TƏHLÜKƏLİ SSENARİ: KREML ALÇALDICI MƏĞLUBİYYƏTƏ SÜRÜKLƏNİR - Putin rejimi devriləcək, yoxsa?..
“Biz soyuq müharibə dövründə səkkiz ABŞ prezidentinin qaçmaq istədikləri xoşagəlməz perspektivlə qarşılaşa bilərik”
“Ukraynadakı müharibə uzansa, Gürcüstan və Azərbaycan da öz ərazilərini geri qaytarmağa çalışacaq”
Kremlin Ukraynanın işğal edilməsi planına uyğun olaraq Rusiya qoşunları paytaxt Kiyevi üç-dörd günə, ölkənin qalan hissəsini isə bir həftə ərzində tam nəzarətə götürməliydi. Vladimir Putin qarşısına qoyduğu bu məqsədə nail ola bilmədiyini görüb, ilkin niyyətindən əl çəkmək məcburiyyətində qaldı.
Hazırda Putin Donbasın və Ukraynanın cənub rayonlarının işğalı ilə kifayətlənmək istəyir. Lakin gözləniləndən uzun sürən müharibənin geniş analizi göstərir ki, əgər hadisələr bu cür davam edərsə, son nəticədə Ukrayna qalib gələcək. Analitiklərin fikrinə görə, vəziyyətin hədsiz dərəcədə dramatikləşdirilməsinə və mühribənin Rusiya-NATO müstəvisinə daşınmasına ehtiyac yoxdur.
Böyük Britaniyanın “The Guardian” qəzeti “Ukrayna artıq qalib gəlir: nüvə müharibəsi riskinə getmədən qələbə qazanmaq mümkündür” başlıqlı məqaləsini sözügedən mövzuya həsr edib. Həmin məqaləni təqdim edirik:
”Ukrayna Rusiya təcavüzünə qarşı müharibədə Qərbin müəyyən yardımı ilə qələbə qazanır. Rusiyanın başlıca məqsədi Kiyevi zəbt etmək və Ukrayna hökumətini devirmək idi, lakin bu plan tam uğursuzluğa düçar oldu. Hazırda Rusiya ordusu yenidən qruplaşır və onun əsas planı Donbas regionunun bütün ərazisini işğal etməkdir.
Müharibənin gedişində Rusiyanın elit hərbi birləşmələri xeyli itkilər verib və təkcə nisbətən böyük şəhər olan Mariupolun alınmasına iki aydan çox vaxt sərf edilib. Ona görə də Rusiya ordusunun Odessa kimi şəhəri ələ keçirməsi qətiyyən inandırıcı görünmür. Ehtimal edilir ki, Kreml bundan sonra müdafiəyə çəkilib atəşkəs və sülh danışqları təkilf edə bilər.
Putin rus xalqına Donbasdan əlavə ərazilər qoparılmasını böyük qələbə kimi təqdim edəcək və deyəcək ki, Qərb bununla razılaşmalıdır. Ancaq əsl həqiqətdə bu müharibə hərbi, siyasi və mənəvi cəhətdən Rusiya üçün fəlakətdir.
Rusiya ordusunun nüfuzu düşüb, ölkə iqtisadiyyatına güclü ziyan dəyib, Avropa Birliyi ölkələri inanılmaz sürət və qətiyyətlə özlərinin Rusiya neftindən asılılıqlarına son qoymaq istəyirlər. Onlar çox yaxın gələcəkdə Rusiya təbii qazından da birdəfəlik yaxa qurtarmağa hazırlaşırlar. Ona görə də Rusiya gələcəkdə təbii qazını satmaq üçün Çindən asılı vəziyyətə düşəcək. Bu isə rusların Çindən siyasi cəhətdən asılılığına gətirib çıxaracaq.
Rusiyanın məğlubiyyətinin geniş nəticələri nədən ibarətdir?
Əvvəla, əsas məsələ Ukraynanın müstəqilliyi və Qərbə istiqamətlənməsidir. Ukrayna bu məsələdə artıq qalibdir. Burada müəyyən məqamlara diqqət etmək lazımdır ki, Rusiya Donbas bölgəsinin ərazisinin bir hissəsini hələ 2014-cü ildən zəbt etmişdi. Yəni, Rusiya indiki döyüşlərdə heç də Donbasdan çox torpaq qopara bilməyib.
İkincisi, əgər nə vaxtsa Rusiya gələcək təcavüz planlarını həyata keçirmək üçün Ukraynadan platsdarm kimi istifadə edəcəyini düşünürdüsə, indi artıq bu məsələ bitib. Rusiya ordusu öz sərhədindən 20 mil uzaqlıqda yerləşən şəhəri zəbt edə bilmirsə, o zaman onun NATO ərazisinə müdaxilə etməsi mümkünsüzdür.
Şübhəsiz ki, Rusiya Moldova, Gürcüstan və Qarabağdakı separatçıların mövqeyini dəstəkləmkdə davam edəcək. Əgər Ukraynadakı müharibə uzanacaqsa, o zaman Gürcüstan və Azərbaycan öz ərazilərini geri qaytarmağa çalışacaqlar. Nəticədə daha geniş və daha təhlükəli münaqişə yarana bilər.
ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukraynadakı müharibə Rusiyanı elə zəiflətməlidir ki, o, digər ölkələrə hücum edə bilməsin. ABŞ və Böyük Britaniyadakı mühüm şəxslər deyirlər ki, Rusiya üzərində tam qələbə qazanması üçün Ukraynaya hərtərəfli kömək göstərməliyik.
Ukrayna Rusiyanı 2014-cü ildən indiyədək işğal etdiyi bütün torpaqlardan qovmalı və onun üzərində elə alçaldıcı zəfər çalmalıdır ki, Putin rejimi devrilsin.
Qərb cəmiyyətləri Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan özlərinin də əziyyət çəkməsinə baxmayaraq, Ukraynaya yardım üçün səfərbərlik nümayiş etdirirlər. Ukraynaya dəstək qanunidir və vacibdir, lakin bu, həm də təhlükəlidir.
Qərbin dəstəyi ilə Ukraynanın qələbəsi elə həddə çatar ki, Putin rejimi və Rusiyanın mühüm həyati maraqları ciddi təhlükə altına düşər. Belə olan təqdirdə Rusiya Fransa və Almaniyanı qorxutmaq və onlarla gizli separat sülh bağlamaq üçün NATO-nun Ukraynaya yolladığı Polşadakı silah tədarükü xəttinə zərbə endirər. Hadisələr bu cür cərəyan edərsə, NATO üzvü hücuma məruz qaldığı üçün ABŞ Ukrayna səmasını uçuşa yasaq zona elan edəcək. Həmçinin ABŞ Hərbi Hava Qüvvələri ukraynalıların quru qoşunlarına havadan dəstək verəcək. Bu təyyarələrin bəziləri Rusiya ərazisindəki batareyalardan açılan atəşlə düşürülə bilər.
Bu zaman ABŞ bu cür itkilərlə barışmayaraq, Rusiya ərazisinə hücum edərmi? Əgər edərsə, belə olan halda biz soyuq müharibə dövründə səkkiz ABŞ prezidentinin qaçmaq istədikləri xoşagəlməz perspektivlə qarşılaşacağıq. Bu, Rusiya və NATO-nun bir-birinin ərazisinə raket atması deməkdir.
Ona görə də ABŞ prezidentlərinin özlərini təmkinli aparmaları Sovet İttifaqına olan rəğbətdən yox, onların rasional məntiqindən və bu dəhşətli riskləri görmələrindən irəli gəlirdi. Qərbin köməyi ilə Rusiyanın artıq strateji məğlubiyyətlə üzləşdiyini nəzərə alsaq, anlaşılar ki, bu cür risklərə getməyin heç bir mənası yoxdur”.
V. Nəsibov
Digər xəbərlər
Tarix: 06-05-2022 20:15 | Bölmə: Manşet | Baxış: 223

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024