DÜNYANIN "İKİNCİ ORDUSU”NUN “KİNJAL” YALANI - Çin nədən məyusdur?
Hələ Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk günlərindən Rusiya ordusu barədə işlədilən “Dünyanın ikinci ordusu” qiymətləndirməsinin sabun köpüyündən ibarət olduğu üzə çıxmışdı.
Bu, təkcə sözügedən ordunun döyüş qabiliyyətində, nizam-intizamında, taktiki və strateji idarəetməsində deyil, Rusiya silahının keyfiyyətində də özünü göstərdi və göstərməkdə davam edir.
Rusiyanın uzun illərdir təriflədiyi “Kinjal” hipersəs raketlərinin gerçək imkanları təkcə Kremli deyil, Rusiyanın yaxın tərəfdaşlarını da məyus edib.
Xarici KİV xəbər verir ki, artıq çinli mütəxəssislər də “Kinjal”-ın elan olunan imkanlarına şübhə ilə yanaşır, hətta onun əsl hipersəsli, yəni səsdən yüksək sürətə malik raket olduğuna dair iddialara inanmırlar.
“Business Insider” nəşrinin bu mövzuyla bağlı hazırladığı məqalədə deyilir ki, Çin hipersəs raketi kimi təqdim olunan “Kinjal”ın gerçək gücünü görəndən sonra məyus olub.
Çinli mütəxəssislərin fikrincə, bu raketlərin kifayət qədər manevr qabiliyyəti yoxdur və onların dəqiqliyi qənaətbəxş deyil: “Çin bu raketlərin Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi “Patriot” sistemlərinə qarşı necə duruş gətirdiyini anlamaq üçün Ukraynada “Kinjal”lardan istifadəni diqqətlə izləyir.
Artıq Pekin ümid edir ki, yalnız özünün istehsal etdiyi hipersəs raketləri potensial müharibədə Çinə ABŞ qarşısında üstünlük verəcək. Çindəki hərbi analitiklər isə Rusiya raketinin effektivliyini şübhə altına alır”.
Daha sonra yazıda tanınmış Çin hərbi analitiki Yin Jienin “Ordnance Industry Science and Technology” hərbi jurnalındakı məqaləsindən sitat gətirilir: “ABŞ və Ukrayna tərəfinin bu məsələdə söylədiklərinin doğru olduğuna dair artan sübutlar var”.
Yin Rusiyanın “Kinjal” raketinin “döyüş meydanına əhəmiyyətli təsir göstərmək ehtimalı”nın az olduğunu bildirib. O, qeyd edib ki, “Kinjal” Rusiyanın “İsgəndər” raketinin tələsik və qeyri-qənaətbəxş təkmilləşdirilmiş variantıdır:
““Kinjal”ın manevr qabiliyyəti əsl hipersəs raketi ilə müqayisə oluna bilməz və onun ballistik trayektoriyası “Kinjal”ı “Patriot” üçün əlçatan edir”.
Bənzər bir fikrə Pekinin məşhur müdafiə və elmi jurnalı “Military Arms” tərəfindən dərc olunan "Ukraynada “Kinjal” və “Patriot” arasında qarşıdurma" məqaləsində də rast gəlinir.
Həmin təhlildə deyilir ki, “Kinjal” ən yaxşı halda “şərti hipersəs raketidir”: “Rusiya “Kinjal”ı hipersəs raketi adlandırsa da, digər ölkələrin analitikləri ümumiyyətlə hesab edirlər ki, “Kinjal” qısa mənzilli “İskəndər” ballistik raketinin havadan buraxılan bir versiyasıdır.
Bu, əsl hipersəs raket deyil, çünki “Kinjal” hipersəs sürətlə effektiv manevr edə bilmir, baxmayaraq ki, həmin sürətə çata bilir”.
Yin bu raketlərdən istifadə prosesini də tənqid edib. O, qeyd edib ki, Rusiya “Miq-31” təyyarələrindən “Kinjal”ların buraxılmasını dayandırıb, əvəzində “Su-34” təyyarələrindən istifadə etməyi üstün tutub.
Ancaq bu da lazımi effekti vermir. Çünki bu təyyarələrin sürəti tələblərə uyğun deyil: “Onlar bu raketləri optimal sürətlə buraxmaq üçün çox yavaş uçurlar”. Yin hesab edir ki, onsuz da yavaş uçan “Miq-31” və “Su-34” ağır “Kinjal”larla daha da ağırlaşırlar.
Digər çatışmazlıq Rusiyanın peyk raket idarə sistemidir. Çinli analitikin fikrincə, dəqiqliyi təmin etmək üçün Rusiyanın kifayət qədər peykləri yoxdur: "Dəqiqlik qeyri-qənaətbəxşdir".
Nəhayət, tanınmış çinli mütəxəssis qeyd edib ki, Rusiyanın sadəcə olaraq, kifayət qədər “Kinjal”ı yoxdur: “Qərbin sanksiyaları Moskvanın sürətlə silah istehsal etmək imkanlarını, bu da raketlərdən istifadə imkanlarını məhdudlaşdırıb”.
Xatırladaq ki, yanvarın əvvəlində Kiyevdə növbəti dəfə “Kinjal” raketi vurulub. Rusiya tərəfi belə məlumatları şərh etməkdən hər nə qədər yayınsa da, digər “analoqsuz” silahları kimi, “Kinjal”-ın da reklam edilən imkanların xeyli altında olduğunu gizlətmək olmur.
Ancaq bütün bunlara baxmayaraq, Kreml öz sınıq-salxaq silahları və ordusu ilə Ukraynada ölüm saçmaqda davam edir.
Döyüş meydanında heç bir ciddi uğur əldə edə bilməyən Rusiya ordusunun dinc şəhərləri bombalaması isə bu ordunun döyüş qabiliyyətinə görə “dünyanın ikinci ordusu” yox, mülki əhaliyə divan tutmaq üzrə “dünyanın birinci ordusu” olduğunu təsdiqləyir.
C.Məmmədov
Digər xəbərlər
Tarix: 19-01-2024 16:30 | Bölmə: Manşet | Baxış: 144

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024