İFLİC OLMUŞ BMT TƏHLÜKƏSİZLİK ŞURASI - DÜNYADA SÜLHÜ KİM TƏMİN ETMƏLİDİR?- ŞƏRH
Dünyada sülh və sabitliyin təmin olunmasına görə məsuliyyət daşıyan əsas qurum Birləşmiş Millətlər Təşkilatı (BMT) və xüsusilə, onun altqurumu hesab olunan Təhlükəsizlik Şurasıdır (TŞ).
1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövlətinin yaratdığı “Ümumdünya hökuməti”nin əsas məqsədləri münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün, təhlükəsizliyin qorunub saxlanması olub.
Xalqların özünüdərketmə və bərabərlik prinsipinə hörmət əsasında ölkələrarası dostluq münasibətlərinin inkişaf etdirilməsi, beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi хarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirmək də bura daxildir.
Eyni zamanda, bütün insanlara heç bir fərq qoymadan azadlıq, insan hüquqlarına hörmət, onun genişləndirilməsi və müxtəlif ölkələrin razılaşması üzrə bu məqsədlərə çatmağa yönəldilmiş mərkəzi orqanın funksiyalarının yerinə yetirilməsi də məqsədlər sırasındadır.
Təhlükəsizlik Şurası BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. Nizamnaməsinə görə, bu təşkilat beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi. Şuranın hər bir üzvü bir səsə malikdir.
Bu gün dünyanın ayrı-ayrı regionlarında, o cümlədən Yaxın Şərqdə, Şərqi Avropada baş verən hadisələr, davam edən müharibələr, həmçinin böyük dövlətlərin öz ambisiyaları uğrunda mübarizəsi onu deməyə əsas verir ki, BMT TŞ vəzifəsini yerinə yetirə bilmir.
BMT-nin Baş katibi Antoniu Quterreş də İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı TŞ-nin nüfuzunu itirdiyini deyib.
O, BMT TŞ-nin təsirinin azaldığını bildirib: “Bu gün bir sıra böhranlarda İsrail, İran, Türkiyə kimi orta səviyyəli ölkələr BMT TŞ-nin 5 daimi üzvündən, həmçinin məndən daha çox təsirə malikdirlər.
Etiraf etməliyik ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir göstərən orta güclər var”. Baş katibin sözlərinə görə, bu, artıq sübut olunub.
BMT TŞ-nin “dişsizliyi” Azərbaycana da yaxşı tanışdır. Bu qurum 30 il əvvəl keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmişdi. 822, 853, 874 və 884 saylı qətnamələr ermənilərin işğal etdikləri torpaqlardan qeyd-şərtsiz çıxmalarını tələb edirdi.
Lakin BMT TŞ uzun illər ərzində bu qətnamələrdən heç birini icra etmədi. Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində bu sənədlərin tələblərini özü yerinə yetirdi.
Təkcə bu faktın özü onu deməyə əsas verir ki, BMT TŞ, doğrudan da vəzifələrini icra edə bilmir.
Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan da BMT TŞ ilə bağlı dəfələrlə tənqidi fikirlər səsləndirib.
O, 2023-cü ilin dekabrında İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı BMT-də islahatlara ehtiyac olduğunu diqqətə çatdırmışdı.
Bundan başqa, Ərdoğanın "dünya beşdən böyükdür" ifadəsi də məhz BMT TŞ-nin fəaliyyətsizliyinə işarədir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş isə ötən ilin oktyabrında Kocali Universitetinin yeni tədris ilinin açılış mərasimində söyləmişdi ki, BMT TŞ, demək olar, zibil qutusuna atılmış bir qurumdur.
O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: “Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır.
BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Xeyr!”.
Əslində, BMT baş katibinin sözlərində də ciddi həqiqət var. Bu gün Türkiyə, İsrail, İran kimi dövlətlər öz regionlarında təhlükəsizliyi özləri təmin etmək iqtidarındadırlar.
Hər halda, onların bölgədə baş verən proseslərə təsir imkanları daha böyükdür, nəinki BMT TŞ-nin. TŞ-nin 5 daimi üzvünün xarici siyasət kursu da onu deməyə əsas verir ki, bu qurum ümidləri doğrulda bilməz.
Bir şey ki, BMT TŞ-nin beş daimi üzvü ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin kimi dövlətlərdir. Onların arasında iki müttəfiq blok var, biri ABŞ-Böyük Britaniya, digəri isə Rusiya-Çin.
Hazırda bu bloklar bir-biri ilə rəqabət şəraitindədir. Belə olan təqdirdə onlar dünyada sülhü necə təmin edə bilərlər?!
Üstəgəl, demokratiyadan dəm vuran ABŞ, Fransa kimi dövlətlərdə polis zorakılıqları, insan haqlarının tapdalanması kimi hallar da ara vermir.
Əlbəttə, dünyada olan 200-dən çox dövlətin taleyi cəmi 5 ölkədən, üstəgəl, onlardan cəmi birinin veto hüququndan asılı olmamalıdır. Bu vəziyyət dünyaya sülh gətirməz.
Əksinə, təcrübə də göstərir ki, bu, planetdəki xaosu daha da artırır. Odur ki, BMT-də təcili islahatlara ehtiyac var. Əks halda, kataklizmlərin daha da artacağı istisna deyil. Buna görə məsuliyyəti isə birbaşa BMT TŞ daşıyır və daşıyacaq./Report
Digər xəbərlər
Tarix: 18-01-2024 15:00 | Bölmə: Manşet | Baxış: 121

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024