PUTİNƏ "YAN BAXAN" ÖLÜR - Rusiyada müəmmalı şəkildə ölən müxaliflərin SİYAHISI /FOTOLAR
2000-ci ildən Rusiyanı idarə edən Vladimir Putinə qarşı çıxanların taleyi o qədər də yaxşı olmayıb. Putinin Kremlə gəldiyi dövrdən Rusiyada xeyli sayda müxalifət lideri, dissident həyatını itirib.
Müəmmalı şəkildə ölənlər arasında - siyasətçilər, ictimai fəallar, jurnalistlər və yazıçılar da daxil olmaqla, çoxlu sayda önəmli simalar olub. Ötən gün Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı da Putinə qarşı çıxmağa cəhd edənlərlə eyni aqibəti yaşayıb.
Press-fakt.com azpolitika-ya istinadla son illər Rusiya lideri Vladimir Putinin müəmmalı şəkildə həyatını itirən siyasi rəqiblərinin bəzilərini təqdim edir:
Aleksey Navalnı
Rusiya Prezidenti Vladimir Putinə qarşı olduğuna görə, ağır bədəl ödəyən, dəfələrlə həbs edilən, məhkəmə qarşısına çıxarılan, fiziki zorakılığa məruz qalan 47 yaşlı müxalifət lideri Aleksey Navalnı siyasi arenada müəmmalı ölümü yadda qalan sonuncu şəxsdir.
Kreml əleyhdarı olan Navalnı 17 yanvar 2021-ci ildə Almaniyanın paytaxtı Berlində zəhərlənərək müalicə olunduqdan sonra paytaxt Moskvaya qayıdarkən hava limanında həbs edilib.
Rusiya Federal Penitensiar Xidmətinin tələbi ilə 2021-ci il fevralın 2-də Moskva Şəhər Məhkəməsində ona qarşı qaldırılan iş üzrə məhkəmə yekunlaşıb.
Navalnıya keçmiş korrupsiya işi nəticəsində verilən 3,5 illik şərti həbs cəzası, həbs cəzası ilə əvəz edilib. Rusiya məhkəməsi ötən il (avqust 2023) həbsdə olan Navalnıya “ekstremist icma yaratmaq” ittihamı ilə 19 il həbs cəzası verib.
Bundan əlavə, Navalnının adı 2023-cü ilin yanvarında terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib. 16 fevral tarixində Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının Yamalo-Nenets Muxtar Vilayətində yerləşən həbsxanada öldüyünü açıqlayıb.
Yevgeni Priqojin
2023-cü ilin avqustunda Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı və rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü açıqlanıb.
Priqojin təbii ki, müəmmalı hadisədə həyatını itirən ilk Putin düşməni deyildi. “Qəza” 2023-cü il iyunun 23 - də, "Vaqner"in Rusiya hökumətinə və müdafiə naziri Sergey Şoyquya qarşı uğursuz üsyanından cəmi iki ay sonra baş verib.
Anna Politkovskaya
Dünyaca məşhur jurnalist və hüquq müdafiəçisi Anna Politkovskaya Prezident Putinin siyasətinə qarşı çıxması ilə tanınırdı.
O, Çeçenistan müharibələrini işıqlandırıb, Çeçenistandakı rusiyayönlü rəsmiləri, xüsusən də hazırkı lider Ramazan Kadırovu sərt tənqid edib. Politkovskaya Rostova gedərkən təyyarədə çay içdikdən sonra ağır xəstələnib, sonra huşunu itirib.
O, sağ qalmağı bacarsa da, iki il sonra, 2006-cı il oktyabrın 7-də bazardan qayıdarkən evinin qarşısında güllələnərək öldürülüb. Anna Politkovskaya öldürülən zaman 48 yaşında idi.
Aleksandr Litvinenko
Vladimir Putini açıq şəkildə tənqid edən keçmiş "KQB" agenti Aleksandr Litvinenko Rusiyadan qaçdıqdan 6 il sonra, 2006-cı ildə İngiltərənin Bloomsbury şəhərində 43 yaşında ölü tapılıb.
Moskvadan olan iki qatil Dmitri Kovtun və Andrey Luqovoy Londondakı “Millenium” otelində Litvinenko ilə görüşüblər.
İçdiyi yaşıl çaya radioaktiv "polonium 210" qatılan Litvinenkonun evdə halı pisləşib, xəstəxanaya yerləşdirilib və 3 həftə sonra dünyasını dəyişib.
Litvinenkonun ölümü ilə bağlı araşdırma aparan Müstəqil Komissiyanın sədri ser Robert Ouen 2016-cı ildə mövzu ilə bağlı hesabatı açıqlayıb.
Hesabatda deyilirdi ki, “Litvinenkonun ölümü ilə nəticələnən FSB əməliyyatı çox güman ki, FSB rəisi Nikolay Patruşev və Prezident Putin tərəfindən təsdiqlənib”.
Mütəşəkkil cinayətkarlıqla məşğul olan FSB agenti Litvinenko Putin administrasiyasını “qanunsuz fəaliyyətlə” məşğul olmaqda ittiham edib.
Aleksandr Perepiliçni
Aleksandr Perepiliçni 2009-cu ildə Rusiyada mənimsəmə ilə bağlı İsveçrədə aparılan istintaqda ifadə verdikdən sonra İngiltərəyə qaçıb.
44 yaşlı iş adamı 2012-ci ilin noyabrında evinin yaxınlığında ölü tapılıb. Britaniya rəsmiləri kifayət qədər dəlil olmadığı üçün zəhərlənməni istisna ediblər. Onun mədəsində zəhərli bitki olan "gelmiumun" izləri tapılıb.
Boris Nemtsov
Putini sərt tənqid edən müxalifətçilərdən biri Boris Nemtsov 2015-ci ildə Kreml yaxınlığındakı körpüdən keçərkən kürəyindən 4 güllə yarası alıb və öldürülüb.
Nemtsov keçmiş Prezident Boris Yeltsinin dövründə energetika naziri və Baş nazirin müavini vəzifələrində çalışıb. O tez-tez Putin hökumətinə və onun siyasətinə qarşı kəskin reaksiyalarını bildirirdi. Öldürüləndə onun 55 yaşı var idi.
Ölümündən bir neçə gün əvvəl o, insanları Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı kütləvi yürüşə çağırmışdı.
O, Parlamentin üzvü və Liberal Rusiya Partiyasının sədri oliqarx Boris Berezovskinin keçmiş qohumu olub.
2003-cü il aprelin 17-də Moskvada evinin girişində qətlə yetirilib. Qətlə yetiriləndə onun 53 yaşı var idi. Liberal Rusiya Partiyası Prezident Vladimir Putinə rəqib olaraq yaradılıb.
Bundan əlavə, Yuşenkov Liberal Rusiya Partiyasının bir il ərzində öldürülən ikinci lider oldu. Partiyanın digər həmsədri Vladimir Qolovlyov 2002-ci ilin avqustunda güllələnərək öldürülüb.
Boris Berezovski
Rusiya Prezidenti Vladimir Putinin rəqibi olan və İngiltərədə mühacirətdə yaşayan rusiyalı milyarder Boris Berezovski 2013-cü il martın 23-də London yaxınlığındakı evində ölü tapılıb.
Moskvanın siyasi və iş dünyasında nüfuzlu adlardan biri olan, lakin Vladimir Putinlə mübahisə etdikdən sonra xaricdə olarkən barəsində həbs qərarı çıxarıldıqdan sonra İngiltərəyə sığınan Berezovski Londona yaxın Surreydəki evində ölü tapılıb.
Berezovski 2000-ci ildə Rusiyada ona qarşı çıxarılan qərara görə siyasi sığınacaq hüququ ilə Böyük Britaniyada yaşayırdı.
Sergey Maqnıtski
Rusiya ədliyyə sisteminə görə, bu gənc hüquqşünas vergi saxtakarlığına görə həbs edilib.
Vladimir Putinin yaxın dostu olan vəkil prezidentin çevrəsindəki sui-istifadə və korrupsiya hallarını tənqid edib.
Onun mədəaltı vəzi xəstəliyi var idi, amma müalicə olunmurdu. O, Moskvada həbsxanada ölü tapılıb. Maqnıtski dünyasını dəyişəndə 37 yaşında idi.
Stanislas Markelov və Anastasiya Baburova
2009-cu il yanvarın 19-da Moskvanın ortasında bir şəxs 34 yaşlı Stanislas Markelovu və 25 yaşlı Anastasiya Baburovanı güllələyib.
Stanislas Markelov Çeçenistanda insan hüquqlarının pozulması qurbanlarının müdafiəsi üzrə ixtisaslaşmış vəkil idi. Anastasiya Babourova "Novaya qazeta"da çalışan gənc ukraynalı qadın jurnalist idi.
Paul Klebnikov
"Forbes" jurnalının Rusiya üzrə redaktoru Paul Klebnikov 2004-cü il iyulun 9-da Moskvada avtomobilində güllələnərək öldürülüb.
Rus əsilli amerikalı jurnalist Klebnikov “Barbarla söhbət” kitabındakı tənqidləri ilə tanınırdı.
Pyotr Verzilov
Pyotr Verzilov 2012-ci ildə Rusiya dövləti tərəfindən həbs edilib. Rusiyanın “Pussy Riot” pank-rok qrupunun üzvü Verzilov 2018-ci ildə zəhərlənmə şübhəsi ilə reanimasiyaya aparılıb.
Sonra müalicə üçün Berlinə gedib. Onu müalicə edən alman həkimlər zəhərlənmənin “son dərəcə inandırıcı” olduğunu bildiriblər.
Vladimir Kara-Murza
Kreml əleyhdarı müxalifət fəalı Vladimir Kara-Murza 2015 və 2017-ci illərdə zəhərlənmə şübhəsi ilə iki dəfə xəstəxanaya yerləşdirilib.
Uzun müddət böyrək çatışmazlığından müalicə alan qərbyönlü jurnalist və yazıçı Kara-Murzanın həyat yoldaşı həkimlərin onun zəhərləndiyini deyib.
Lakin həyat yoldaşı bildirib ki, polis 2017-ci ildə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparmağa icazə verməyib. Rusiya və Böyük Britaniya vətəndaşlığı olan, Kembric Universitetində təhsil alan Kara-Murza 2022-ci ilin aprelində saxlanılıb.
Ötən il Moskva məhkəməsi onu Ukraynanın işğalına qarşı çıxdığına görə 25 il müddətinə azadlıqdan məhrum edib.
E. Bəyməmmədli
Digər xəbərlər
Tarix: 17-02-2024 16:15 | Bölmə: Manşet | Baxış: 136

Sergey Yusenkov

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024