NƏYƏ GÖRƏ RUSİYA İLƏ DANIŞIQLARIN MƏNASI YOXDUR?- “Kremlin Ukraynaya qalib gəlməsi NATO-ya güc tətbiq etməsinin qapılarını açardı”
Rusiya özünə bənzər və ABŞ-ni strateji rəqib hesab edən ölkələrlə birləşərək 2014-cü ildə Ukraynaya qarşı tətbiq etdiyi hibrid mübarizə üsulunu bir daha beynəlxalq arenada sınaqdan çıxarmağa və “Soyuq müharibə”yə qayıtmağa çalışır.
Ukraynanın “Unian.net” saytı “Soyuq müharibə-2. Nəyə görə Rusiya ilə danışıqların mənası yoxdur?” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.
Həmin məqaləni təqdim edirik: “Rusiyanın Ukraynaya qarşı təcavüzünün birinci hibrid fazası 2014-cü ilin fevralında, müharibənin genişmiqyaslı ikinci fazası isə 2022-ci ilin fevralın 22-də başlayıb və bu, Kreml üçün “Soyuq müharibə”də məğlub olan SSRİ-nin qisasını almaq cəhdi kimi əslində, Qərbə qarşı yönələn daha iri miqyaslı təcavüzün elementlərindən biridir.
Bu strategiyanın fundamenti Putinin 2007-ci ildə Münhendəki məşhur çıxışında qoyulmuşdu və Rusiya diktatoru faktiki olaraq Kremlin Qərbə qarşı təcavüzkar planlarının əsas aspektlərini təsvir ediridi.
O, Qərbi “ədalətsiz birqütblü dünya” qurmaqda ittiham edirdi. Moskvanın aqressiv niyyətləri içərisində, SSRİ-də olduğu kimi, Ukrayna mərkəzi yerlərdən birini tuturdu.
Birincisi, Ukraynanın resursları Rusiyanın “kollektiv Qərbə” qarşı mübarizə aparması üçün böyük önəm daşıyırdı.
İkincisi, Qərbə qarşı planlaşdırdığı ekspansiyanı davam etdirmək üçün Ukraynanın ərazisi Kreml üçün həmişə əlverişli strateji platsdarm olub.
Elə ona görə də, 2014-cü ilin əvvəlində Rusiyanın Ukraynanın Krım yarımadasını ələ keçirməsi, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal etməsi Putin rejiminin ambisiyalı məqsədlərinin reallaşdırılması yolunda ilk praktik addım idi.
Rusiya hərbi texnologiya, strateji nüvə silahı daşıyıcılarına görə Sovet İttifaqı kimi Qərbdən xroniki şəkildə geridə qalır.
Rusiyanın texnoloji nümunələri aparıcı NATO ölkələrinin müvafiq analoqlarından bütöv bir nəsil geridədır. Ona görə də, Kremlin Qərb silah nümunələrinə qarşı azacıq da olsa duruş gətirməsindən ötrü, taktiki nüvə silahı daşıyıcılarının “suyunu sıxımaqdan” başqa əlacı qalmayıb.
Bu daşıyıcılar 5500 kilometr məsafəyə kimi məhdud radiusa malik olublar, lakin strateji fəaliyyət radiusu 5500 kilometrdən artıqdır. Moskva həmişə taktiki səviyyədəki silahdan strateji fayda götürmək üçün imkanlar axtarıb. Mövcud problemin həlli eyni zamanda həm sadə, həm də xeyli müşkül olub.
Çünki bu silahı strateji düşmənin maksimum yaxınlığında yerləşdirmək lazımdır. Yəni, ilk növbədə ABŞ və əlbəttə ki, NATO-nun.
Məhz belə bir məntiqə əsasən Karib raket böhranı yaşanmışdı. Xruşov anlayırdı ki, ABŞ-yə birbaşa təhlükə yaratmaq üçün öz taktiki raket komplekslərini Amerikanın çox yaxınında yerləşdirməlidir. Bu səbəbdən də sovet raketləri Kubada peyda olmuşdular.
Həmin hadisədən onilliklər sonra anoloji problemlərlə qarşılaşan Putin anlayırdı ki, ABŞ və Qərbi şantaj etməyin variantlarından biri taktiki nüvə silahını və onun daşıyıcılarını Krımda yerləşdirməkdir.
Buradan ABŞ-nin avropalı müttəfiqlərini qorxutmaqla Vaşinqtonu şantaj etmək olar. Ona görə də, Rusiyanın 2014-cü ilin fevralında müstəqil Ukraynaya qarşı təcavüzü məhz Krımdan başladı.
Rusiyalıların işğal altındakı Krımda Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən qorunmasının faktiki çox çətin olmasını nəzərə alsaq, onda Kremlin Belarusda taktiki nüvə silahı yerləşdirməsi özünü əlavə sığortalamaqdır.
Amma Rusiyanın Belarusdakı nüvə silahı eyni zamanda NATO-nun üzv ölkələrinə tərəf çevrilib və Amerikanı şantaj etmək üçün hibrid mübarizə vastəsi rolunu oynayır.
Buradan anlaşılır ki, Kremlin Ukraynaya təcavüzü Moskvanın daha böyük ambisiyasının və “Soyuq müharibə”nin qısasını almaq planının mərhələlərindən biridir. Ona görə də, atəşkəs əldə edilməsi ilə bağlı Rusiya ilə danışıqların aparılması Avropaya və ümumiyyətlə, Qərbə strateji təhlükəsizlik gətirməyəcək.
Yalnız Rusiyanın strateji məğlubiyyəti ən azından sonrakı bir neçə onilliklər ərzində regional və qlobal təhlükəsizliyi təmin edə bilər. Həm də Rusiya Qərblə müqayisədə özünün texnoloji imkanlarının məhdudluğunu anlayır, ona görə də o, bu strateji qarşıdurmada əsas üstünlüyü hibid vasitələrinə verir.
Rusiya ordusunun Ukraynadakı strateji uğursuzluğu - Rusiya generallarının “Kiyevi 2-3 günə alacağıq” üslubunda sürətli qələbəyə nail ola bilməmələri Moskvanın hibrid mübarizə üsulunu bir daha aktuallaşdırdı.
Ukrayna məğlub olduğu təqdirdə Kreml birmənalı olaraq Qərbin zəifləməsindən istifadə edərək güc və şantaj yoluyla özünün 2021-ci ilin dekabrında Rusiya xarici işlər nazirinin müavini Ryabkovun “NATO 1997-ci ildəki sərhədlərinə rədd olsun” çağırışının yerinə yetirilməsinə nail ola bilər. Kremlin Ukraynaya qalib gəlməsi onun NATO-ya qarşı güc tətbiq etməsinin qapılarını açardı.
Rusiya ordusunun bu cür qələbəni təmin edə bilməməsi Kremli taktikanı dəyişməyə məcbur etsə də, onlar strategiyalarından qətiyyən əl çəkməyiblər. Buna görə birinci planda yenidən hibrid mübarizə vasitələri dayanır.
Hibrid mübarizə vasitələri Yaxın Şərqdən tutmuş (HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu) Asiya-Sakit okean regionunda (Tayvan ətrafında və Koreya yarımadasındakı gərginliklər), Afrikada və Latın Amerikasında tətbiq olunur.
Moskva, Tehran və Pxenyanın müasir dövrdə formalaşdırdığı “Şər oxu”nun məntiqi çox bəsitdir. Təcavüzkar diktaturalar ittifaqı çalışır ki, Qərb sadəcə növbəti regional münaqişəyə adekvat reaksiya vermək qabiliyyətində olmasın. Kremlin məntiqinə görə, onda bu, birqütblü dünyanın sonu demək olacaq.
Hibrid yanaşması vəziyyətə uyğun məntiqli fəaliyyəti əsas götürür.
Dünya siyasi xəritəsində yeni regional münaqişələrin meydana gəlmə təhlükəsi əsas aparıcı oyunçuların öz imkanlarını və resurslarını dəyərləndirmələrinə bağlı olacaq.
ABŞ ilə geosiyasi oyuna girişən Çin, Amerikanın “qlobal qarşıdurma əvəzinə ikimiz üçün qlobal rəqabət” yanaşmasını müştərək şəkildə həyata keçirməyə maraqlıdır. Ancaq bununla belə, Pekin bu oyunda öz əhəmiyyətini artırmaq üçün siyasi oyuncaqlarından (Şimalı Koreya, İran) fəal şəkildə istifadə edir.
Si Szinpin Tayvanın ilhaq olunması planından imtina etmək istəmir, lakin praktik addımlar atmamışdan öncə o, özü üçün iki əsas problemi həll etməldir.
Birincisi, öz resurslarını maksimum səfərbər hala gətirməlidir (məsələn, Çin Xalq Azadlıq Ordusunda iri miqyaslı korrupsiya ilə mübarizə aparmaq”).
İkincisi, ABŞ və Qərbi maksimal zəiflətmək (Koreya yarımadasında vəziyyəti qəsdən gərginləşdirmək və Ukraynaya qarşı Rusiya təcavüzünün davam etdirilməsi üçün dolayı yolla onu dəstəkləməlidir) .
Öz geosiyası planlarını həyata keçirmək yolunda Putin rejiminin qlobal təcavüzkar ambisiyası Çin üçün əlverişlidir. Bu yeni qlobal qarşıdurma artıq özündə ümumdünya hibrid müharibəsinin əlamətlərini daşıyır. Lakin belə münaqişə “Soyuq müharibə”yə bənzəməyəcək.
Qlobal cənub ölkələri mövcud vəziyyətdən asılı olaraq qarşıdurmanın hər iki mərkəzi ilə hibrid müttəfiqi olacaqlar ki, bu da qlobal səviyyədə qüvvələrin bölünməsini daha da çətinləşdirəcək.
Ona görə də biz aydın görürük ki, əslində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü müasir “Şər oxu” ilə onun strateji müttəfiqlərinin Qərb ölkələrinə qarşı həyata keçirdikləri qlobal hibrid qarşıdurmasının elementlərindən yalnız biridir.
Digər xəbərlər
Tarix: 20-01-2024 21:00 | Bölmə: Manşet | Baxış: 158
Rusiya Ukraynaya qarşı tammiqyaslı hərbi hücuma başlamamışdan öncə NATO-ya 1997-ci ilin sərhədlərinə çəkilməsi barədə ultimatum vermişdi. Yəni, Kreml bununla demək istəyirdi ki, əgər alyans bu ultimatuma məhəl qoymasa, Ukraynaya təcavüz qaçılmaz olacaq.
Putinin gözlədiyinin tam əksinə olaraq, onun ordusu qarşıya qoyulan “ildırımsürətli qələbə” planını həyata keçirə bilmədi. Ona görə də Kreml hücum taktikasını dəyişmək məcburiyyətində qaldı və ümumi vəziyyətə uyğun olaraq müxtəlif manevrlər etməkdədir.Rusiya özünə bənzər və ABŞ-ni strateji rəqib hesab edən ölkələrlə birləşərək 2014-cü ildə Ukraynaya qarşı tətbiq etdiyi hibrid mübarizə üsulunu bir daha beynəlxalq arenada sınaqdan çıxarmağa və “Soyuq müharibə”yə qayıtmağa çalışır.
Ukraynanın “Unian.net” saytı “Soyuq müharibə-2. Nəyə görə Rusiya ilə danışıqların mənası yoxdur?” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.
Həmin məqaləni təqdim edirik: “Rusiyanın Ukraynaya qarşı təcavüzünün birinci hibrid fazası 2014-cü ilin fevralında, müharibənin genişmiqyaslı ikinci fazası isə 2022-ci ilin fevralın 22-də başlayıb və bu, Kreml üçün “Soyuq müharibə”də məğlub olan SSRİ-nin qisasını almaq cəhdi kimi əslində, Qərbə qarşı yönələn daha iri miqyaslı təcavüzün elementlərindən biridir.
Bu strategiyanın fundamenti Putinin 2007-ci ildə Münhendəki məşhur çıxışında qoyulmuşdu və Rusiya diktatoru faktiki olaraq Kremlin Qərbə qarşı təcavüzkar planlarının əsas aspektlərini təsvir ediridi.
O, Qərbi “ədalətsiz birqütblü dünya” qurmaqda ittiham edirdi. Moskvanın aqressiv niyyətləri içərisində, SSRİ-də olduğu kimi, Ukrayna mərkəzi yerlərdən birini tuturdu.
Birincisi, Ukraynanın resursları Rusiyanın “kollektiv Qərbə” qarşı mübarizə aparması üçün böyük önəm daşıyırdı.
İkincisi, Qərbə qarşı planlaşdırdığı ekspansiyanı davam etdirmək üçün Ukraynanın ərazisi Kreml üçün həmişə əlverişli strateji platsdarm olub.
Elə ona görə də, 2014-cü ilin əvvəlində Rusiyanın Ukraynanın Krım yarımadasını ələ keçirməsi, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal etməsi Putin rejiminin ambisiyalı məqsədlərinin reallaşdırılması yolunda ilk praktik addım idi.
Rusiya hərbi texnologiya, strateji nüvə silahı daşıyıcılarına görə Sovet İttifaqı kimi Qərbdən xroniki şəkildə geridə qalır.
Rusiyanın texnoloji nümunələri aparıcı NATO ölkələrinin müvafiq analoqlarından bütöv bir nəsil geridədır. Ona görə də, Kremlin Qərb silah nümunələrinə qarşı azacıq da olsa duruş gətirməsindən ötrü, taktiki nüvə silahı daşıyıcılarının “suyunu sıxımaqdan” başqa əlacı qalmayıb.
Bu daşıyıcılar 5500 kilometr məsafəyə kimi məhdud radiusa malik olublar, lakin strateji fəaliyyət radiusu 5500 kilometrdən artıqdır. Moskva həmişə taktiki səviyyədəki silahdan strateji fayda götürmək üçün imkanlar axtarıb. Mövcud problemin həlli eyni zamanda həm sadə, həm də xeyli müşkül olub.
Çünki bu silahı strateji düşmənin maksimum yaxınlığında yerləşdirmək lazımdır. Yəni, ilk növbədə ABŞ və əlbəttə ki, NATO-nun.
Məhz belə bir məntiqə əsasən Karib raket böhranı yaşanmışdı. Xruşov anlayırdı ki, ABŞ-yə birbaşa təhlükə yaratmaq üçün öz taktiki raket komplekslərini Amerikanın çox yaxınında yerləşdirməlidir. Bu səbəbdən də sovet raketləri Kubada peyda olmuşdular.
Həmin hadisədən onilliklər sonra anoloji problemlərlə qarşılaşan Putin anlayırdı ki, ABŞ və Qərbi şantaj etməyin variantlarından biri taktiki nüvə silahını və onun daşıyıcılarını Krımda yerləşdirməkdir.
Buradan ABŞ-nin avropalı müttəfiqlərini qorxutmaqla Vaşinqtonu şantaj etmək olar. Ona görə də, Rusiyanın 2014-cü ilin fevralında müstəqil Ukraynaya qarşı təcavüzü məhz Krımdan başladı.
Rusiyalıların işğal altındakı Krımda Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən qorunmasının faktiki çox çətin olmasını nəzərə alsaq, onda Kremlin Belarusda taktiki nüvə silahı yerləşdirməsi özünü əlavə sığortalamaqdır.
Amma Rusiyanın Belarusdakı nüvə silahı eyni zamanda NATO-nun üzv ölkələrinə tərəf çevrilib və Amerikanı şantaj etmək üçün hibrid mübarizə vastəsi rolunu oynayır.
Yalnız Rusiyanın strateji məğlubiyyəti ən azından sonrakı bir neçə onilliklər ərzində regional və qlobal təhlükəsizliyi təmin edə bilər. Həm də Rusiya Qərblə müqayisədə özünün texnoloji imkanlarının məhdudluğunu anlayır, ona görə də o, bu strateji qarşıdurmada əsas üstünlüyü hibid vasitələrinə verir.
Rusiya ordusunun Ukraynadakı strateji uğursuzluğu - Rusiya generallarının “Kiyevi 2-3 günə alacağıq” üslubunda sürətli qələbəyə nail ola bilməmələri Moskvanın hibrid mübarizə üsulunu bir daha aktuallaşdırdı.
Ukrayna məğlub olduğu təqdirdə Kreml birmənalı olaraq Qərbin zəifləməsindən istifadə edərək güc və şantaj yoluyla özünün 2021-ci ilin dekabrında Rusiya xarici işlər nazirinin müavini Ryabkovun “NATO 1997-ci ildəki sərhədlərinə rədd olsun” çağırışının yerinə yetirilməsinə nail ola bilər. Kremlin Ukraynaya qalib gəlməsi onun NATO-ya qarşı güc tətbiq etməsinin qapılarını açardı.
Rusiya ordusunun bu cür qələbəni təmin edə bilməməsi Kremli taktikanı dəyişməyə məcbur etsə də, onlar strategiyalarından qətiyyən əl çəkməyiblər. Buna görə birinci planda yenidən hibrid mübarizə vasitələri dayanır.
Hibrid mübarizə vasitələri Yaxın Şərqdən tutmuş (HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu) Asiya-Sakit okean regionunda (Tayvan ətrafında və Koreya yarımadasındakı gərginliklər), Afrikada və Latın Amerikasında tətbiq olunur.
Moskva, Tehran və Pxenyanın müasir dövrdə formalaşdırdığı “Şər oxu”nun məntiqi çox bəsitdir. Təcavüzkar diktaturalar ittifaqı çalışır ki, Qərb sadəcə növbəti regional münaqişəyə adekvat reaksiya vermək qabiliyyətində olmasın. Kremlin məntiqinə görə, onda bu, birqütblü dünyanın sonu demək olacaq.
Hibrid yanaşması vəziyyətə uyğun məntiqli fəaliyyəti əsas götürür.
Dünya siyasi xəritəsində yeni regional münaqişələrin meydana gəlmə təhlükəsi əsas aparıcı oyunçuların öz imkanlarını və resurslarını dəyərləndirmələrinə bağlı olacaq.
ABŞ ilə geosiyasi oyuna girişən Çin, Amerikanın “qlobal qarşıdurma əvəzinə ikimiz üçün qlobal rəqabət” yanaşmasını müştərək şəkildə həyata keçirməyə maraqlıdır. Ancaq bununla belə, Pekin bu oyunda öz əhəmiyyətini artırmaq üçün siyasi oyuncaqlarından (Şimalı Koreya, İran) fəal şəkildə istifadə edir.
Si Szinpin Tayvanın ilhaq olunması planından imtina etmək istəmir, lakin praktik addımlar atmamışdan öncə o, özü üçün iki əsas problemi həll etməldir.
Birincisi, öz resurslarını maksimum səfərbər hala gətirməlidir (məsələn, Çin Xalq Azadlıq Ordusunda iri miqyaslı korrupsiya ilə mübarizə aparmaq”).
İkincisi, ABŞ və Qərbi maksimal zəiflətmək (Koreya yarımadasında vəziyyəti qəsdən gərginləşdirmək və Ukraynaya qarşı Rusiya təcavüzünün davam etdirilməsi üçün dolayı yolla onu dəstəkləməlidir) .
Öz geosiyası planlarını həyata keçirmək yolunda Putin rejiminin qlobal təcavüzkar ambisiyası Çin üçün əlverişlidir. Bu yeni qlobal qarşıdurma artıq özündə ümumdünya hibrid müharibəsinin əlamətlərini daşıyır. Lakin belə münaqişə “Soyuq müharibə”yə bənzəməyəcək.
Qlobal cənub ölkələri mövcud vəziyyətdən asılı olaraq qarşıdurmanın hər iki mərkəzi ilə hibrid müttəfiqi olacaqlar ki, bu da qlobal səviyyədə qüvvələrin bölünməsini daha da çətinləşdirəcək.
Ona görə də biz aydın görürük ki, əslində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü müasir “Şər oxu” ilə onun strateji müttəfiqlərinin Qərb ölkələrinə qarşı həyata keçirdikləri qlobal hibrid qarşıdurmasının elementlərindən yalnız biridir.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024