FRANSANIN CASUS ŞƏBƏKƏSİNİN İFŞASI - Ankaranın cavabı sərt ola bilər
Fransa bu gün dünyanın müxtəlif ölkələrində sabitliyə təhlükə kimi görünür. Gah dövlətlərin daxili işlərinə qarışır, gah da separatizmə dəstək verir.
Bu ölkə hətta casus şəbəkəsi yaratmaqdan da çəkinmir. Rəsmi Parisin konkret olaraq Azərbaycanla bağlı siyasəti də bunları təsdiqləyir.
Cənubi Qafqazda Ermənistanı birtərəfli qaydada dəstəkləməsi, onu silahlandırması, revanşistləri qızışdırması da Fransanın bu çirkin siyasətin tərkib hissəsidir.
Məhz prezident Emmanuel Makronun hakimiyyəti dövründə anti-Azərbaycan, anti-Türkiyə mövqe pik həddə çatıb. Xüsusilə, onun idarəçiliyi dövründə müstəqil ölkələrin ərazisində casus fəaliyyəti qurulub. Azərbaycandakı casus şəbəkəsinin ifşasından sonra indi də hədəf Türkiyədir.
Yayılan məlumatlara görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Fransanın ölkədəki casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Onların suriyaəsilli olduqları qeyd edilib.
MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib.
Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta informasiyalar toplayıb Fransa kəşfiyyatına ötürüblər.
Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq ediblər. Məlumata görə, şəbəkənin izlənməsi prosesi səkkiz aya yaxın davam edib.
Xatırladaq ki, ötən il dekabrın 21-də Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə məlumat yayılmışdı.
Hadisələrin məntiqi ardıcıllığı olaraq, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı, səfirliyin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan olundu, onlardan 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edildi.
Həmin gün Emmanuel Makron Nazirlər Şurasının iclası zamanı DGSE rəhbəri Bernar Emyeni qalmaqallı şəkildə vəzifədən azad etdi. İstefaya səbəb kimi DGSE-nin Afrikadakı ciddi uğursuzluqları fonunda Bakıdakı hadisənin son damla olması ehtimalı göstərilir.
Makron Bernar Emyenin yerinə xarici kəşfiyyat xidmətinə öz dostu, Fransa əks-kəşfiyyatının (DGSI) rəhbəri Nikola Lerneri təyin etdi.
Bəs Makron hökumətinin Azərbaycan, indi də Türkiyədə casus şəbəkəsi yaratmaq istəyi arxasında nələr gizlənir? Əvvəla, bunun əsas səbəblərindən biri Türkiyə ilə Fransa arasında uzun illərdir davam edən mürəkkəb münasibətlərdir.
Bu ölkədə erməni lobbisi güclü mövqeyə malikdir və hakimiyyətə gəlmək istəyən qüvvələr də bu lobbidən yararlanırlar. Qondarma erməni soyqırımının ən yüksək səviyyədə tanınması da bundan qaynaqlanır.
Fransa eyni zamanda erməni terrorçuları üçün mərkəz rolunu da oynayıb. Məhz bu ölkədə yerləşib, terror əməliyyatları həyata keçirmək üçün təlimlərdə iştirak ediblər.
Onu da qeyd edək ki, Fransa anti-Türkiyə siyasətində Yunanıstan və yunan Kiprinin timsalında özünə müttəfiqlər də tapıb.
Yelisey sarayı bu yaxınlarda Avropa İttifaqının vəsaitləri hesabına Ukraynaya Türkiyənin TB-2 pilotsuz təyyarələri və artilleriya mərmilərinin alınması üçün maliyyəni bloklayıb.
Mənbələr Fransanın öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinin tədarükü üçün pəncərə açmaq istəmədiyini, Yunanıstanın isə vergi ödəyicilərinin pullarının Türkiyənin müdafiə sənayesinə getməsini istəmədiyini bildirib. Qeyd edilir ki, bütün bunlar Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında baş verib.
Hər iki ölkə NATO üzvü olsa da, Fransa NATO-nun Aralıq dənizində həyata keçirilən birgə təlimlərində Ankaranın iştirakına etiraz etmişdi. O ki qaldı Türkiyədə Fransa casus şəbəkəsinin faş olmasına, bu, Parisin regionda destruktiv fəaliyyətini sübut edən növbəti faktdır. Və bu, baş verən ilk fakt deyil.
Bir müddət əvvəl Azərbaycanda casus şəbəkəsinin üstünün açılması bunun əyani sübutudur. Ankaranın cavab tədbirləri, çox güman ki, sərt olacaq. Ola bilsin bu mövqe diplomatik münasibətlərdə, eləcə də digər məsələlərdə özünü göstərəcək. İstənilən halda bu, Fransa ilə münasibətlərə təsirsiz ötüşməyəcək.
Beləliklə, Fransanın növbəti çirkin və qərəzli fəaliyyətinin üstü Türkiyədə açılıb. Casus şəbəkələrinin faş olmasını Fransanın son çırpıntısı da adlandırmaq mümkündür.
Sadəcə, ümid etmək olar ki, heç olmasa, Makrondan sonra hakimiyyətə gələcək qüvvələr bu yarıtmaz siyasətə son qoyacaqlar.
Fransanın iflasının əsasında, sözsüz ki, Makronun yürütdüyü düşünülməmiş və yanlış siyasət dayanır. Makron hakimiyyətdə olduğu müddət ərzində Fransanın dünyada mənafelərinə, nüfuzuna çox ciddi zərbələr vurulub.
Artıq dünyada beynəlxalq qanunvericiliyi pozan, işğala, separatizmə dəstək verən, müstəmləkəçi, neokolonialist siyasət aparan, müharibələrə, qarşıdurmalara təhrik edən ölkə olaraq tanınır.
Bir daha aydın olur ki, Fransa geosiyasi və geoiqtisadi maraqlara malik olduğu ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirmək üçün casus şəbəkələrindən geniş istifadə etməyə çalışır.
Xüsusən, Cənubi Qafqazda və Türkiyə kimi ölkələrdə bu amildən yararlanmaq cəhdi təəccüb doğurmur.
Digər bir məsələ də ondan ibarətdir ki, Fransanın casus şəbəkəsinin ard-arda ifşa olunması bu ölkənin xüsusi xidmət orqanlarının da artıq zəiflədiyini nümayiş etdirir.
Report İnformasiya Agentliyi
Digər xəbərlər
Tarix: 21-02-2024 21:30 | Bölmə: Manşet | Baxış: 122

Digər tərəfdən, Fransanın türkofobiya siyasəti tək ermənilərlə bağlı deyil. Parislə Ankara arasında gərginliyin kökü həm də beynəlxalq məsələlərlə bağlıdır. Aralıq dənizində möhkəmlənmək uğrunda iki ölkə arasında uzun illərdir mübarizə gedir.
Fransa bölgədə Yunanıstanla sıx münasibətlər qurur, yunan ordusunu silahlandırır. Rəsmi Paris indi də siyasətini Ermənistanda həyata keçirir.
Fransa həm də Türkiyənin İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatından sonra ərazi bütövlüyünü təmin edən Azərbaycana dəstəyi ilə də barışa bilmir. Bir sözlə, Paris bölgədən sıxışdırılıb çıxarılması ilə barışmaq istəmir.
Onu da qeyd edək ki, Fransa anti-Türkiyə siyasətində Yunanıstan və yunan Kiprinin timsalında özünə müttəfiqlər də tapıb.
Yelisey sarayı bu yaxınlarda Avropa İttifaqının vəsaitləri hesabına Ukraynaya Türkiyənin TB-2 pilotsuz təyyarələri və artilleriya mərmilərinin alınması üçün maliyyəni bloklayıb.
Mənbələr Fransanın öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinin tədarükü üçün pəncərə açmaq istəmədiyini, Yunanıstanın isə vergi ödəyicilərinin pullarının Türkiyənin müdafiə sənayesinə getməsini istəmədiyini bildirib. Qeyd edilir ki, bütün bunlar Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında baş verib.
Hər iki ölkə NATO üzvü olsa da, Fransa NATO-nun Aralıq dənizində həyata keçirilən birgə təlimlərində Ankaranın iştirakına etiraz etmişdi. O ki qaldı Türkiyədə Fransa casus şəbəkəsinin faş olmasına, bu, Parisin regionda destruktiv fəaliyyətini sübut edən növbəti faktdır. Və bu, baş verən ilk fakt deyil.
Bir müddət əvvəl Azərbaycanda casus şəbəkəsinin üstünün açılması bunun əyani sübutudur. Ankaranın cavab tədbirləri, çox güman ki, sərt olacaq. Ola bilsin bu mövqe diplomatik münasibətlərdə, eləcə də digər məsələlərdə özünü göstərəcək. İstənilən halda bu, Fransa ilə münasibətlərə təsirsiz ötüşməyəcək.
Beləliklə, Fransanın növbəti çirkin və qərəzli fəaliyyətinin üstü Türkiyədə açılıb. Casus şəbəkələrinin faş olmasını Fransanın son çırpıntısı da adlandırmaq mümkündür.
Sadəcə, ümid etmək olar ki, heç olmasa, Makrondan sonra hakimiyyətə gələcək qüvvələr bu yarıtmaz siyasətə son qoyacaqlar.
Fransanın iflasının əsasında, sözsüz ki, Makronun yürütdüyü düşünülməmiş və yanlış siyasət dayanır. Makron hakimiyyətdə olduğu müddət ərzində Fransanın dünyada mənafelərinə, nüfuzuna çox ciddi zərbələr vurulub.
Artıq dünyada beynəlxalq qanunvericiliyi pozan, işğala, separatizmə dəstək verən, müstəmləkəçi, neokolonialist siyasət aparan, müharibələrə, qarşıdurmalara təhrik edən ölkə olaraq tanınır.
Bir daha aydın olur ki, Fransa geosiyasi və geoiqtisadi maraqlara malik olduğu ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirmək üçün casus şəbəkələrindən geniş istifadə etməyə çalışır.
Xüsusən, Cənubi Qafqazda və Türkiyə kimi ölkələrdə bu amildən yararlanmaq cəhdi təəccüb doğurmur.
Digər bir məsələ də ondan ibarətdir ki, Fransanın casus şəbəkəsinin ard-arda ifşa olunması bu ölkənin xüsusi xidmət orqanlarının da artıq zəiflədiyini nümayiş etdirir.
Report İnformasiya Agentliyi
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024