RUSİYA QARABAĞDAKI SEPARATÇILARI TAM MƏHVƏ SÜRÜKLƏYİR! - Bundan sonrakı mərhəldə nə baş verə bilər?
Bir aydan artıqdır Ermənistanda davam edən etirazlar elan hədəflərinə çatmayıb. Mayın ilk həftələrində müxalifət İrəvanda və ölkənin iri şəhərlərində itaətsizlik çağırışları ilə əhalini küçələrə dəvət etsə də, yürüşlərin kütləviliyi alınmayıb. Mayın 5-dən etibarən isə polis qüvvələri müxalifət tərəfdarlarına qarşı sərt tədbirlərə başlayıb.
Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri siyasi qüvvələrin hakimiyyətə qarşı küçə mübarizəsinin elan olunmuş əsas məqsədi "Qarabağ danışıqlarında kapitulyasiya siyasəti aparan" Paşinyan iqtidarının devrilməsidir.
Onlar Baş nazirin aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra səsləndirdiyi bəyanatı təslimçilk adlandırırlar. Paşinyan hökumətin iclasında bəyan etmişdi ki, Qərb Ermənistandan Qarabağın statusuna dair gözləntilərini aşağı salmağı və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tövsiyə edir.
Baş nazir hazırki şəraitdə bu variantın baş tutmasını bir şərtlə qəbul edir ki, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsi beynəlxalq qarantiyaya alınmalıdır və bu məsələ ilə bağlı ayrıca danışıqlar aparılmalıdır.
Rusiya tərəfindən açıq şəkildə dəstəklənən keçmiş siyasi elitanın rəhbərlik etdiyi müxalifət, habelə Moskvadan idarə edilən Xankəndindəki separatçı cinayətkar rejim isə Qarabağa dövlət statusunun verilməsini tələb edir. Rusiyanın mövqeyi də bu qüvvələrin maraqları ilə tamamilə üst-üstə düşür.
Aprelin 19-da Moskvada səfərdə olan Nikol Paşinyanla Kreml rəhbəri Vladimir Putin arasında keçirilən görüşdə də əsas diqqətçəkən məqam sülh danışıqlarının istisna olunması idi. Kremlin mövqeyi əvvəldən belədir ki, Rusiyanın bilavasitə nəzarəti altında kommunikasiyaların açılmaslı və sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamaq lazımdır. Amma il yarım ərzində qəbul olunmuş 3 bəyanata rəğmən heç bir konkret addım atılmayıb.
Rusiya Qarabağdakı cinayətkar rejimi öz himayəsində saxlamağı, həmin ərazidə yerləşdirilmiş hərbi kontingentdən tərəflərə təzyiq üçün istifadə etməyi hədəfləyib.
Paşinyan münaqişənin həllini və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. O, Qarabağın Azərbaycanın tərkibində qalmasını, amma təhlükəsizlik və idarəetmə ilə bağlı beynəlxalq qarantiyalar altında xüsusi razılaşmanın imzalanmasını gözləyir.
Azərbaycan rəhbərliyi də münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını istəyir və bunun üçün siyasi şərait yaradır, təkliflərlə çıxış edir. Rəsmi Bakı Qarabağa hər hansı status verməyəcək, amma digər məsələlərin müzakirəsinə hazırdır.
ABŞ və Avropa İttifaqı da problemin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir, amma Qarabağdakı ermənilərə təhlükəsizlik qarantiyasının verilməsi, onların hüquqları ilə bağlı ayrıca danışıqlar və razılaşmalar əldə olunmasını gözləyir.
Beləliklə, mənzərə tam aydınlaşır: Ermənistan, Azərbaycan və Qərb təxminən eyni mövqedən çıxış edir. Ən əsası, bundan sonrakı mərhələdə münaqişənin həlli prosesi Qərbin moderatorluğu ilə davam etdiriləcək. Rusiya ilə birgə imzalanmış üçtərəfli bəyanatlar müharibədən sonra icra olunmadığından səmərəliliyini itirib. Burada Kremlin problemin tam həlli yox, öz maraqları çərçivəsində müəyyən nizamlanma aparmaqla status-kvonun saxlanması tələbi də neqativ rol oynadı.
Rusiya, erməni müxalifəti və Qarabağdakı separatçı rejim isə eyni mövqedən çıxış edir. Bu qüvvələrin siyasi resursları qarşı tərəflə müqayisədə zəif olsa da, bölgdə vəziyyəti gərginləşdirmək üçün kifayətdir, amma...
Prosesdə ən zəif bənd Rusiyanın ciddi iqtisadi, siyasi və hərbi təzyiq imkanları olan Ermənistandır. Qeyd edək ki, Azərbaycana qarşı belə rıçaqlar az və effektsizdir. Hər halda Rəsmi Bakının Qərbin apardığı prosesdə tərəddüdsüz iştirak etməsi belə nəticəyə gəlməyə imkan verir.
19-20 apreldə Moskvaya gedib-qayıtdıqdan sonra Paşinyanın da atdığı addımlar rəsmi İrəvanın Qərbin vasitəçiliyinə meyilli olduğunu göstərir. Brüssel razılaşmalarında nəzərdə tutulmuş sərhəd komissiyası aprelin 30-na qədər yaradılmasa da, Avroittifaqın paytaxtında Armen Qriqoryanla Hikmət Hacıyev arasında görüş baş tutdu. Daha sonra Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda səfərdə oldu və Dövlət katibi Entoni Blinkenlə strateji dialoqa dair bəyannamə imzaladı. Bu sənədin iki bəndindən biri təhlükəsizliyə, sülhə və regional münaqişələrin nizamlanmasına həsr olunub.
Bundan sonrakı mərhəldə nə baş verə bilər?
Rusiyapərəst qüvvələr ilk kartlarını oynayıb və küçə etirazlıarı vasitəsi ilə hakimiyyətin mövqeyini dəyişməyə, ən yaxşı halda onu devirməyə çalışır. Proseslərin gedişi göstərir ki, Paşinyan daha güclüdür, ölkədəki vəziyyətə nəzarət edir, komandasında hər hansı parçalanma yoxdur. Üstəlik, regionda mövqeyi getdikcə güclənən Qərb onu daha çox himayə etməyə başlayıb.
Müxalifətin Paşiyana qarşı mübarizəsi vətəndaş müharibəsinə çevrilə bilərmi?
İndiki mərhələdə bu da çətin görünür. Çünki Baş nazir ordu rəhbərliyində təmizləmələr aparıb, müxalifətə, Rusiyaya bağlı kadrların bir çoxunu sistemdən kənarlaşdırıb. Hazırda Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı da tam olaraq Paşinyanın nəzarətindədir. Xarici diaspora isə iqtidari və müxalifəti dəstəkləyənlərə bölünüb və burada disapor təşkilatlarının yerləşdikləri məkanlar da ciddi rol oynayır.
Rusiyapərəst müxalifətin əsas üstünlüyü ciddi maliyyə imkanlarına və media resurslarına malik olmasıdır. Ermənistanda əhalinin əksər hissəsi kasıbdır, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkəyə gələn vəsaitlərin həcmini azaldıb. Nəzəri baxımdan bu müstəvidə müxalifətin sosial bazasını genişləndirmək, onları hakimiyyətə qarşı yönəltmək imkanları var. Amma Koçaryan, Sarkisyan, onların komandası uzun illər hakimiyyətdə olub və korrupsioner imicə sahibdirlər. Əhali keçmiş siyasi elitaya inanmır, əskinə Paşinyanın apardığı islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri onun ictimai dəstəyini artırır.
Rusiyanın nəzarətində olan qüvvələrin Baş nazirin Azərbaycanla Qərbin vasitəçiliyi ilə apardığı sülh müzakirələrini pozmaq üçün daha bir neçə potensial imkanı var.
Birincisi, Xankəndindəki separatçı rejim heç bir halda sülh prosesində iştirak etmir və əvvəldən elan etdikləri kimi Rusiyaya birləşmək üçün müraciət edirlər.
Qeyd edək ki, bununla bağlı müəyyən hazırlıq işləri görülüb, rus icması yaradılıb, onlara Rusiya pasportları verilib. Gələcəkdə bölgədə yaşayan bütün ermənilərə belə seçim etmək təklif oluna bilər. Yəni Rusiya postsovet məkanındakı başqa separatçı rejimlərdə tətbiq etdiyi planı Qarabağda da həyata keçirməyə başlaya bilər.
İkincisi, Qarabağda Azərbaycan Silahlı Qüvvələrini münaqişəyə çəkmək üçün davamlı təxribatlara əl atıla bilər. Atəşkəsin intensiv pozulması, kommunikasiyaların bağlanması, hətta sülhməramlı hərbçilərin səhnələşdirilmiş ölümləri təşkil oluna bilər ki, bunlar sülh prosesini əngəlləyəcək addımlardır. Rusiya bu yollara baş vurarsa, ilk mərhələdə istəyinə nail ola bilər. Yəni sülh prosesini müvəqqəti dondura bilər. Amma Azərbaycanın, onun müttəfqi Türkiyənin, daha sonra Qərbin sərt təzyiqi ilə üzləşəcəyi qaçılmazdır.
- İlk növbədə Azərbaycan ordusu təxribat törədən erməni silahlarına qarşı hərbi əmliyyatalara başlaya;
- Rusiya sülhməramlılarının bölgəni tərk etməsini tələb edə;
- Türkiyə ilə təcili hərbi məsləhətlərə başlamaqla müttəfiq ordunu ölkəyə dəvət edə bilər.
Bu halda Ermənistanın və Qərbin Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı arqumentləri xeyli zəifləyəcək. Çünki separatçılar onların xilası üçün irəli uzadılan əldən imtina edib dünyadan təcrid olunmuş, sürətlə mövqelərini itirməkdə olan Rusiyadan yapışacaqlar.
Bu dəfə onları xilas edəsi nə Putin olacaq, nə də Qərb. Yeri gəlmişkən, Paşinyan separatçıların başçısı Arayik Arutyunyanla İrəvanda sonuncu dəfə görüşəndə ona dedi ki, ilk hədəf 44 günlük müharibənin xarabalıqları altından çıxmaq olmalıdır. Əks halda bizi yeni müharibə gözləyir...
Elçin Rüstəmli
Digər xəbərlər
Tarix: 07-05-2022 14:20 | Bölmə: Manşet | Baxış: 261

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024