«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ-da MİQRANT BÖHRANI BÖYÜYÜR - Texas qubernatoru Co Baydenə qarşı /VİDEO

Tarix: 27-01-2024 16:00 | Bölmə: Manşet | Baxış: 176



Ötən gündən bəri ABŞ-də zaman-zaman gündəmə gələn miqrasiya böhranı daha da dərinləşib. 

İndi Co Bayden hökuməti ilə Texasın başçılıq etdiyi bir sıra ştatların yerli administrasiyaları arasında kifayət qədər sərt qarşıdurmalar başlayıb. 

Belə ki, Texas qubernatoru Qreq Ebbott ABŞ sərhədini qoruyan federal qoşunları qovub və onların yerinə öz Milli Qvardiyasını təyin edib. 

Buna səbəb Prezident Co Baydenin qeyri-qanuni miqrant axını ilə bağlı tədbir görməməsi olub.




“Newsweek”-ə istinadla ABŞ-da yaşanan miqrasiya böhranının təfərrüatlarını təqdim edirik:

Məlumat üçün ilk öncə bildirək ki, ABŞ-nin Meksika ilə sərhədinin zəif qorunması, qeyri-qanuni miqrantların ABŞ ərazisinə daxil olmasını nisbətən asanlaşdırır.

"CNN"-in məlumatına görə, təkcə 2023-cü ilin dekabrında 225 min insan sərhədi qanunsuz keçib. Bu, 2000-ci ildən bəri rekord göstəricidir.

İlkin məlumatlara görə, 2023-cü ildə ümumilikdə 3 milyona yaxın insan Meksika sərhədindəki dəmir löhvələrdən keçərək qanunsuz şəkildə ABŞ ərazisinə daxil olub.

Onların əksəriyyəti sərhəd əyalətlərində və Texasda məskunlaşıblar.

ABŞ-nin şimal və cənub əyalətləri arasında qarşıdurma nədən qaynaqlanır?

Cənub sərhəd əyalətlərinda yaşayanlar əsasən Respublikaçılardır. Buna görə də Donald Tramp və bütövlükdə Respublikaçılar Partiyası davam edən seçki yarışında immiqrasiya məsələlərində bu qədər fəallıq nümayiş etdirirlər.

Şimal-şərq ştatları isə Demokratlardır və Co Baydeni dəstəkləyirlər. Demokratlar sərhədin möhkəmləndirilməsinə qarşıdırlar və ümumiyyətlə, anti-immiqrasiya tədbirlərinin sərtləşdirilməsini istəmirlər.

Bunun fonunda cənub ştatları, ilk növbədə Texas qeyri-qanuni miqrantların ölkənin şimalına köçürülməsini təşkil etməyə başlayıb. Cənub ştatlarının bu davranışından sonra Nyu-York, Çikaqo və ABŞ-nin şimalındakı digər böyük şəhərlərdə də miqrantlarla bağlı problemlər yaranıb.

Yerli hakimiyyət orqanlarının gələn miqrantları yerləşdirmək üçün kifayət qədər bələdiyyə yataqxanaları yoxdur. Ona görə də miqrantların əksəriyyəti küçələrdə yaşamağa məcbur olurlar. Bu da ABŞ-nin böyük şəhərlərində criminal vəziyyətin pisləşməsinə səbəb olur.

Texasın Bayden hökuməti ilə münaqişəsi

Sərhədi keçən qeyri-qanuni miqrantların amansız axınının qarşısını almaq üçün Texas qubernatoru Qreq Ebbott Milli Qvardiya qoşunlarına sərhədi nəzarətə götürməyi və orada istehkamlar qurmağa başlamağı əmr edib. 

Eyni zamanda, Texas təhlükəsizlik qüvvələri federal sərhədçilərin sərhədə qayıtmasına icazə vermir. Federal hökumət məhkəmələr vasitəsilə sərhəddəki naqillərin çıxarılması barədə qərar qəbul etsə də, bu, qərara əməl olunmayıb. Texas buna cavab olaraq sərhədə nəzarəti federallara verməkdən imtina edib.

Qubernator Ebbott, Texasın əyalətdəki istənilən coğrafi məkana nəzarət etmək üçün qanuni səlahiyyətə malik olduğunu bildirib. Buna cavab olaraq federal rəsmilər Texas hakimiyyətini “məsələni siyasiləşdirməkdə” günahlandırıblar.

Bayden administrasiyası Texas qubernatoru Ebbotta ultimatum verib və Texasa ABŞ Ali Məhkəməsinin qərarına əməl etmək və sərhəd patrul postlarını federal hökumətə təhvil vermək üçün 24 saat vaxt verilib. Bu vaxt 26 yanvar cümə günü başa çatıb.




ABŞ daxilində reaksiya

Amerikanın digər 25 ştatının qubernatorları Ebbottun bu addımını dəstəklədiklərini bildiriblər. Onlar Texası federal hökumətə qarşı dəstəkləyən petisiya imzalayıblar. 

Texası dəstəkləyənlər arasında Aydaho, Vayominq, Şimali Dakota, Nebraska, Ayova, Missuri, Luiziana, Alabama, Corciya, Cənubi Karolina, Ohayo və başqa ştatlar var.

Cənubi Dakota qubernatoru (ABŞ-ın şimalındakı bir ştat) hətta yerli Milli Qvardiyanın hissələrini Texasa dəstək üçün göndərməyi təklif edib. Luiziana qubernatoru Jeff Landry də Texasın hərəkətlərini dəstəkləyən rəsmi bəyanat yayıb.

Tramp eyni zamanda Texasla həmrəy olduğunu bildirib və “bütün ştatları qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmasının qarşısını almaq və onları sərhəddən geri qaytarmaq üçün Texasda təhlükəsizlik tədbirləri görməyə” çağırıb.

Bayden artıq miqrasiya məsələsində güzəştə getməyə hazır olduğunu açıq şəkildə bildirsə də, görünən odur ki, problem qısa zamanda həll edilməyəcək.

Çərşənbə günü Respublikaçılar Partiyasının qapalı iclası keçirilib, onun liderlərindən biri Mitch McConnell etiraf edib ki, Donald Tramp Respublikaçılar və Demokratlar arasında həm sərhədlərin möhkəmləndirilməsini, həm də Ukraynaya yardımı maliyyələşdirəcək razılaşmanın qəti əleyhinədir.

Makkonelin sözlərinə görə, Tramp qeyri-qanuni miqrant problemindən seçki kampaniyasında istifadə etmək niyyətindədir, ona görə də problemin ən azı seçkinin özünə qədər həllində maraqlı deyil./azpolitika



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024