«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
OLİQARXLAR PUTİNƏ QARŞI ÜSYANA HAZIRLAŞIR - “Rusiya biznes elitasının susqun razılığı pozulmağa başlayıb”

Tarix: 05-05-2022 21:10 | Bölmə: Manşet | Baxış: 386



Rusiyanın Ukraynada apardığı müharibə uzandıqca ölkə iqtisadiyyatı daha ağır yük altına düşür. Kreml repressiv üsullarla ölkədəki narazıları susdurub. Biznes elitası da etiraz etməkdən çəkinir.
Amma artıq bəzi iri oliqarxlar etiraz səslərini ucaltmağa başlayıblar. Rusiya oliqarxlarının fikrinə görə, yaxın zamanlarda bütün Rusiya əhalisi müharibənin ağır nəticələrini öz üzərində hiss edəcək ki, bu da öz növbəsində inqilaba yol aça bilər.
ABŞ-ın “Wasington Post” qəzeti “Oliqarxlar bir gündə hər şeylərini itirdilər:Rusiyada Putinə qarşı üsyan yetişir” başlıqlı məqalədə sözügedən mövzuya toxunur.
Həmin məqaləni təqdim edirik:
”Rusiya oliqarxları və məmurları maliyyə hesablarının dondurulmasından və Qərbin iqtisadi sanksiyalarından depressiyaya düşüblər. Onlar Putinə təsir etməkdə gücsüzdürlər, amma hər şey yaxın zamanlarda dəyişə bilər. Rusiyanın Ukraynaya müdaxiləsindən iki ay ötdükdən sonra bu ölkənin biznes elitasının susqunluğu, daha doğrusu susqun razılığı tədricən pozulmağa başlayıb. 
Rusiya iqtisadi elitasının fraksiyaları arasındakı fikir ayrılığı artıq özünü büruzə verir. Valdimir Putinin hakimiyyətə gəlməsindən öncə varlanmış bəzi oliqarxlar zəif olsa da etraz səslərini ucaldırlar.



Əksər biznesmenlər üçün əsas faktor ölkə iqtisadiyyatının hansı vəziyyətdə olması yox, onların öz problemləridir. Qərb tərəfindən tətbiq edilən radikal sanksiyalar Rusiya iqtisadiyyatının üzərinə yeni dəmir pərdə çəkib. Rusiya oliqarxlarının milyardlarla dolları sanksiyalar səbəbindən dondurulub.
Rusiyanın təbii resursları hesabına biznes quran bu adamlar təlaş keçirirlər. Yeltsin hakimiyyətindəki liberal dövrdə uğur qazanmış ən azından dörd oliqarx Rusiyanı tərk edib. Həmçinin, dörd yükəsk vəzifəli məmur istefa verərək ölkədən çıxıb. Kremlin dayanıqlı iqtisadi inkişaf proqramını həyata keçirən və Yeltsin dövründə özəlləşdirmənın “çarı” sayılan Anatoli Çubays da ölkəni tərk edənlər sırasındadır.



Yeltsin dövründə böyük pullar əldə edərək poladəritmə maqnatına çevrilən Vladimir Lisin sanksiyalara qarşı əks tədbirlər görülməsini nəzərdə tutan Dövlət Dumasını tənqid edib. Dövlət Duması təklif edir ki, xarici alıcılara təbii qazdan başqa bir sıra digər məhsullar da rublla satılsın.
Vladimir Lisin jurnalistlərə verdiyi müsahibəsində deyib: ”Bu qərar xarici bazarlara girişi risk altına alır. Rubl ilə ödənişə keçid Rusiyanın beynəlxalq bazarlardan uzaqlaşdırılması ilə nəticələnəcək”.



Rusiyanın ən zəngin oliqarxlarından olan Vladimir Potanin “Norilsk nikel” metalurgiya kombinatının sahibidir. O, Rusiyanın 1990-cı illərdəki özəlləşdirməsinin memarlarından sayılır. V.Potanin bildirib ki, müharibə başlayandan sonra Rusiyanı tərk edən xarici şirkətlərin aktivlərinin müsadirə olunması investorların etibarını sarsıdacaq və ölkəni 1917-ci ildəki inqilabi vəziyyətə sürükləyəcək.



Yeltsin dövründə böyük pullar qazananlardan biri də alüminium maqnatı Oleq Deripaskadır. O, Ukraynada aparılan müharibəni ağılsızlıq adlandırıb. Deripaska deyib ki, sanksiyaların vuracağı iqtisadi zərbə 1998-ci ildəki maliyyə böhranından üç dəfə daha ağır olacaq.
Deripaska Putin rejimini tənqid edərək söyləyib ki, Kremlin son 14 ildə həyata keçirdiy dövlət kapitalizmi nə iqtisadi böyümə yarada bildi, nə də ki, əhalinin gəlirlərini yüksəltdi.

Ukraynaya qarşı təcavüzün başlamasından bir neçə gün sonra Rusiya Federasiyasının 37 ən varlı şəxsinin Kremldə Putinlə görüşü keçirildi. İştirakçıların əksəriyyəti həmin görüşdən məyus qalmış və şoka düşmüşdülər.

Kremlin Yekaterina zalında oliqarxlar prezidenti iki saat gözləyiblər və onların öz taleləri barədə düşünmələri üçün kifayət qədər vaxtları olub. Bəzi oliqarxlar Putinin apardığı müharibənin nəticələrini öz aralarında sakitcə müzakirə edən vaxt anlayıblar ki, Rusiyanın bazar iqtisadiyyatına keçdiyi dövrdən indiyədək onların qurmuş olduqları “biznes imperiyası”nın axırı çatıb.



Nəhayət, prezident gəlib çıxandan sonra oliqarxlar etiraz səslərini içlərinə çəkərək, keyimiş və daşa dönmüş sifətlərilə onu dinləyiblər. Putin onları əmin edib ki, Rusiya dünya bazarının bir parçası kimi qalacaq və onun “xüsusi hərbi əməliyyat”a başlamaqdan başqa çarəsi olmayıb.

Putinə qarşı kim çıxacaq?

Putin müharibəyə etiraz edənlərə qarşı yeni qanun qəbul edilməsinə göstəriş verəndən sonra Rusiya ordusu barədə Kremlin eşitmək istəmədiyi fikiri söyləyənləri 15 il həbs gözləyir. Oliqarxlardan biri deyib ki, irəlidəki repressiyalar öncəki illərdəki “vegeterian dövr”lə müqayisədə tamamilə “adamyeyən dövr” olacaq.

İlk baxışdan elə görünə bilər ki, Rusiya iqtisadiyyatı sanksiyaların birinci atəşindən sonra sabitləşib. Belə ki, Rusiya Avropaya satdığı neft və qazdan gündəlik 800 milyon dollar qazanır. Rusiya Mərkəzi Bankı istənilən idxal məhsulundan valyuta əldə edən şirkəti məcbur edir ki, həmin valyutanın 80 faizini satsın. Rublun məzənnəsini isə əvvəlki kimi maliyyə bazarları yox, Mərkəzi Bank müəyyənləşdirir. Ona görə də bu tədbirlər rublun çökməsinin qarşısını alıb. Putin isə deyir ki, Rusiyaya qarşı yönəlmiş “iqtisadi blitskriq” nəticə verməyib.



Ancaq bundan əvvəl Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina deyib ki, sanksiyaların təsiri hiss edilməsə də, ən ağır dövr hələ qabaqdadır. Rusiyadakı hər bir məhsulun istehsalı xaricdən alınmış detallar hesabına başa gəlir. Xarici istehsal mallarının ehtiyatı tədricən tükənir.

Rusiyalı keçmiş bankir Sergey Puqaçov vəziyyəti belə şərh edib: ”İndiki şərtlər daxilində Putinin mövqeyi laxlayacaq. Sanksiyaların dərhal təsir göstərmədiyini yaxşı anlayan dövlət təbliğat maşını Rusiya ordusunun döyüş meydanındakı itkilərini gizlədir və əhaliyə laylay çalaraq onu uyudur.
Lakin üç aydan sonra mağaza və zavadlorda ehtiyat bitəcək. Həmçinin yaxın zamanda Rusiya hərbçilərinin itkilərinin miqyası anlaşılacaq”.

V. Nəsibov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024