AMERİKANI GÖZLƏYƏN TƏNƏZZÜLÜN 5 SƏBƏBİ - “Heç bir prezident dərinə kök atmış problemlər yumağını aça bilməz”
Amerikada baş qaldıran miqrasiya böhranı getdikcə böyüyərək Respublikaçılar və Demokratlar partiyaları arasındakı gərginliyi daha da dərinləşdirib.
Miqrantlar Meksika ilə Texas sərhədi boyunca quraşdırılmış hündür dəmir lövhələri və tikanlı məftilləri keçərək axın-axın ABŞ ərazisinə girirlər.
Onların əksəriyyəti demək olar ki, əsasən Texas ştatında məskunlaşırlar. Prezident Cozef Bayden isə bu hadisəyə etinasız yanaşır və hətta bir çox hallarda miqrantların ölkəyə gəlişini normal hal kimi qarşılayır.
Mövcud vəziyyətin qarşısını almaq üçün Texas ştatının qubernatoru Qreq Ebbot Texas Milli Qvardiyasına sərhədi nəzarətə götürməyi əmr edib.
Bununla yanaşı, o, federalların sərhədə qayıtmasına da qadağa qoyub.
Bundan sonra Bayden Texas qubernatoruna ultimatum göndərərək, ona geri addım atması üçün 24 saat vaxt verib. Ancaq Baydenin gözlədiyinin əksinə olaraq vəziyyət daha da dramatikləşməyə doğru gedir və 25 ştat Texası dəstəklədiyini bəyan edib.
Ümumiyyətlə, respublikaçılarla demokratlar arasındakı münaqişənin kökündə təkcə miqrant problemi yox, eyni zamanda siyasi, sosial, iqtisadi və mədəni məsələlər də durur. Amerikadakı ümummilli problemlər bir günün içərisində meydana gəlməyib.
Bu, uzun illər ərzində üst-üstə yığılmış və həll olunmamış problemlərin üzə çıxan təzahürləridir. Əslində, iki partiyanın bir çox məsələlərə yanaşmasındakı kəskin fərqli baxışları Amerikada milli təhlükəsizliyi təhdid edəcək həddə yaxınlaşır.
ABŞ-ın “The Hill” qəzeti “Amerikanı gözləyən tənəzzülün geri dönməzliyinin beş səbəbi” başlıqlı məqaləsində ABŞ-ı gözləyə biləcək ağır nəticələrdən yazıb.
Press-fakt.com azpolitika.info-nun dərc etdiyi həmin məqaləni təqdim edir:
“ABŞ prezidentliyinə respublikaçı namizədlər Amerikanın tənəzzülə uğrayacağını öncədən görərək, bunu yalnız onların durdura biləcəyini iddia edirlər.
Keçmiş Prezident Donald Tramp əminliklə deyir ki, Amerikanın geriləməsi məhz onun hakimiyyəti zamanı dayanıb və o, yenidən seçiləcəyi təqdirdə, bu tənəzzül bir daha dayanacaq.
Amma Amerikanın tənəzzülə uğrayacağı ilə bağlı təkzibedilməz beş əlamət onilliklər ərzində istər respublikaçıların, istərsə də demokratların hakimiyyəti zamanı güclənib.
Heç bir prezident və ya partiya xroniki və dərinlərə kök atmış siyasi, sosial və mədəni problemlər yumağını aça bilməz. Məmurlar yalnız çöküşü ləngidə, zərbəni yumşalda bilərlər.
Birincisi, ABŞ-ın milli borc sayğacı Amerikanın tənəzzüllə üzləşəcəyinin qaçılmaz olduğunu göstərir. Maliyyə cəhətdən bu, əsl saatlı bombadır. Daha doğrusu, hətta üç belə bomba var.
ABŞ hökumətinin ümumi ödənilməmiş maliyyə öhdəliyi (buraya sosial maliyyə təminatı almamış yaşlılar üçün dövlət tibb yardımı, federal işçilərin təqaüdləri və veteranların müavinətlərinin ödənilməmiş ümumi məbləği daxildir) 212 trilyon dollar təşkil edir və bu rəqəm sürətlə böyüyür.
Hələ 2019-cu ildə bu rəqəm “cəmi” 122 trilyon dollar idi və 2028-ci ildə bu borcun 288,9 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu, təsəvvürə gəlməyən məbləğdir. Əgər hökumət ödəmələrin, pensiyaların və s. pulunu kəsərsə və ya defolt elan edərsə, o zaman hər şey kəskin şəkildə pisləşər.
İkinci belə bir saatlı bomba ABŞ-nin dövlət borcudur. 2000-ci ildən indiyədək bu borc 5,6 milyard dollardan 34 trilyon dollaradək yüksəlib. Həmin məbləğdən 731 milyard dollar faizlərin ödənilməsinə gedib. Faizlərin ödənilməsi ABŞ büdcə xərclərində dördüncü yerdə durur.
Məlumat üçün deyək ki, üçüncü yerdə hərbi xərclər - 851 milyard dollar, ikinci yerdə 1,39 trilyon dollarla sosial təminat xərcləri gəlir. Siyahıya 1,72 trilyon dollarla imkansızlar üçün imtiyazlı tibbi yardım başçılıq edir.
Federal hökumət kredit kartı ilə qızğın alış-veriş etməyə alışmış alıcı kimi daha çox pul borc götürür, nəticədə isə faizlər daim üst-üstə yığılır. Borcun yenidən maliyyələşdirilməsindəki faiz ödəmələri bir qədər yüksək olur, çünkü uçot faiz dərəcələrini qaldırıblar.
Nəhayət, Ümumi Daxil Məhsulu 27,8 trilyon dollar təşkil edən ABŞ iqtisadiyyatındakı dövlət borcu 122,3 faiz təşkil edir və bu borc 2028-ci ildə 150 %-ə yüksələcək.
Onu da deyək ki, bu göstərici 2000-ci ildə 56 faiz, 1980-ci ildə 36 faiz idi. Hər üç bombanın saatı yavaş-yavaş işləyir, yalnız bu məsələ ilə bağlı heç bir partiyanın əhatəli müzakirə aparacağını gözləməyin.
Üçüncüsü, əgər Amerika bu borc quyusundan qurtulmaq istəyirsə, o zaman ona yaradıcı düşünən və öz işinin öhdəsindən məharətlə gəlməyi bacaran parlaq tələbələr lazımdır.
Onlar Ümumi Daxili Məhsulun yüksəlməsinə gətirib çıxaracaq yeni texnologiyalar icad edərək, ən müasir məhsullar hazırlamalıdırlar. Amma çox təəssüf olsun ki, şagirdlərin biliyi işıqlı gələcəyə aparan yoldan uzaqdır. Konqresin göstərişi ilə Təhsil Nazirliyi tərəfindən 1969-cu ildən şagirdlərin təhsilindəki tərəqqinin qiymətləndirilməsinin attestasiyası keçirilir.
Bu attestasiya göstərir ki, dördüncü sinifdə oxuyanların yalnız 29%-i, səkkizinci sinifdəkilərin isə 20 %-i riyaziyyatı mənimsəyə bilirlər. Müvafiq olaraq onların yalnız 8% və 7%-nin biliyi yüksək səviyyəyə cavab verir.
Beləlkilə, bizim təhsil sistemimiz hələ koronavirus pandemiyasına qədər də zəif idi, ondan sonra isə daha da çöküb.
Digər tərəfdən, mənzil sahiblərinin sayının azalması da həyəcan siqnalıdır. Hərçənd ki, bu yaxınlara kimi məhz daşınmaz əmlak, maliyyə sabitliyi və gəlir yığımı orta sinfin statusunun etalonu hesab edilirdi.
Bu baxımdan gəlir və rifah bərabərsizliyinin artması varlılar ilə kasıblar arasında uçurumun genişlənməsinin daha bir səbəbi olacaq. Hökumət kasıblıqla mübarizəyə əlavə milyardlar xərcləyir və bu da yalnız milli borcu və qaçılmaz tənəzzülü sürətləndirir.
Dördüncüsü, nə vaxtsa uğurlu hesab olunan “qaynayan qazan” ideyasını artıq əksər amerikalılar köhnəlmiş sayırlar. Ayrı-ayrı mədəniyyətlərdən olan müxtəlif dilli mühacirlər uğurla assimilyasiya olunaraq əsl amerikalıya çevrilirdilər.
Ancaq müasir meyl əksinə, yekcins olmayan mədəniyyətləri tərbiyə edə bilmir.
Həmçinin, ağdərili olmayan gənclər Amerikan kimliyini və hətta bayrağa sevgini “köhnə Amerikanın”, yəni ağ, xristian və dərin bərabərsizliyin təcəssümü kimi qəbul edirlər.
Vətənpərvərlik əhvalı da zəifləyib. Bu, xüsusən “çoxmillətli Amerika”nın 18-34 yaşlarındakı nümayəndələrində özünü daha qabarıq hiss etdirir.
Bizim əhali sürətlə dəyişir. Heç bir müasir millət əvvəllər bu cür demoqrafik dəyişkilk yaşamayıb. İrqi münasibətlərdəki gərginlik öncələr də baş verirdi, lakin indi milli tənəzzülün sürətlənməsi bunu dərinləşdirə bilər.
Nəhayət, beşincisi. Amerikanın siyasi sisteminin işləmədiyinə dair geniş fikir yayılıb. Amerikalıların siyasi sistemə ikrah hissi ilə yanaşmaları çoxsaylı rəy sorğularında qeyd edilib. Belə ki, seçicilər Bayden və Tramp arasındakı revanş oyunundan məmnun deyillər.
Trampın komandası əmindir ki, yalnız eks- prezident demokratiyanı qoruya, milləti cənub sərhədlərindəki “basqınlar”dan xilas edə bilər və bundan əlavə, özünə sərf etməyən adamlar ilə məhkəmə təbiqi ilə “haqq-hesab çəkmək” tərzinə üstünlük verən Prezident Baydenin korrupsiyasını dayandıra bilər.
Demokratlar isə əksinə, hesab edirlər ki, ABŞ-ı demokratiyanı və ölkə konstitusiyasını tapdalayacaq Trampdan məhz Bayden xilas edəcək.
Beləliklə, ABŞ-dakı siyasi sistem həqiqətən də elə qurulub ki, bu, bizi xeyli zəif tərəfləri olan iki yaşlı namizəd arasında seçim etmək məcburiyyətində qoyub. Bu vəziyyət Amerikanı daha dərin böhrana sürükləyir.
Ümid edək ki, Amerikanın müstəsnalığı hər halda qalib gələcək və indiki tənəzzül ortadan qalxacaq”.
Digər xəbərlər
Tarix: 30-01-2024 14:20 | Bölmə: Manşet | Baxış: 139

Təhsilin aşağı səviyyəsi yəqin ki, zənginlər və kasıblar arasındakı uçurumu yalnız dərinləşdirəcək. Bu durum bu yaxınlara kimi “qaynayan” orta sinfi - Amerikanın qürurunu azaldacaq.
”Pew Tədqiqat Mərkəzi” “orta sinif” və “orta gəlir” anlayışlarını eyni tutaraq aşkarlayıb ki, 1971-ci ildə 61 faiz təşkil edən bu əsas qrup 2021-ci ildə 50 faizədək geriləyib.
Digər tərəfdən, mənzil sahiblərinin sayının azalması da həyəcan siqnalıdır. Hərçənd ki, bu yaxınlara kimi məhz daşınmaz əmlak, maliyyə sabitliyi və gəlir yığımı orta sinfin statusunun etalonu hesab edilirdi.
Bu baxımdan gəlir və rifah bərabərsizliyinin artması varlılar ilə kasıblar arasında uçurumun genişlənməsinin daha bir səbəbi olacaq. Hökumət kasıblıqla mübarizəyə əlavə milyardlar xərcləyir və bu da yalnız milli borcu və qaçılmaz tənəzzülü sürətləndirir.
Dördüncüsü, nə vaxtsa uğurlu hesab olunan “qaynayan qazan” ideyasını artıq əksər amerikalılar köhnəlmiş sayırlar. Ayrı-ayrı mədəniyyətlərdən olan müxtəlif dilli mühacirlər uğurla assimilyasiya olunaraq əsl amerikalıya çevrilirdilər.
Ancaq müasir meyl əksinə, yekcins olmayan mədəniyyətləri tərbiyə edə bilmir.
Həmçinin, ağdərili olmayan gənclər Amerikan kimliyini və hətta bayrağa sevgini “köhnə Amerikanın”, yəni ağ, xristian və dərin bərabərsizliyin təcəssümü kimi qəbul edirlər.
Vətənpərvərlik əhvalı da zəifləyib. Bu, xüsusən “çoxmillətli Amerika”nın 18-34 yaşlarındakı nümayəndələrində özünü daha qabarıq hiss etdirir.
Bizim əhali sürətlə dəyişir. Heç bir müasir millət əvvəllər bu cür demoqrafik dəyişkilk yaşamayıb. İrqi münasibətlərdəki gərginlik öncələr də baş verirdi, lakin indi milli tənəzzülün sürətlənməsi bunu dərinləşdirə bilər.
Nəhayət, beşincisi. Amerikanın siyasi sisteminin işləmədiyinə dair geniş fikir yayılıb. Amerikalıların siyasi sistemə ikrah hissi ilə yanaşmaları çoxsaylı rəy sorğularında qeyd edilib. Belə ki, seçicilər Bayden və Tramp arasındakı revanş oyunundan məmnun deyillər.
Trampın komandası əmindir ki, yalnız eks- prezident demokratiyanı qoruya, milləti cənub sərhədlərindəki “basqınlar”dan xilas edə bilər və bundan əlavə, özünə sərf etməyən adamlar ilə məhkəmə təbiqi ilə “haqq-hesab çəkmək” tərzinə üstünlük verən Prezident Baydenin korrupsiyasını dayandıra bilər.
Demokratlar isə əksinə, hesab edirlər ki, ABŞ-ı demokratiyanı və ölkə konstitusiyasını tapdalayacaq Trampdan məhz Bayden xilas edəcək.
Beləliklə, ABŞ-dakı siyasi sistem həqiqətən də elə qurulub ki, bu, bizi xeyli zəif tərəfləri olan iki yaşlı namizəd arasında seçim etmək məcburiyyətində qoyub. Bu vəziyyət Amerikanı daha dərin böhrana sürükləyir.
Ümid edək ki, Amerikanın müstəsnalığı hər halda qalib gələcək və indiki tənəzzül ortadan qalxacaq”.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024