«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
RUSİYA-NATO MÜHARİBƏSİ 3 SSENARİ ÜZRƏ GEDƏCƏK - "Çin, İran və Şimali Koreya da qoşula bilər"

Tarix: 23-01-2024 13:15 | Bölmə: Manşet | Baxış: 132



Məlum olduğu kimi, son günlər əsas gündəm mövzularından biri də qarşıdakı illərdə baş verəcəyi ehtimal edilən NATO-Rusiya müharibəsidir . Analitiklər hesab ediirlər ki, bu qarşıdurma riski ən azı önümzdəki 20 il ərzində davam edəcək.

Böyük Britaniyanın "Daily Mail" nəşrində sözügedən mövzu ilə bağlı maraqlı bir məqalə yayımlanıb. Həmin məqaləyə görə, Rusiya - NATO müharibəsi 3 mərhələni əhatə edəcək.

Press-fakt.com azpolitika.az-a istinadla məqalənin maraqlı hissələrini təqdim edir:



Birinci Mərhələ: "Kiber müharibə və raket hücumları"

Nəşrin ekspertləri əmindirlər ki, Rusiya Federasiyasının NATO-ya qarşı ehtimal olunan müharibəsi irimiqyaslı kiberhücumlar və Şərqi Avropaya endirilən raket zərbələri ilə başlayacaq. Çox güman ki, Rusiya Avropa ölkələrinin peyk rabitəsini məhv etməyə cəhd edə bilər.

"Rusiya Avropadakı mülki hədəflərə qarşı yüzlərlə uzaq mənzilli, dəqiq idarə olunan raketlərdən istifadə etməkdən çəkinməyəcək", - ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Qodces deyib.

O, həmçinin əlavə edib ki, ruslar bu hərbi cinayətlərin nəticələrinə əhəmiyyət verməyəcəklər.

Ekspert hesab edir ki, dəniz limanları, hava limanları və nəqliyyat qovşaqları, hətta hərbi qərargahlar və aerodromlar da təhlükə altındadır.



İkinci mərhələ: "Quru, dəniz və hava yolu ilə işğal"

Raket zərbələri və kiberhücumların ardınca quru, dəniz və hava hücumları ola bilər. Ekspertlər hesab edirlər ki, hücumlar Polşa, Litva və Rusiyanın Kalininqrad vilayətini birləşdirən Suvalki dəhlizində başlaya bilər

Dəhlizin ələ keçirilməsi uğurlu olarsa, ruslar işğalı Baltikyanı ölkələrdən birinə - Litva, Estoniya və ya Polşaya qədər genişləndirəcəklər. Sonra Rusiya donanması, iqtisadi və təhlükəsizlik baxımından beynəlxalq ticarət üçün yeni bir marşruta çevriləcək Şimal Dəniz Marşrutunu nəzarət altına almağa çalışacaq.



Üçüncü mərhələ: "Müttəfiqlərin müharibəyə girişi"

Ekspertlər hesab edir ki, İran, Çin və Şimali Koreya bu müharibədə Rusiyanın tərəfini tuta bilərlər. Məsələn, Çin Rusiya ilə NATO arasındakı müharibədən Tayvanı işğal etmək üçün istifadə edə bilər.

Lakin Çinin Avropa üçün birbaşa təhlükə yaratması ehtimalı azdır. İran isə NATO ilə münaqişədə Rusiyanın tərəfində birbaşa iştirak edə bilər.

RAND Korporasiyasının beynəlxalq müdafiə üzrə tədqiqatçısı Bruce Bennett bildirib ki, Şimali Koreya nüvə silahına müraciət edə bilər və ya “ABŞ-ı birbaşa nüvə silahı ilə hədələyə bilər”.

Bu müharibədən necə yayınmaq olar?

Analitiklər əmindirlər ki, Rusiya NATO ilə müharibədən çəkindirilə bilər. Godces qeyd edib ki, yuxarıda təsvir edilən ssenari qaçılmaz deyil, lakin bunun üçün biz təhlükəni aydın şəkildə başa düşməliyik.

“Rusiyanın NATO-ya hücumunun qarşısını almağın ən yaxşı yolu Ukraynaya Rusiyanı indi məğlub etməkdə kömək etməkdir”, - deyə general bildirib.

O, hesab edir ki, tammiqyaslı müharibə o zaman baş verə bilər ki, Rusiya NATO-nun ona müqavimət göstərmək üçün kifayət qədər hazır olmadığını və ya birləşmədiyini hiss etsin.

Briqada generalı Rayan hesab edir ki, NATO Rusiyanın qarşısını almaq üçün müharibəyə hazırlaşmalıdır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024