıdır.
Sözügedən xammal Qırmızı dəniz vasitəsilə daşınır. Yaponiyanın "Nippon Yusen" gəmi operatoru Qırmızı dəniz yaxınlığındakı gəmilərinə təhlükəsiz sularda gözləməyi tapşırıb. Şirkət marşrutu dəyişməyi nəzərdən keçirir.
Böyük Britaniyanın neft şirkəti "Shell" də Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırıb. ABŞ-ın neft şirkəti "Chevron" isə Qırmızı dəniz vasitəsilə daşıma marşrutlarını saxladığını bildirib.
Rusiyaya məxsus "Sovcomflot" tanker qrupu böhranın kəskinləşəcəyi təqdirdə alternativ yolları nəzərdən keçirəcəyini bildirib.
Konteyner gəmiləri Asiyadan Avropaya ən sürətli keçid olan Qırmızı dənizə daxil olmağa çəkinir. Gəmilər ya burada dayanır, ya da yönünü dəyişir. Əksər gəmilər Cənubi Afrikanın Ümid burnu ətrafında dövrə vurmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, dünya gəmiçiliyinin təxminən 12%-i Qırmızı dəniz vasitəsilə Süveyş kanalında keçir. Misir rəsmiləri kanaldan tranzitin dayandırılmasının "müvəqqəti" olduğunu və kanaldan keçən nəqliyyatın "normal qaydada davam etdiyini" bildirib.
Region dövlətləri ABŞ-a dəstək vermir?
ABŞ-ın hücumlarına Britaniya, Avstraliya kimi ölkələr də dəstək verir. Fransa prezidenti Emmanuel Makron deyib ki, ölkəsi regional eskalasiyadan qaçmaq istədiyi üçün ABŞ-ın rəhbərlik etdiyi zərbələrə dəstək verməyəcək. Makron bildirib ki, Fransa Qırmızı dənizdə “müdafiə” yanaşmasına malikdir və bu mövqeyə sadiq qalacaq.
Avropalı diplomatlar bildiriblər ki, Avropa İttifaqına üzv dövlətlər gəmilərin qorunmasına kömək etmək üçün ən geci fevralın 19-dək dəniz missiyasının yaradılmasına dəstək veriblər.
Yəmənin vitse-prezidenti al-Zubaidi deyir kiki, Qırmızı dənizdə kommersiya nəqliyyatını qorumaq məqsədi daşıyan ABŞ-ın rəhbərlik etdiyi mövcud koalisiya zəifdir, çünki regional güc mərkəzləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir koalisiyada iştirak etmir.
"Bab əl-Məndəb boğazı bütün dünya və region üçün maraqlıdır, buna görə də regional müdaxilə əsasdır", - o deyib.
Qeyd edək ki, Zubaidinin təmsil olunduğu Cənub Keçid Şurası Yəməndə İranın dəstəklədiyi husilərə qarşı olan ittifaqın tərkib hissəsidir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri husilərin ticarət gəmilərinə hücumları ilə Qəzzadakı müharibə arasında əlaqənin olduğunu vurğulayıb. Şahzadə Feysal bin Farhan Əl Səud deyib ki, krallığın prioriteti Qəzzada atəşkəs vasitəsilə gərginliyin azaldılmasına yol tapmaqdır.
İran birbaşa hücumlara keçir
Yaxın Şərqdə Hizbullah, HƏMAS, Husi kimi qiyamçılara dəstək verən İran sön günlər birbaşa hücumlara başlayıb. Həftənin əvvəli İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Kürdüstan bölgəsinə zərbələr endirib. SEPAH İsrailin "casus qərargahına" hücum etdiklərini bildirib. Qərb ölkələri və İraq hücumları pisləyib.
Kürdüstanın mərkəzi Ərbilin şimal-şərqində ABŞ konsulluğunun yaxınlığındakı yaşayış massivinə endirilən zərbələrlə yanaşı, SEPAH Suriyada bir sıra ballistik raketlər atdıqlarını və İŞİD də daxil olmaqla İranda terror əməliyyatlarının səbəbkarlarını məhv etdiklərini iddia ediblər.
Dünən isə SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Hücum nəticəsində 2 uşaq həlak olub, 3 nəfər yaralanıb. Pakistan XİN bildirib ki, ölkənin suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər.
Modern Təhlil və Araşdıma Qrupu
Digər xəbərlər
Tarix: 17-01-2024 11:35 | Bölmə: Manşet | Baxış: 133

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024