"UKRAYNA, YOXSA RUSİYA? KRIM KİMDƏ OLACAQSA, O DA QALİB OLACAQ"- "Daily Express"
"Krım kimdədirsə, o, mahiyyətcə Qara dənizə və Azov dənizinə çıxışa nəzarət edir, bu da elə başlıca qənimətdir..."
"Krım demilitarizasiya olunmuş zona, yaxud NATO-nun forpostu ola bilər..."
Rusiya-Ukrayna münaqişəsində qələbənin açarı Krımdır.
Bu barədə Böyük Britaniyanın "Daily Express" nəşri yazıb.
Məqalə müəllifi Styuart Krouford yarımadanın demilitarizasiya zonasından NATO-nun forpostunadək gələcəyi ilə bağlı öz baxışlarını tədqim edib. Lakin bir incə məqam var: bu, Rusiyanı qane etmir.
Hərbi müşahidəçilərin əksəriyyəti Rusiya-Ukrayna münaqişəsinin hazırkı mərhələsində həlledici, əgər istəyirsinizsə, strateji ərazinin Krım olduğu barədə yekdil fikirdədir. Krım kimdədirsə, o, mahiyyətcə Qara dənizə və Azov dənizinə çıxışa nəzarət edir. Bu da elə başlıca qənimətdir.
Bütün tarix boyunca Krım uğrunda şiddətli döyüşlərin getdiyi bununla izah edilir. Onlardan ən şiddətlisi 1853-1856-cı illərin Krım müharibəsi, habelə birinci və ikinci dünya savaşı zamanı baş verən döyüşlərdir.
Bəs Krımı gələcəkdə nə gözləyir? Bu sualı özünün bloqunda bu yaxınlarda klassik ədəbiyyat və qədim dünya tarixi üzrə mütəxəssis Frederik Lauritsin səsləndirib.
Onun özü aşağıdakı variantları təklif edib: demilitarizasiya edilmiş zona və ya NATO-nun forpostu. Hər iki variantı diqqətlə nəzərdən keçirilməyə dəyər.
Lakin gəlin əvvəlcə baza zəminlərini və bir-iki digər variantları nəzərdən keçirək.
Birincisi, indiki status-kvonun davam etdirilməsidir.
Yarımada 2014-cü ildə Rusiyanın nəzarətinə keçib və Ukrayna Silahlı Qüvvələrinin onun oradan qovulması üçün bütün cəhdlərinə rəğmən, ölkənin bir hissəsi olaraq qalmaqdadır. Bu, Putinin qələbəsi və Zelenski və bütün Ukrayna üçün böyük məyusluq olacaq.
Rusiya bazaları, Qara dəniz donanması və Kerç körpüsünün aşkar edilən həssalığına rəğmən, ruslar əvvəlkitək Qara dənizin xeyli hissəsinə nəzarət edəcək və özləri istədikləri zaman ticarət yollarını bağlaya biləcək. Və bu, Ukrayna və NATO-ya yaxşı heç nə vəd etmir.
İkinci ssenari ondan ibarətdir ki, Ukrayna uğurla Krımı geri alacaq və öz tərkibinə qaytaracaq.
Bu, heç də imkan xaricində deyil, çünki Ukraynanın hərbi fərasəti Qərb silahlanması ilə birgə artıq Rusiyanın yarımada üzərində nəzarətini xeyli zəiflədib.
O cümlədən Ukraynanın səmada və dənizdə üstünlüyü Mariupol yaxınlığında Azov dənizi sahilinin qaytarılma ehtimalı, heç şübhəsiz, Rusiyanın Krımdakı mövqelərini müdafiəyə yararsız edəcək.
Lakin bu, Ukrayna Hərbi-Hava Qüvvələri üçün fövqəladə ağır vəzifədir və uğur qazanmaq inamı yoxdur.
İndi isə gəlin Lauritsenin təkliflərinə müraciət edək. Birinci təklif Krımın demilitarizasiya edilmiş zona olacağını nəzərdə tutur. Ehtimal ki, burada o, həlledici hərbi nəticəyə nail olmağın mümkünsüzlüyünə istinad edir.
Bunun əvəzinə tərəflər danışlalar nəticəsində sülh sazişinə nail olacaq. Tərəflərdən heç biri yarımadaya iddiasından imtina etməyəcək, lakin hər ikisi döyüş əməliyyatlarına son qoymaq üçün güzəştə gedəcək.
Belə demilitarizasiya edilmiş zonanın necə mühafizə olunacağı və ya nizamlanacağı aydın deyil, lakin BMT bütün dünya boyunca bir neçə belə zonaya uğurla nəzarət edir (Kiprdə "Yaşıl xətt" buna misal ola bilər) və aydındır ki, bu rola namizəddir.
Lakin o, üzərinə daha bir öhdəlik götürmək istəyəcəkmi? Aydındır ki, başqa variantlar da (məsələn, Avropa İttifaqı) mümkündür, lakin bu, az ehtimal edilir.
İkinci təklif Krımın NATO-nun forpostu olacağıdır. Bunadək Ukraynanın qələbəsi və yarımadanın onun tərkibinə dönməsi tələb olunacaq.
Bundan başqa, Kiyev hazırda Rusiya qoşunlarının nəzarətində olan Mariupol liman şəhəri daxil olmaqla Azov dənizinin şimal sahilinə çıxışı bərpa etməlidir. Nəhayət, Ukraynanın NATO-ya daxil olacağı nəzərdə tutulur.
Krım üzərində nəzarət Qara dənizi faktiki olaraq daha bir "NATO gölü"nə çevirəcək, hazırda bu, gözlərimiz qarşısınfa Baltikada baş verir.
Bu, həm Hindistan, həm də Çin üçün yeni ticarət və kommersiya marşrutları üçün geniş imkanlar açacaq və müəyyən dərəcədə hazırda husi üsyançılarının at oynatdığı Qırmızı dəniz və Süveyş kanalından keçən yollardan asılılığı zəiflədəcək.
Demilitarizasiya olunan və ya NATO-nun nəzarət etdiyi Krım, heç şübhəsiz, Birləşmiş Ştatlar və müttəfiqlərinin ürəyincə olacaq, habelə Çinə və Hindistana da tamamilə sərf edəcək, amma Rusiyaya sərf etməyəcək.
Lakin aydındır ki, bu ssenarinin bu və ya digər formada gerçəkləşməsi üçün uzun yol keçmək lazım gələcək. Əvvəlcə Ukraynanın şimalında uğur qazanmaq lazımdır. Bu cəhdlərin nə ilə bitəcəyi sualına isə birmənalı cavab yoxdur.
Digər xəbərlər
Tarix: 04-02-2024 00:00 | Bölmə: Manşet | Baxış: 124

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024